Yüksək mənəvi dəyərlər və xeyriyyəçilik daşıyıcısı...
05.05.2022 [13:40]
Xalq şairi Musa Yaqubun may ayının 7-də vəfatının bir ili tamam olur. Bununla əlaqədar olaraq geniş tədbirlər və hazırlıq işləri davam edir. Vəsiyyətinə uyğun olaraq İsmayıllı rayonunun doğma Buynuz kəndində, həyat yoldaşının yanında dəfn edilən şairin yenicə qoyulmuş monumental qəbir üstü abidəsi açılış günü üçün hazırlanmaqdadır. Təbiət, lirik duyğular şairinin vəfat etməsinin ildönümünə qədər möhtəşəm abidə-kompleksinin ucaldılması mədəni-mənəvi dəyərlərimizə hər zaman yüksək sadiqlik və qayğı nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə reallaşdırılıb.
Bu nəcib təşəbbüsün həyata keçirilməsinə Milli Məclisin deputatı Ağalar Vəliyevin də dəstək göstərməsi öz bəhrəsini verib. Millət vəkilinin həmişə olduğu kimi taleyüklü məsələlərə kompleks yanaşması və şəxsi təşəbbüsü nəticəsində xalq şairi ilə qonşuluqda dəfn edilən doğmalarının da qəbir üstlərinin götürülməsi nəzərdən yayınmayıb. Bu baxımdan Musa Yaqubun anası Rəbiyyə Yaqubovanın, ömür-gün yoldaşı Zöhrə xanımın, qardaşı Saməddin Yaqubovun da qəbir üstlərinin götürülməsi və abadlaşdırılması şairin abidəsini daha da monumental və mükəmməl göstərir. Xatırlatdığımız kimi, may ayının 7-də açılışı baş tutacaq abidənin müəllifi xalq rəssamı, heykəltaraş Natiq Əliyevdir.
Hər zaman milli-mənəvi dəyərlərimizə məsuliyyətli, həssas yanaşma nümayiş etdirən Ağalar Vəliyevin xeyriyyəçilik fəaliyyəti nəticəsində Bərdə rayonunda Seyid Yusif Ağanın qəbri üzərində memarlıq incisi sayılan məqbərə ucaldılıb, ətrafı abadlaşdırılıb və məqbərəyə uzanan 6 km-ə yaxın avtomobil yolu abadlaşdırılıb. Bu yerdə Azərbaycan tarixinin qalibiyyət səhifəsinə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsi zamanı Milli Məclis deputatının yüksək vətəndaş fəallığı ilə həyata keçirdiyi xeyriyyəçilik fəaliyyətindən bir neçə nümunə gətirmək məntiqi olardı. Müharibə zamanı Ağalar Vəliyevin Milli Məclisdə təmsil elədiyi Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan yaşayış məntəqələrində gördüyü işlər misilsizdir, vətənə və xalqa sevginin bariz təzahürüdür. Həmin odlu-alovlu günlərdə Azərbaycanın bütövlüyü uğrunda bu rayonlardan şəhid olan 81 nəfər Vətən oğlunun dəfn, yas, il mərasimlərinin keçirilməsi, qəbir üstü abidələrinin hazırlanması işlərinin maliyyələşdirilməsinin həyata keçirilməsi, 500- ə yaxın şəhid və qazi ailəsinə mütəmadi olaraq maliyyə yardımlarının göstərilməsi yüksək vətənpərvərlik və daxili böyüklük örnəyidir. Yadımsevərlik, humanizm kimi yüksək milli-mənəvi keyfiyyətlərin ləyaqətli daşıyıcısı olmaq fəxarətvericidir. Milli Məclis üzvü tərəfindən hər il müxtəlif bayram günlərində şəhid və qazi alələri ilə yanaşı, az təminatlı insanlara, bütövlükdə 1000-ə yaxın ailəyə zəruri ərzaq sovqatı bağlamalarının göndərilməsi artıq uzun illərdir ki, ənənə halını alıb və Milli Məclis deputatının xeyirxahlıq simvolu sayılan bu vətənpərvərlik addımları seçiciləri tərəfindən daxili razılıq və şükranlıqla qarşılanır.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

