Xəzərdə dayazlaşma davam edərsə...
06.07.2022 [10:28]
Aral dənizinin aqibəti ilə üzləşə bilər
Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçirilib
SOCAR mütəxəssisləri alternativ enerjiyə keçidi araşdırır
Günel ABBAS
Xəzər dənizinin səviyyəsi daima tərəddüd etməkdədir. Onun səviyyəsi vaxtaşırı gah qalxır, gah da enir. Bununla əlaqədar olaraq dənizin dərinliyi və tutduğu sahə əsaslı dəyişikliklərə uğrayır. Sahildə gedən proseslər (yuyulma, akkumulyasiya) həm kəmiyyət, həm də dinamik dəyişmələrə məruz qalır. Dənizin səviyyəsinin dəyişməsi başlıca olaraq onda olan su kütləsinin dəyişməsi ilə bağlıdır. Suyun kütləsinin dəyişməsi öz növbəsində dəniz suyunun duzluluğuna və bioloji rejiminə təsir edir. Bununla əlaqədar olaraq, ilk növbədə, səviyyənin tərəddüd etməsinin səbəbləri araşdırılır, bu səbəblər sırasında onların hansının daha əsas rol oynadığı müəyyən edilir. Dənizin hidroloji rejimində, onun səviyyəsinin dəyişməsində mövcud olan əsas qanunauyğunluqları müəyyən etmək məqsədilə də müvafiq strukturlarla birgə işlər aparılır.
Ötən gün “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hibrid formatda beynəlxalq konfrans keçirilib. Bu tədbir sözügedən məsələlərin həlli istiqamətində birgə fəaliyyət baxımından olduqca əhəmiyyətlidir. Tədbirdə Xəzəryanı ölkələrin nümayəndələri ilə birgə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin katibi Abdallah Mokssit, BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin Rezident Nümayəndəsi vəzifəsini icra edən Çaru Bist, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov və digər rəsmilər iştirak ediblər.
Xəzər dənizi planetimizin unikal su hövzəsidir
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev videoformatda konfrans iştirakçılarına müraciət edib. Bildirib ki, Xəzər dənizi planetimizin unikal su hövzəsidir və sahilyanı dövlətlərin xalqları üçün qlobal əhəmiyyətə və dəyərə malik olan zəngin təbii sərvətləri ilə məşhurdur. Onun sözlərinə görə, hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir. Nazir qeyd edib ki, Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə mənfi təsir göstərir.
M.Babayev əlavə edib ki, Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür: “Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə mütəmadi ekspedisiyalar keçirilir. Eyni zamanda, Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif edirik. Burada regional əməkdaşlığın, xüsusilə ekoloji problemlərin həllində Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsi üçün hüquqi baza yaradan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın mühüm rolunu qeyd etmək lazımdır. Bununla yanaşı, Xəzər dənizinin dayazlaşma səbəbləri, onun fəsadlarının yumşaldı?masına yönəlmiş milli uyğunlaşma planları ilə yanaşı regional uyğunlaşma tədbirlərinin müəyyənləşdirilməsi hər bir Xəzəryanı ölkənin dayanıqlı inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək”.
Azərbaycan əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxışında bildirib ki, iqlim dəyişmələri son 30 il ərzində Xəzər dənizinin hövzəsində özünü daha həssas şəkildə göstərib. Onun sözlərinə görə, Azərbaycanın bütün ərazisində bu müddət ərzində yağıntının miqdarı nəzərəçarpacaq dərəcədə azalıb. Eləcə də Xəzər dənizinin ətraf mühitinin bugünkü vəziyyəti ilə əlaqədar bütün sahilyanı dövlətlər narahatlıq keçirir. Bu səbəbdən Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Nazirin müavini qeyd edib ki, dənizin səviyyəsinin dəyişməsi uzun illər boyu müşahidə edilir və təəssüf ki, səviyyənin aşağı düşməsi dinamikası narahatlıq doğurur: “İnanırıq ki, ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsində bu konfransda aparılacaq müzakirələr nəticə etibarı ilə müəyyən qədər öz töhfəsini vermiş olacaq”.
25-30 il davam edərsə...
AMEA-nın akademiki Fəxrəddin Qədirovun sözlərinə görə, iqtisadi cəhətdən mühüm əhəmiyyət daşıyan Xəzər dənizinin və ətraf regionun geoloji və ekoloji problemlərinin elmi araşdırılması aktual problem olaraq qalır. F.Qədirov bildirib ki, bu günə kimi aparılan tədqiqatlar Xəzərin səviyyə tərəddüdlərində çox kəskin dəyişmələrin olduğunu göstərir: “Bu tədqiqatlar 100 il əvvəl Xəzərin səviyyəsinin 2 metr yüksək olduğunu göstərir. Bu dəyişmə 25-30 il davam edərsə Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə üzləşə bilər”.
Amillər açıqlanıb
Fəxrəddin Qədirov bildirib ki, iqlimə və dolayısı ilə dənizin səviyyəsinə təsir edən astronomik amillər də var: “Bura günəş aktivliyi və qabarma-çəkilmə də aiddir. Tektonik amillər arasında zəlzələ nəticəsində qırılma xətlərində baş verə biləcək axınlar, Xəzərdə baş verən vulkan püskürmələri nəticəsində yaranan lava axınları, plitələrin qarşılıqlı təsiri nəticəsində dibin tərəddüdü yer alıb. Antropogen amillər iqlim dəyişmələrinə və bilavasitə su balansı komponentlərinin dəyişmələrinə səbəb olur. Su balansı və seysmik təsirlə hesablanmış səviyyənin dəyərləri ilə səviyyənin həqiqi mövqeyi arasındakı bu cür uyğunsuzluq Xəzər dənizinin səviyyəsinin tərəddüdünün təkcə iqlim amilləri ilə deyil, həm də bu bölgənin yer qabığında baş verən tektonik hərəkətlərlə də bir əlaqəsi olduğunu göstərir”.
UNDP Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə layihələrinə dəstək verir
UNDP-nin Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bista bildirib ki, BMT-nin İnkişaf Proqramı (UNDP) Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə olunması layihələrinə dəstək verir.
O, DİM-in əldə olunması və bərpa olunan enerji mənbələrinə keçid istiqamətində apardığı fəal işə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. “İqlim dəyişikliyi səbəbindən hər birimizin gələcəyi qeyri-müəyyən ola bilər. Məlumdur ki, Xəzər dənizi bu regionun və bütövlükdə dünyanın unikal su hövzəsidir, lakin son illərdə dənizdə suyun səviyyəsi aşağı düşür. Hazırda sahilyanı ölkələr Xəzərdəki suyun səviyyəsinə təsir etmək iqtidarındadır. Bu problemi həll etmək üçün birgə işləməliyik”, - Ç.Bista deyib.
Xəzərdə suyun səviyyəsinin enməsi SOCAR-a da mane olur
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov qeyd edib ki, iqlim dəyişmələri nəticəsində meydana çıxan fövqəladə hallar, eləcə də Xəzər dənizinin səviyyəsində tərəddüdlərin artması bizi real risklərlə qarşı-qarşıya qoyur və bu mövzuda ciddi düşünməyə, önləyici tədbirlər görməyə vadar edir. O qeyd edib ki, dənizin səviyyəsinin endiyi hallarda Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, hidrotexniki qurğuların, o cümlədən limanların istismarında çətinliklər əmələ gəlir. Eyni zamanda, baş verən analoji hallar SOCAR-ın dəniz obyektlərində yerləşən istehsalat sahələrinin normal rejimdə istismarına maneçilik törədir.
SOCAR alternativ enerjiyə keçidi ciddi araşdırır
Xalik Məmmədov çıxışında qeyd edib ki, alternativ enerjiyə keçid məsələləri - hidrogen istehsalı, bərpa olunan enerji mənbələri, plastik tullantıların təkrar emalı, biopolimerlər və s. SOCAR mütəxəssisləri tərəfindən ciddi araşdırılır.
O qeyd edib ki, qarşıda çətin və həlli vacib olan problemlər durur. Təklif edib ki, ilk növbədə, Azərbaycan Respublikası üçün uzun və qısamüddətli iqlim proqnozu ssenariləri hazırlanmalı, şiddətli küləkli günlərin tezliyi, gözlənilən illik temperatur göstəriciləri, dəniz səviyyəsi tərəddüdləri haqqında məlumatlar əldə edilib ümumiləşdirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

