Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan 2-ci səviyyəyə yüksəlib

Azərbaycan 2-ci səviyyəyə yüksəlib

21.07.2022 [15:00]

Mahirə Əmirhüseynova: “İnsan alveri cinayətinə qarşı mübarizədə effektli nəticələr əldə olunur” 

Günel Abbas

ABŞ Dövlət Departamenti  ölkəmizlə bağlı müsbət tendensiyaları özündə birləşdirən hesabat yayıb. Beləki ABŞ Dövlət Departamenti  Azərbaycanı insan alveri ilə bağlı İzləmə Siyahısından çıxararaq 2-ci səviyyəyə yüksəldib. Bununla bağlı qeyd olunub ki, Azərbaycan hökuməti insan alverinin aradan qaldırılması istiqamətində ciddi səylər göstərir. Belə ki, hesabatda bildirildiyinə görə, hökumət “COVID-19” pandemiyasının insan alverinə qarşı mübarizə potensialına təsirini nəzərə alaraq, əvvəlki hesabat dövrü ilə müqayisədə daha çox səy nümayiş etdirir. Ona görə də Azərbaycan 2-ci səviyyəyə yüksəlib.

 Məsələ ilə bağlı fikirlərini bölüşən  “İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyası”nın sədri, XXI Əsrin Qadınları İctimai Birliyinin  sədri Mahirə Əmirhüseynova mətbuata açıqlamasında beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi nəticələri  müsbət qiymətləndirmələrinin səbəbləri sırasında “İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyası”dakı aparıcı qeyri-hökumət təşkilatlarının yetərli və  məqsədyönlü iş aparmaları ilə əlaqələndirib: “Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar xalqın maddi rifahının yaxşılaşdırılmasına, vətəndaşların iqtisadi və sosial hüquqlarının müdafiəsinə geniş imkanlar yaradır. Əldə olunan uğurların fonunda  insan hüquq və azdlıqların qorunması başlıca məqsədlərdəndir. Bu baxımdan Azərbaycan dövləti insan hüquqları sahəsində 20-dək beynəlxalq konvensiya və sazişlərə qoşulub. Həmçinin ölkəmiz insan azadlıqları ilə bağlı  yeni qanunlar qəbul edib, dövlət proqramlarını təsdiq edib. Təbii ki, transmilli cinayət şəbəkəsinin növləri sırasında olan insan alveri cinayətinin ölkəmizdə də baş verməsi narahatlıq yaradan problemlərdəndir.Vətəndaş cəmiyyəti institutları mütəmadi olaraq insan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğati işlər təşkil edirlər. Bu istiqamətdə Daxili İşlər Nazirliyi, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin “İnsan alverinə qarşı mübarizə üzrə QHT koalisiyası”dakı QHT-lərə hər cür dəstəyi göstərməsi insan alveri cinayətinə qarşı mübarizə tədbirlərində effektli nəticələrin əldə olunmasına imkanlar yaradıb”. 

Mahirə Əmirhüseynova onu da qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi, İnsan alveri faktları ilə qarşılaşdıqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin nəzdində 152 qaynar xətt telefonunun fəaliyyət göstərməsi, qurbanların reabilitasiyası üçün sığınacaqların yaradılması və digər mühüm tədibirlərin həyata keçirilməsi dövlərin vətəndaş cəmiyyəti instutuları ilə birlikdə insan alveri cinatətlərinə qarşı mübarizədə qərarlı olduğunu göstərir: “Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində mükəmməl qanunvericilik bazası formalaşıb və QHT-lərin iştirakı ilə cəmiyyətin bütün təbəqələri arasında maarifləndirmə sistemi həyata keçirilir. Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində BMT və Avropa Şurasının konvensiyaları və protokolları ratifikasiya edilib.  Eyni zamanda  qəbul edilən normativ hüquqi akta əsasən insan alveri qurbanlarının sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası təmin olunub. Bu istiqamətdə işlər davam etdirlməkdədir”.

Paylaş:
Baxılıb: 139 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31