Karantin qayıdacaq?
11.08.2022 [10:19]
MİKAYIL
Azərbaycanda son sutkada 534 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Nəticələrə nəzərən deyə bilərik ki, COVİD-19 virusunun yenidən geniş yayılması, üç ilə yaxın müddətdə davam edən pandemiya şəraiti bütün dünya üçün mürəkkəb bir çağırışdır. Şübhəsiz, pandemiya təcrübəmiz var və ən sərt tədbirlərin öhdəsindən məharətlə gəlməyi bacarmışıq. İndi deyirlər ki, yenidən həmin günlərin qayıtma ehtimalı var. Yenə sərt karantin rejimi qayıdacaq. Bu məlumat nə dərəcədə doğrudur?
Çinin Hubey vilayətinin paytaxtı Uhan şəhərində yenidən karantin elan olunması bu fikri qüvvətləndirir. “Global Times” qəzeti yazır ki, COVID-19 virusuna insanlar arasında ilk yoluxmaların aşkarlandığı Çində şəhər hökuməti rayon ərazisində epidemik mübarizə tədbirlərini gücləndirmək barədə qərar qəbul edib.
Qeyd edək ki, təxminən 11 milyon əhalisi olan Uhan 2020-ci ilin əvvəlindəki COVID-19 böhranı dövründə 76 günlük sərt qapanma dövrü yaşayıb. Bu, dünyada bir şəhər üçün ən uzun müddət sərt qapanma kimi tarixə düşüb.
Eləcə də Beyhay şəhərində COVID-19 səbəbindən sərt karantin rejimi tətbiq olunur. Cəmi 186 yoluxma faktı aşkarlandığı üçün bütün şəhərdə karantin rejimi sərtləşdirilib.
Avstriya isə nəinki rejimi sərtləşdirməyi düşünür, hətta koronavirusa yoluxanlar üçün məcburi karantini aradan qaldırıb. Bu barədə razılıq Səhiyyə Nazirliyi və federal əyalət rəhbərləri arasında əldə edilib. Qərara əsasən, avqustun 1-dən sonra virusa yoluxanlar özlərini xəstə hiss etmədiyi halda evi tərk edə biləcəklər. Onlar yalnız ictimai nəqliyyat məhdudiyyətlərinə riayət etməli olacaqlar, yəni nəqliyyatda FFP2 maskalarından istifadə ediləcək, eləcə də ictimai məkanlarda digər insanlarla iki metrlik sosial məsafə saxlamalı olacaqlar. Həmçinin koronavirusa yoluxmuş şəxslərin xəstəxanalar, tədris müəssisələri, uşaq bağçaları, ahıllar evləri kimi məkanlara girişinə icazə verilməyəcək.
Ölkəmizdə vəziyyət necədir və necə olacaq? “Əgər xəstələrin sayı az olarsa, karantinin sərtləşdirilməsinə heç bir gərək yoxdur”. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. İnfeksionist bildirib ki, hələ ki, hazırda Azərbaycanda epidemioloji durum qənaətbəxşdir: “Müvafiq qurumlar müəyyən tövsiyələri dilə gətirir. Bunlar maskaların taxılması, sosial məsafənin gözlənilməsi və buster vaksin dozasının vurulmasıdır. Ümumilikdə sərt tədbirlərin baş verəcəyini düşünmürəm”.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev isə deyir ki, son vaxtlar yoluxma sayında müşahidə olunan artım bir mütəxəssis kimi onu narahat edir. Bildirib ki, hazırda ABŞ, Fransa, Böyük Britaniya və Almaniya kimi ölkələrdə kəskin artım müşahidə olunur. Ölkəmizdə müşahidə olunan yoluxma hallarına gəlincə isə: “Qeyd edim ki, ölkəmizdə ötən aylarla müqayisədə virusa yoluxmada artım müşahidə edirik. Bunu nəzərə alaraq, gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlarımızdan karantin rejiminin qaydalarına riayət etmələrini xahiş edərdim. Bunu deyərkən, gigiyena qaydaları və sosial məsafəni nəzərdə tuturam” - deyib.
Doktor virusdan qorunmağın yollarını bir daha xatırladıb: “Vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirmələrini tövsiyə edirəm. Ciddi zərurət yaranmadığı halda insanların kütləvi toplaşdığı məkanlardan çəkinsinlər. Eyni zamanda, vətəndaşlara qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə etmələrini məsləhət görürəm”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

