Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Natiq Cəfərli AXCP sədrini “bədbəxt” və “artist” adlandırdı

Natiq Cəfərli AXCP sədrini “bədbəxt” və “artist” adlandırdı

28.03.2022 [11:06]

Real Partiyasının rəhbərliyində təmsil olunan iqtisadçı Natiq Cəfərli AXCP sədri Əli Kərimlinin Rusiya Müdafiə Nazirliyinin saxta məlumatına əsaslanaraq Azərbaycan ordusunu Fərrux yüksəkliyini tərk etməsi barədə paylaşımına etiraz edib.

“Özlərinə siyasi "lider" deyənlərin bəziləri üzdə artistlik edib Rusiyanı tənqid edirlər, amma öz Əsgərinin videosuna, öz Ordusunun rəsmi açıqlamasına güvənmədən ağaları Kremlin sözlərini mütləq həqiqət sayırlar - bax bu anda maskaları cırılır, kimin-kim olduğu görünür. Hələ də anlamır ki, bu xalq, bu ölkə, bu dövlət bizimdir, müxalifət olmaq hər şeyi qaralamaq, ağa qara demək deyil, hələ də qanmırlar ki, hökumət başqa, dövlət başqadır. Bədbəxtdirlər...”, - deyə Natiq Cəfərli öz Facebook səhifəsində yazıb.

Paylaş:
Baxılıb: 685 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30