Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Erməninin kilsə şüvənliyi

Erməninin kilsə şüvənliyi

16.07.2022 [10:10]

Murad KÖHNƏQALA

Torpaqlarımızı azad etdikdən sonra bərpa işləri aparılan məkanlarda bir sıra mədəni tədbirlər düzənlənir. Onlardan ən sonuncusu Şuşada keçirilən “Vaqif poeziya günləri”dir. Düşmən tərəf isə bu cür qalibiyyət aksiyalarından qıcıqlanaraq saxtakarlığını davam etdirir. Biz yenicə qovuşduğumuz torpaqları ziyarət etdikcə ermənilər səfərlərimizə saxta don geyindirərək, guya Qarabağdakı tarixi xristian abidələrini sökməklə məşğul olduğumuzu yazıb bütün xristian dünyasına car çəkirlər.

Ermənilərin bu cür saxta iddialarının birinə millət vəkili Elnur Allahverdiyev öz feysbuk səhifəsində belə bir cavab yazıb paylaşmışdı:

“Ermənistan bütün dünyaya car çəkib “onlara məxsus olan” tarixi və dini abidələrin guya azərbaycanlılar tərəfindən dağıdılmasına dair yalan məlumatlar yayır. Təbii ki, biz azərbaycanlılara məxsus yüzlərlə kənd və şəhərlərimizin Ermənistan silahlı qüvvələri tərəfindən yerlə yeksan olunmasına ağrıyıb-acıyan yoxdur. Dünya görməzdən gəlir. Bəs Qarabağda erməni işğalının qurbanı olmuş xristian məbədləri necə? Axı Ermənistan hərbçiləri və yerli terrorçular tək bizim məscidlərimizi deyil, tarixdən bizə əmanət qalmış xristian məbədlərini də dağıdıblar”. 

Elnur Allahverdiyevin iyulun 1-də Azərbaycan və rus dillərində  yazdığı həmin statusa ermənilər üç gündən sonra “Novosti Armenii” xəbər saytında uzun bir cavab yazısı dərc etdiriblər. Yazı belə başlayır: “Azərbaycanlılar Artsaxdakı Ovannes Mkrtıç (Kanach Zham) adlı erməni kilsəsini təmir adı ilə tamamilə dağıdaraq onu pravoslav kilsəsinə çevirirlər. Bu barədə Artsax Respublikasının Tarixi Abidələrin Mühafizəsi üzrə Dövlət Xidməti məlumat yayıb”.

Gör haa, sən demə, ermənilərin Artsax adlı xəyali respublikası, üstəlik də həmin “respublikanın” Tarixi Abidələrin Mühafizəsi üzrə Dövlət Xidməti varmış.  

Erməni müəllif davam edir: “Şuşi (!) abidələri arasında həmin kilsənin xüsusi maraq doğurduğu qeyd olunur. Kilsənin günbəzi bir vaxtlar yaşıl rəngdə olduğuna görə ona Kanach Zham (Yaşıl kilsə) adı verilib”.

Elnur Allahverdiyevin Azərbaycan parlamentinin üzvü olduğunu guya bilməyən erməni müəllif daha sonra yazır:

“Bu yaxınlarda Elnur Allahverdiyev adlı sosial şəbəkə istifadəçisi Kanach Zham kilsəsini ruslaşdırmaq kimi xoşagəlməz işinə qayıdıb. Qeyd edək ki, Azərbaycanda kilsələrin ruslaşdırılması tendensiyası yeni deyil. Bir vaxtlar Fuad Axundov da əsassız olaraq onu rus pravoslav kilsəsi hesab etmişdi”.

Müəllif cəfəngiyyatla dolu yazısında guya bütün dünya xristianlarını haraya çağırmaq iddiası ilə “faktlarına” bir az da rəsmi don geydirmək üçün Ermənistan rəsmisinin çərənlədiyi sözlərdən özünə tutalğac gətirir:

“Bir vaxtlar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da 44 günlük müharibə nəticəsində Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə erməni mədəni-dini irsinin məhv edilməkdən və təhrifə uğradılmaqdan qorunmasının Ermənistanın əsas işlərindən biri olduğunu bildirmişdi. O vurğulamışdı ki, 2000-dən çox erməni mədəniyyət obyekti və 21000 muzey eksponatı məhv olmaq təhlükəsi ilə üz-üzədir”.

Nə isə, erməni müəllif beləcə sərsəmləyərək öz ağlında biz tərəfi suçlaya-suçlaya gedir.

Ermənilərin bu şər-böhtan yazısına da Azərbaycan deputatından cavab gecikməyib. Öz səhifəsində ənənəvi erməni həyasızlığına tutarlı cavab verən millət vəkili Elnur Allahverdiyev fikirlərini aşağıdakı ittiham sualları ilə bitirir:

“Əlbəttə, ermənilərlə mübahisə etmək mənasız fəaliyyətdir. Ancaq bununla belə, onların elmdən uzaq iddialarına bir neçə sualla cavab vermək yerinə düşər:

1. Azərbaycanı “erməni kilsələrini ruslaşdırmaqda” suçlayan erməni təbliğat maşını kimin Şuşada Pənahəli xan tərəfindən tikilmiş Yuxarı Gövhər Ağa məscidini “İran məscidi” etdiyini deyə bilərmi? Yeri gəlmişkən, İrəvandakı Göy məscidi də o cümlədən;

2. Azərbaycan kilsədə rəsm qalereyası yaratmışdısa, 30 il ərzində 50-dən çox məscidimizdə mal-heyvanı, İslam dininin qəbul etmədiyi donuzu kim saxlayırdı?

3. Biz azərbaycanlıları “erməni tarixi irsini” məhv etməkdə suçlayanda, hansı irsdən söhbət gedir - daşları sirkədə saxlayıb, “qızardıb” “qədim xaçkar” kimi təqdim olunan irsdən? Nə səbəbdən 30 illik “müstəqillik” dövründə axtarıb-tapılmayan erməni xaçkarları 2020-ci ilin 44 günlük müharibəsindən sonra az qala göbələk kimi hər ağacın dibində “bitməyə” və təsadüfən yerli sakinlərin qarşısına çıxmağa başlayıb?

Atalarımızın yaxşı deyimi var: Utanmasan oynamağa nə var?

Utanmazlar!”

Onsuz da bütün dünya xalqları, ən əsası da ruslar yaxşı bilir ki, erməninin utanan üzü yoxdur. Hər yanda Qafqazın ən qədim sakini iddiası ilə yaxa yırtan ermənilərin Azərbaycana köçürülməsinin qısa tarixini burada bir daha xatırlatmaq yerinə düşər. Deməli, 1828-ci ildə Çar Rusiyasının Şimali Azərbaycanı işğal etməsindən sonra Qacar imperiyası ilə bağlanan Türkmənçay müqaviləsinə əsasən, ermənilər Qarabağ, Naxçıvan və İrəvana köçürülməli idi. İlk köçlər ərəfəsində 200 erməni ailəsi Marağa əyalətindən Qarabağa köçürüldü. Ermənilər Ağdərədə məskunlaşdıqları ərazini Marağa adlandırsalar da, Sovet dövründə kəndin adı erməniləşdirilərək Marağaşen (ermənicə “Marağa kəndi”) şəklinə salındı. 1978-ci ildə kənddə erməni ailələrinin Marağadan köçüb Qarabağa gəlməsinin 150 illiyi ilə əlaqədar abidə ucaldıldı. Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra ermənilərin Qarabağa gəlmə olduqlarının izini itirmək məqsədilə həmin abidədəki yazıların üstü əvvəlcə daşla örtüldü, sonra isə abidə tamamilə dağıdıldı.

Məsələ burasındadır ki, ermənilər bizim islam inanclı olmağımızı əsas gətirməklə dünya ictimaiyyətini çaşdıraraq Qafqazdakı qədim kilsələrə sahib çıxmaq istəyirlər. Halbuki həmin abidələr qədim türklərin yaratdığı Ağvan dövlətinin yadigarlarıdır. Mənbələrin məlumatına görə, Qafqaz Albaniyası dövlətinin tarixi eramızdan əvvəlki yüzilliklərdən başlamış miladdan sonrakı VIII əsrin əvvəllərinə, ərəb xilafətinin işğalına qədər uzanır. Əsas ərazisi Araz çayından şimali Qafqazadək, Xəzər dənizinin qərb sahilindən Göyçə gölünün qərbində yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edib. Bu ərazilərdə maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan əsasən türkmənşəli müxtəlif tayfalar yaşayıb. Onların arasında saklar, qarqarlar, kuzlar, kəngərlər, hunlar, şamaklar, muğlar və digər türkdilli tayfalar üstünlük təşkil edib.

Eramızdan əvvəl V əsrdə yaşamış antik tarixçi Herodot yazır ki, skiflər (yəni türkdilli tayfalar) midiyalılarla müharibədə qələbə çaldıqdan sonra Qafqaz ərazisində dövlət yaradıblar. Skif çarlığı kimi tanınmış bu dövlətin qədim Albaniya dövləti olduğu çoxlarında şübhə doğurmur.

Eramızın I əsrində yaşamış yunan coğrafiyaşünası Strabon Albaniyada məskunlaşmış tayfaların dini etiqadlarından bəhs edərək yazır ki, onlar Heli (günəş), Zevs (atəş) və Selen (ay) ilahələrinə sitayiş edirlər. Ölkədə Günəş, Ay tapınaqları kimi bütpərəstlik məbədləri ilə yanaşı çoxlu atəşpərəst məbədi də olub. Bunların bir qismi sonralar xristian məbədinə çevrilib, əksər qismi isə islam dininin yayıldığı dövrdə mövcudluğunu başa vurub.

Paylaş:
Baxılıb: 162 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Müsahibə

Xəbər lenti

8 avqust 1991-ci il...

06 Avqust 10:12

Prezident bu gün

Prezident bu gün

06 Avqust 10:08

Siyasət

Səfirliyimizə hücum...

06 Avqust 10:05  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31