/ / Kamaləddin Qafarov: Azərbaycanın tarixi qələbəsi İƏT-nin gələcək fəaliyyəti üçün yeni perspektivlər açıb
Kamaləddin Qafarov: Azərbaycanın tarixi qələbəsi İƏT-nin gələcək fəaliyyəti üçün yeni perspektivlər açıb
30.11.2021 [11:13]
“Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbə səbəbli Cənubi Qafqazda yaranmış yeni reallıqlar postmüharibə dövründə bütün region ölkələri və qonşu dövlətlər üçün yeni iqtisadi inkişaf istiqamətləri yaradıb. Şübhəsiz, bu imkanların reallaşması yalnız regionda dayanıqlı sülhün və təhlükəsizliyin mövcud olacağı halda mümkündür. Azərbaycanın qələbəsi bütün regionun inkişafı üçün dayanıqlı zəmin yaradır. Bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional layihələrdə fəal iştirak edir, Avrasiyanın əsas və etibarlı nəqliyyat - logistika mərkəzlərindən birinə çevrilib. Özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Hazırda Azərbaycan öz ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzrə çalışmalar həyata keçirir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi önəmli mövqeyini daha da gücləndirməyə imkan verəcək. Həyata keçirilən yeni logistik layihələr isə, şübhəsiz, bütün Avrasiya məkanı üçün həyati əhəmiyyət kəsb edəcək və iştirakçı ölkələrin hər birinin qarşısında yeni inkişaf perspektivləri açacaq.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, bütün bu məsələlərin vacibliyi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında qeyd olunub, Azərbaycanın istər Cənubi Qafqaz regionuna, istərsə də Avrasiya məkanı ölkələrinin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib: “ Bu il noyabrın 28-də Aşqabadda keçirilmiş ali toplantıda Təşkilata üzv ölkələr bir çox vacib məsələlər ətrafında müzakirələr aparıblar ki, bu da ölkələrarası iqtisadi və siyasi münasibətlərin inkişafı və möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Xüsusilə qeyd etmək lazımdır ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar birmənalı olaraq yüksək qiymətləndirilib. İƏT üzvləri arasında ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün gözəl fürsətər yaranıb və bu baxımdan Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq-Qərb Orta dəhliz təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Türkiyə arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də böyük önəm daşıdığı xüsusi vurğulanıb.”
Kamaləddin Qafarov qeyd edib ki, Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev regional proseslər və Azərbaycanın bu proseslərdə rolu barədə Toplantı iştirakçılarına dolğun və əhatəli məlumat verib: “Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi olan ölkədir. Bu mövqeyə sahib olmaq üçün Azərbaycan ilk növbədə 30 il işğal altında qalan torpaqlarını azad etməli idi. 2020-ci ildə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu ən ali məqsədinə çatdı. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalaması ilə nəticələndi.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi Qələbə sayəsində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrası təmin olundu. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında etdiyi çıxışında dediyi kimi, işğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Hətta qəbiristanlıqlar da vandalizmə məruz qalmışlar. Lakin bütün bunlar artıq tarixə qovuşub. Bu gün Azərbaycan yalnız özünün iqtisadi gücünə arxalanaraq işğaldan azad olunmuş əraziləri bərpa edir, yeni şəhər və kəndlər salır. Cari ildə bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları həcmində vəsait ayrılmışdır və 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır.
Prezident İlham Əliyev Zirvə Toplantısı iştirakçılarına Zəngəzur dəhlizi ilə bağlı da maraqlı açıqlama verdi: “İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər.”
Kamaləddin Qafarov İƏT-in Zirvə Toplantısında gedən müzakirələrdə koronavirusla mübarizə mövzusuna geniş yer verildiyini bildirərək deyib: “Azərbaycan bütün digər məsələlərdə olduğu kimi, koronavirus pandemiyası ilə mübarizədə də beynəlxalq müstəvidə öz töhfəsini verir. Lakin bəzi beynəlxalq təşkilatlar və ölkələr tərəfindən hələ də davam etdirilən ikili standartlar siyasəti vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsünə yol açır ki, bu da Azərbaycanı dərindən narahat edir. Prezident İlham Əliyev öz çıxışında bir daha COVİD-19-a qarşı beynəlxalq mübarizəni gücləndirməyin və vaksinlərin dünyada ədalətli şəkildə bölgüsünün təşkilinin vacibliyini qeyd edib”.
Xəbər lenti
Hamısına bax
Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17

Dünya
17 Mart 18:16

Xəbər lenti
17 Mart 17:20

YAP xəbərləri
17 Mart 17:04

Xəbər lenti
17 Mart 15:34

Xəbər lenti
17 Mart 15:33

Xəbər lenti
17 Mart 15:32

Xəbər lenti
17 Mart 15:29

Xəbər lenti
17 Mart 15:28

Xəbər lenti
17 Mart 14:54
