Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edildi

“Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edildi

16.07.2022 [17:42]

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

Qanuna əsasən, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

- 1.0.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.0.7. Azad Zona rezidenti – Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallar istisna olmaqla, Azad Zonada sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan və orada yaşamaq üçün icazəsi olan hər hansı fiziki şəxs;”.

- Aşağıdakı məzmunda 1.0.17-1-ci və 6.1.16-1-ci maddələr əlavə edilsin:

“1.0.17-1. əsas iqtisadiyyatın vergi ödəyicisi – əsas iqtisadiyyatın qanunvericiliyinə uyğun olaraq yaradılmış və əsas iqtisadiyyatda, eyni zamanda Azad Zonada fəaliyyət göstərən və fəaliyyətinə əsas iqtisadiyyatın qanunvericiliyi tətbiq edilən vergi ödəyicisi;”;

“6.1.16-1. öz adından əqdlər bağlamaq, əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək;”.

- 4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 4. Azad Zonada tətbiq edilən əsas iqtisadiyyat qanunvericiliyi

- Bu Qanunun müddəaları nəzərə alınmaqla, Azad Zonada əsas iqtisadiyyatın aşağıdakı qanunvericiliyi tətbiq edilir:

- əsas iqtisadiyyatın cinayət qanunvericiliyi;

- əsas iqtisadiyyatın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyi.”.

- 16-cı maddə üzrə:

- 16.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“16.1. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallarda Azad Zonada fəaliyyət göstərən Azad Zona hüquqi şəxsləri Azad Zonadakı fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar. Əsas iqtisadiyyatdan Azad Zonaya və Azad Zonadan əsas iqtisadiyyata malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların, işlərin və xidmətlərin idxalına və ixracına bərabər tutulur.”;

- aşağıdakı məzmunda 16.1-1-ci maddə əlavə edilsin:

“16.1-1. Azad Zona rezidentlərinin, Azad Zona səlahiyyətli qurumunun, Azad Zona inzibati müəssisələrinin və Azad Zona hüquqi şəxslərinin işçilərinin gəlirlərinə vergilərin tətbiqi və tutulması qaydası Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarla və həmin qaydalarda nəzərdə tutulan hallarda əsas iqtisadiyyatın qanunvericiliyi ilə tənzimlənir.”;

- 16.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“16. 2. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri əsas iqtisadiyyatın vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, yaxud əsas iqtisadiyyatın vergi ödəyicisi Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə, Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər və xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir. Əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı aparılan ödəmələrdən ödəmə mənbəyində vergilərin tutulması həyata keçirilmir.”;

- 16.3-cü maddə ləğv edilsin;

- 16.4-cü maddədə “iqtisadiyyata aid olan şəxslərdə” sözləri “iqtisadiyyatın vergi ödəyicisində” sözləri ilə əvəz edilsin.

- Aşağıdakı məzmunda 16-1-ci maddə əlavə edilsin:

“Maddə 16-1. Maliyyə xidmətləri

Azad Zona səlahiyyətli qurumuna, Azad Zona inzibati müəssisələrinə və Azad Zona hüquqi şəxslərinə əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən maliyyə bazarlarında xidmətlər göstərildikdə, belə xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicilərinə Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalar nəzərə alınmaqla, əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.”.

- 17-ci maddə üzrə:

- 17.1-ci və 17.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:

“17.1. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri və Azad Zona hüquqi şəxsləri tərəfindən Azad Zonaya gətirilən və Azad Zonadan aparılan mallara və nəqliyyat vasitələrinə görə gömrük rəsmiləşdirilməsi üçün ödənilən yığımlardan başqa digər gömrük ödənişləri, o cümlədən gömrük rüsumu və vergilər tətbiq edilmir.

- Mallar və nəqliyyat vasitələri əsas iqtisadiyyatın vergi ödəyiciləri tərəfindən Azad Zonadan əsas iqtisadiyyata gətirildikdə və əsas iqtisadiyyatdan Azad Zonaya aparıldıqda, belə mallara və nəqliyyat vasitələrinə gömrük rəsmiləşdirilməsi zamanı əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.”;

- 17.3-cü maddənin ikinci cümləsinə “Azad Zona qanunvericiliyinə” sözlərindən sonra “və həmin qanunvericilikdə nəzərdə tutulduğu halda və qaydada əsas iqtisadiyyat qanunvericiliyinə,” sözləri əlavə edilsin;

- 17.4-cü maddənin birinci abzasının birinci cümləsində “və Azad Zonadan idxal və ixrac olunan mallar, işlər, xidmətlər” sözləri “gətirilən və Azad Zonadan aparılan mallar və nəqliyyat vasitələri” sözləri ilə əvəz edilsin;

- 17.4.1-ci maddədə “idxal olunan və Azad Zonadan ixrac olunan malların, işlərin, xidmətlərin” sözləri “gətirilən və Azad Zonadan aparılan malların və nəqliyyat vasitələrinin” sözləri ilə əvəz edilsin;

- 17.4.2-ci maddədə “, işlərin, xidmətlərin” sözləri “və nəqliyyat vasitələrinin” sözləri ilə əvəz edilsin.

- 19.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azad Zona səlahiyyətli qurumu bu Qanunun 16.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan subyektlərin fəaliyyəti üçün təminedici xarakter daşıyan əsas iqtisadiyyatın vergi ödəyicilərinin fəaliyyət göstərməsi üçün Azad Zona ərazisinin bir hissəsini Azad Zonanın gömrük ərazisi sayılmayan və əsas iqtisadiyyat qanunvericiliyinin Azad Zonanın maraq və mənafelərinə xələl gətirməmək şərtilə tətbiq edildiyi ərazi kimi ayıra bilər.”.

- 19.4-cü maddədən “Developerə,” sözü çıxarılsın.

- 24-cü maddə üzrə:

- 24.1-ci maddəyə “və ya” sözlərindən sonra “Azad Zonanın səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə edilsin;

- 24.2-ci maddədə “İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və” sözləri “Azad Zona hüquqi şəxsləri, onların investor və səhmdarları, habelə Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi daxili qaydalarda nəzərdə tutulduğu hallarda Azad Zona rezidentləri Azad Zonaya investisiya qoymaq və Azad Zonadakı” sözləri ilə əvəz edilsin;

- 24.3-cü maddədə “İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin,” sözləri “Azad Zona hüquqi şəxslərinin, onların işçilərinin, investor və səhmdarlarının, habelə Azad Zona səlahiyyətli qurumunun qəbul etdiyi qaydalarda nəzərdə tutulduğu hallarda Azad Zona rezidentlərinin” sözləri ilə əvəz edilsin.

- 26.1-ci maddədən “mülki, kommersiya, əmək və inzibati” sözləri çıxarılsın.

- 27.3-cü maddənin birinci cümləsində “və ya digər məhkəmə orqanları tərəfindən” sözləri “, digər məhkəmə orqanları və ya arbitraj tərəfindən Azad Zonanın ərazisində fəaliyyətdən irəli gələn mübahisə ilə bağlı” sözləri ilə əvəz edilsin.

- 31.2-ci maddəyə “16” rəqəmlərindən sonra “, 16-1” rəqəmləri əlavə edilsin.

Paylaş:
Baxılıb: 113 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31