Bərdə-Ağdam yolunun tikintisi sürətlə davam etdirilir
02.08.2022 [11:23]
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44.5 km təşkil edir.
Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq yolboyu torpaq işləri və yeni torpaq yatağının inşası artıq yekunlaşıb. Layihə üzrə nəzərdə tutulmuş qalınlıqda və lazımi materiallardan istifadə olunmaqla yol əsasının tikintisi də bitmək üzrədir.
Artıq Bərdə-Ağdam avtomobil yolunun tikintisi layihəsi üzrə yol geyimi işləri 47%, süni qurğular üzrə işlər 63%, körpülər üzrə tikinti 99% yerinə yetirilib. Ümumilikdə nəzərdə tutulan işlərin 71%-i yekunlaşıb.
Belə ki, hazırda yol əsası hazır olan hissələrdə (12-45-ci km) yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Bundan başqa, avtomobil yolunun Bərdə şəhərinin daxilindən keçən ilk 2.2-ci km-lik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi, piyada səkilərinin inşası, səki və tamet daşlarının düzülməsi işləri davam edir.
Yeni inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan suötürücü boru, düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə yeraltı keçidlərin inşası da artıq bitib.
Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı km-lik hissəsində inşa olunan 91.3 və 18.2 metr uzunluğa malik avtomobil körpülərin tikintisi də artıq yekunlaşıb.
Yolun 14-cü km-lik hissəsində 66 metr uzunluğa malik yol qovşağında yanaşma yollarının və yolun 29-cu km-də də “Pit stop” (Dayan Dincəl) məntəqəsinin tikintisi, həmçinin yolun 4, 14 və 16 kilometrlik hissələrində nəzərdə tutulan yerüstü piyada keçidlərinin inşası davam edir.
1-ci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə geriyə dönmə hissələrinin yaradılması, avtobus dayanacaqlarının inşası da layihə üzrə icrası nəzərdə tutulan işlərdəndir və hazırda bu istiqamətdə də işlərə başlanılıb.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

