Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan ukraynalı qaçqınlar üçün növbəti dəfə humanitar yardım göndərib

Azərbaycan ukraynalı qaçqınlar üçün növbəti dəfə humanitar yardım göndərib

15.04.2022 [09:49]

Bu gün Azərbaycan hökuməti Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün humanitar yardım göndərib.

“Report” xəbər verir ki, ümumi dəyəri 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.

Xatırladaq ki, ölkə rəhbərliyinin tapşırığına əsasən fevralın 27-si və martın 12-si Azərbaycan ümumi dəyəri 21,5 milyon manatdan (11,5 milyon avrodan) artıq olan dərman vasitələri və tibbi vasitələr, eləcə də ərzaq və qida məhsulları göndərib.

İndiyədək ümumilikdə 520 tonadək humanitar yardım göndərilib.

Paylaş:
Baxılıb: 963 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31