Qorxuların ən dəhşətlis i- unudulmaq qorxusu
30.07.2022 [10:29]
MÜŞFİQƏ
Dünyadakı ən böyük qorxu unudulmaqdır. Bu hissi yaşayan insanlar diqqətdən kənarda qalmaqdan çox qorxur və özlərini dəyərsiz hiss edirlər. Onlar üçün ölüm qorxusundan belə dəhşətlidir...
Viktor Hüqonun “Bir məhkumun son günü” əsərini oxuduqdan sonra bu fikir ilə barışmalı olursan. Hüqo adsız qəhrəmanın dilindən edam hökmünün bir insana necə təsir etdiyini təsvir edir. Əsərdə edama məhkum edilmiş şəxsin öz dilindən son günləri nəql olunur. Öləcəyini bilən bir insan hansı hisləri keçirə bilər? Bu çətin sualın altından, yəqin ki, ancaq Hüqo kimi dahi yazıçı qalxa bilərdi. Əgər bu gün dünyanın əksər ölkələrində edam hökmü ləğv olunubsa, bunda mütləq Hüqonun payı vardır.
Yazıçının təxəyyülünün məhsulu olan qısa roman əslində çoxlarımızın həyatına işıq tutur. Müəllifin kitabı yazmaqda məqsədi edam qanununun faciəvi gerçəkliyini göz önünə sərməklə yanaşı, unudulmaq qorxusu və xatırlanmaq ehtiyacının önəmini vurğulamaq idi. Bunun ən aydın olduğu hissə məhkumun kiçik qızı ilə olan görüş səhnəsi idi. Kitabda məhkum: “Bir müddət öncə mən də hər kəs kimi bir insan idim” - deyir. Lakin bir müddət ərzində o, zahirən o qədər dəyişir ki, hətta öz qızı belə onu tanımır. Düşünün ki, bir atanın edamına sayılı günlər qalır. O, hər dəqiqə qızı ilə görüşəcəyi və sadəcə onu görəcəyi ümidlə yaşayır. Amma qızı onu artıq unudub. Atanı edam edilməkdən daha çox qızının unutması yaralamışdı:
“Mənim kiçik Mariam!” Onu hıçqırıqla sinəmə sıxdım. O, mənə dedi: “Ah! Məni incidirsən, cənab.”
“Cənab?” Onun kiçik əllərini əllərimin arasına alaraq ona dedim: “Qulaq as, Mari, məni tanımırsan?”
“Əlbəttə, yox!” o, gözəl gözləri ilə mənə baxaraq cavab verdi.
“Yaxşı bax” deyə təkrar etdim...Yazıq qızım artıq bir ilə yaxındır ki, məni görmürdü. Məni, üzümü, danışığımı, səs tonumu belə unutmuşdu. Deyəsən, artıq yoxa çıxmışdım. Mən daha ata deyiləm! Mən əslində ata sözünü eşitməməyə məhkum edilmişdim. Bütün qəlbinlə, dünyada tək varlıq kimi sevdiyin birinin səni unutması olduqca ağırdır”. Ölməyə məhkum edilmiş birinin istədiyi yeganə təsəllisi də əlindən alınmışdı. “Bundan sonra heç nə istəmirdim. Ürəyimin son həssas teli də qırılmışdı. Mən hazıram! Artıq nə istəyirsiniz, edin!”- deyib özünü cəllada təslim etdi.
Psixologiya elminə nəzər salsaq, unudulmaq qorxusu əslində bir patalogiyadır. Psixoloq İlhamə Vəliqızı deyir ki, amneziya, alzheimer kimi çox yayılan bir patalogiya olmasa da, həmin insanlar üçün dəyərli bir şeyi itirmək fəlakətə bərabərdir: “Səbəb, uşaq vaxtı çox tək qalmaları və ya ətrafdan təcrid olmalarıdır. Həmin insanların şüurunda təklənmə fobiyası yaranır. Nəticədə “Məni hamı unudur”, “Mən heç kimə lazım deyiləm” düşüncəsinə qapılırlar. Buna elmdə “atazaqorafobiya” da deyilir. İçinəqapanıq insanlarda bu simptomlar daha çox özünü büruzə verir. Belə insanlar ünsiyyətcil olmurlar, aktiv həyat tərzi keçirmirlər. Utancaq olur və yaxud əhvalları hər zaman aşağı olur. Bu tip insanlarda bu patalogiyaya tutulma riski daha yüksəkdir. Əslində hamısının təməlində qorxu yaşanır. Belə insanlar yaşlandıqca daha çox alzheimer xəstələri olurlar. Çünki o fobiyadan o qədər çox qorxurlar ki, istər-istəməz bu xəstəliyə bir növ yol açmış olurlar”.
Xəbər lenti
Hamısına baxDünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32

