Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Jurnalistlər Mətbuat Gününü Şuşada qeyd etdilər

Jurnalistlər Mətbuat Gününü Şuşada qeyd etdilər

20.07.2022 [10:54]

İİTKM və MEDİA jurnalistlər üçün Şuşada yay məktəbi təşkil etdi

Günel ABBASOVA

Bu gün dövlətimizin prioritet hesab etdiyi məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, həmin bölgələrə ziyarətçi sayını artırmaqdır. Təbii ki, məqsəd ərazilərdə işğal dövrünə aid dağıntıları, eləcə də yenidənqurma işlərini ictimaiyyətə geniş, əyani şəkildə çatdırmaqdır. Bu xüsusda dövlət qurumları çoxşaxəli layihələr həyata keçirir. Budəfəki tədbir 17-18 iyul tarixlərində İİTKM və MEDİA tərəfindən 22 iyul - Mətbuat Günü ərəfəsində jurnalistlər üçün təşkil edilmişdi. Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu islahatların bir istiqaməti də azad və müstəqil medianın inkişafıdır. Xüsusən də biznes və iqtisadi jurnalistika ictimai rəyin formalaşmasına töhfə verməklə, həm də vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatının əsas atributu olan rəqabət mexanizminin inkişafında rol oynayır.

Jurnalistlər üçün keçirilən təlimi iqtisadi jurnalistikanın biznes, cəmiyyət və dövlət münasibətlərinin inkişafındakı rolu, eləcə də, jurnalistlərin peşə bacarıqlarının artırılması baxımından olduqca əhəmiyyətli hesab etmək olar. Jurnalistlər üçün yay məktəbi formatında baş tutan ikigünlük təlim Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsini və bu çərçivədə görülən işlərə töhfə vermək məqsədi ilə mədəniyyət paytaxtımız olan Şuşa şəhərində təşkil edilib. Təlimdə Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin eləcə də İİTKM-in əməkdaşları iştirak ediblər. 2 günlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb.

Cıdır düzünə səyahətdən sonra Qarabağ otelində İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovun iştirakı ilə tədbir keçirilib. Vüsal Qasımlı belə bir təlimin işğaldan azad edilmiş Şuşa şəhərində baş tutması münasibətilə təbrik edərək bildirib ki, 17 iyul həm də Şah İsmayıl Xətainin doğum günü olduğundan təlimin daha bir anlamlı tərəfi var. V.Qasımlı öyrənəcəkləri iqtisadi əhəmiyyətli məlumatların çoxşaxəli olduğundan jurnalistləri təlimdə aktiv iştiraka dəvət edib. Əhməd İsmayılov qeyd edib ki, Mətbuat Günü ərəfəsində Şuşada jurnalistlərin belə bir təlimdə iştirak etməsi olduqca əlamətdardır. Ə.İsmayılov birgə təlimlərin bundan sonra da davamlı olacağını diqqətə çatdıraraq Şuşa şəhərində yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

İlk təlim dövlətin büdcə-vergi siyasəti mövzusunda baş tutub. Təlimçilərdən ilk çıxış edən Maliyyə Nazirliyi Aparatının OXÇHM-nin direktor müavini Rəşad Həsənov olub.

R.Həsənovun dövlət qulluğunda dövlət maliyyəsinin idarə olunması və fiskal siyasət sahələri üzrə 12 ildən çox təcrübəsi var. O, Azərbaycan Dövlət İqtisad Universitetindən “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə müvafiq olaraq bakalavr və magistr dərəcələri, Harvard Universitetindən isə “Dövlət idarəçiliyi” üzrə magistr dərəcəsi alıb.

O, jurnalistlərə dövlət maliyyəsinin idarə olunması və fiskal siyasətlə bağlı məlumatları çatdırıb. Bildirib ki, biznes və maliyyə jurnalistikası jurnalistikanın maraqlı, eyni zamanda, ən həssas sahələrindən biridir: “Xüsusilə 2008-ci il qlobal maliyyə böhranından sonra dünyada jurnalistikanın bu sahəsinin rolu və əhəmiyyəti daha da artmaqdadır. Çünki iqtisadiyyat və maliyyə məsələləri ilə bağlı məlumatlar və xəbərlər fəaliyyət sahəsindən asılı olmayaraq bütün insanları maraqlandırır, hətta bəzən investorların və istehlakçıların qərarlarına və seçimlərinə təsir edir. Bu sahədə fəaliyyət göstərən jurnalistlər həm məlumatları vətəndaşların başa düşəcəyi dildə, aydın və sadə formada insanlara çatdırmağı bacarmalı, həm də “protokol jurnalistikası”ndan uzaq olmalıdırlar, yəni dövlət və özəl qurumların paylaşdığı press-relizləri olduğu kimi “copy-paste” etməklə kifayətlənməməli, orada yazılanları ətraflı təhlil etməli və sadə dildə insanların həyatına necə təsir edəcəyini izah etməlidirlər”.

Təlimçi Dövlət Gömrük Komitəsinin əməkdaşı Fuad Məmmədov jurnalistlərə gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin büdcə daxilolmalarına təsiri və mövcud vəziyyət barədə məlumat verib. Gömrük orqanlarının büdcədəki önəmli yerini diqqətə çatdıraraq bu məsələlərin mediada işıqlandırılması ilə bağlı tövsiyələr verib.

Təlimin ikinci gününün ilk mövzusu sosial siyasət barədə olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Rəşad Dayıyev jurnalistləri məşğulluq siyasəti: mövcud reallıqlar və qarşıda duran vəzifələr barədə məlumatlandırıb. Jurnalistlərin bu sahədə çoxsaylı suallarını cavablandırıb. Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Elman Sadıqov dördüncü sənaye inqilabının əmək bazarına və iqtisadiyyatın müxtəlif sahələrinə təsirləri barədə təlim keçib. Bu məsələlər ətrafında yaranan bir çox məqamlara aydınlıq gətirib.

İkinci təlim maliyyə-bank sektoru mövzusunda keçirilib. Mərkəzi Bankın əməkdaşı Azər Ələsgərov iştirakçılara pul siyasəti ilə bağlı məlumat verib. Mərkəzi Bankın nümayəndəsi Fuad İsayev bank sektoru üzrə son trendlər barədə təlim keçib. Bu sahədə vətəndaşlarda sual doğuran borcalan və bank münasibətlərinə aydınlıq gətirib. Sığorta üzrə son trendlər mövzusunda təlim keçən Mərkəzi Bankın əməkdaşı Vüsal Qurbanov son illər sığorta sahəsindəki irəliləyişləri və gələcək planları diqqətə çatdırıb. Sığorta üzrə əhalinin maarifləndirilməsinə və qanunvericiliyin mütəmadi təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib. Strateji inkişaf layihələri çərçivəsində həyata keçirilən və planlaşdırılan məsələlərdən danışıb.

Üçüncü təlim elektron ticarət mövzusunda baş tutub. İİTKM-in əməkdaşı Nicat Hacızadə ticarət diversifikasiyasının iqtisadi artıma təsirləri barədə danışıb. İİTKM-in nümayəndəsi Ayxan Qədəşov ticarətdə müasirlik mövzusunda çıxış edərək diqqəti onlayn ticarətin inkişafına yönəldib. İİTKM-in əməkdaşı Məsumə Talıbova rəqəmsal iqtisadiyyat: rəqəmsal iqtisadiyyatın əsasları və rəqəmsal Azərbaycan mövzusunda təlim keçib.

Sonuncu təlim İqtisadi artım mövzusunda olub. İİTKM-in nümayəndələri Rəşad Hüseynov inflyasiya və iqtisadi siyasət alətləri barədə, Ayaz Müseyibov Kredit hesabatlılıq sistemlərinin inkişaf trendləri, Ramil Hüseyn Azərbaycanın ərzaq təhlükəsizliyinin gücləndirilməsində işğaldan azad edilən ərazilərin rolu barədə təlim keçib. Ramil Hüseyn iştirakçıların məsələ ətrafında qeyd edilən bir çox suallarını da cavablandırıb.

Sonda sertifikatlar təqdim edilib və Şuşa qalası önündə xatirə fotosu çəkilib.

Paylaş:
Baxılıb: 108 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

17 Avqust 10:15

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31