/ / Ağalar Vəliyev: İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan böyük inkişaf yolu keçərək möhtəşəm uğurlar qazanıb
Ağalar Vəliyev: İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan böyük inkişaf yolu keçərək möhtəşəm uğurlar qazanıb
08.04.2022 [12:28]
“2018-ci ilin aprelin 11-də sayca səkkizinci olan, vətəndaşlarımızın 74,3 faizinin iştirakı ilə azad, şəffaf, demokratik şəraitdə keçirilən növbədənkənar Prezident seçkiləri seçicilərimizin mütləq əksəriyyətinin, başqa sözlə 86,02 faizinin səsini qazanan Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin növbəti parlaq qələbəsi ilə əlamətdar olub.
Cəmiyyətimizin iradəsini tam dolğunluğu ilə əks etdirən bu seçkilərin nəticələri bir daha onu göstərdi ki, xalqımız görülən işlərə yüksək dəyər verməklə ən doğru seçimini edərək dayanıqlı sabitliyə, davamlı inkişafa və nikbin gələcəyə səs verib.” Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və nəticəyə hesablanan uğurlu daxili və xarici siyasət sayəsində 2003-2018-ci illər Azərbaycanın tarixinə sosial-iqtisadi yüksəliş, etibarlı tərəfdaş və regionun lider dövləti olaraq beynəlxalq imicinin möhkəmlənməsi dövrü kimi daxil olub.
Həmin illərin statistik göstəricilərinə diqqət çəkən deputat dövlət başçısıın “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” fikrinə istinadən ardıcıl və sistemli islahatların məntiqi nəticəsi olaraq bu dövrdə ümumi daxili məhsulun 3,2 dəfə, büdcə gəlirlərinin 13,5 dəfə, strateji valyuta ehtiyatlarının 26,6 dəfə artdığını və maliyyə imkanlarımızın əsaslı şəkildə yaxşılaşdığını qeyd edib.
Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi 6 dəfə çoxalıb, regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, maaşlar 7 dəfə, pensiyalar 10 dəfə artıb, 1 958 400 yeni iş yeri açılıb, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.
Milli Məclisin üzvü bildirib ki, 2003-2018-ci illər ərzində sosial infrastrukturun inkişafı təmin edilib, 3100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edilib, bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb, 15 min kilometr yeni yol çəkilib, 30 elektrik stansiyası, 4 su anbarı, altısı beynəlxalq statusa malik olan 7 aeroport istifadəyə verilib.
Sözü gedən illərdə dünyada ən çox islahat aparan 10 dövlətdən biri kimi tanınan Azərbaycan müasir qlobal çağırışlara daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verib, yüksək texnologiyaları sürətlə tətbiq edib və məhdud sayda üzvü olan kosmik ölkələr klubuna daxil olub.
Təsadüfü deyil ki, bəhs olunan dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfüzlu beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilib və ölkəmizin qlobal rəqabətlilik indeksindəki mövqeyi güclənib. Belə ki, Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb.
Eyni zamanda bu illər ərzində Azərbaycanın Silahlı Qüvəlləri sürətlə inkişaf edib, təchizat, silah-sursat, texnika və döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya ordumuzun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərib. Məhz bunun məntiqi davamı olaraq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə 2020-ci ilin 44 günlük Vətən Müharibəsində rəşadətli ordumuz şanlı qələbə qazanıb, işğal altında olan torpaqlarımız azad olunub və ölkəmizin ərazi bütövlüyü təmin edilib.
2003-2018-ci illər həmçinin, milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrü kimi səciyələnib, dövlət başçımız milli ideya ətrafında xalqımızı birləşdirib və Azərbaycançılıq məfkurəsi ölkəmizdə tam bərqərar olub.
Ağalar Vəliyev vurğulayıb ki, konseptual baxımdan sadalanan bütün bu nailliyətlərin əsasında cənab Prezidentin uğurlu dövlət siyasəti, onun xalqımız tərəfindən birmənalı olaraq dəstəklənməsi, tükənməz vətəndaş etimadı və sarsılmaz iqtidar-xalq birliyi dayanır.
Hər zaman olduğu kimi, xalqımız bu gün də əmindir ki, Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti bundan sonra da doğma Azərbaycanımızın hərtərəfli inkişafını və müasir dünyamızın qlobal çağırışlarından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsini təmin edəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08

