Sevinc Osmanqızı Türkiyəni və Ərdoğanı niyə hədəfə alır?
23.08.2022 [10:10]
Bu, Azərbaycana xəyanətdir
P.İSMAYILOV
Azərbaycanla yanaşı, Türkiyə və onun dövlət başçısı da Sevinc Osmanqızının “hədəfinə” tuş gəlib. Osmanqızının “qonağı” olan Beydulla Manafov adlı şəxs öz nitqində Türkiyə, Rusiya prezidentlərini, hətta BMT-nin Baş katibini belə açıq kontekstdə təhqir edir. Görünür Sevinc Osmanqızının aldığı yeni sifariş bu istiqamətdədir. Əks halda, qonağının səsləndirdiyi təhqirlərə reaksiya verər, bunun yolverilməz olduğunu söyləyərdi. Əksinə, başını yelləyərək Manafovun mövqeyini bölüşdüyünü publikaya nümayiş etdirən Osmanqızı elə bir mimikadaydı ki, sanki Qarabağ səmasında 1992-ci ildə vurulan vertolyot ermənilər tərəfindən vurulmamışdı...
Bu nəyin göstəricisidir? Bu tip verilişlərin hazırlanmasının, hətta “qonaq seçimi”nin arxasında hansı təbliğat maraqları dayanır? Bu sualla ictimaiyyət nümayəndələrinə müraciət etdik...
Sabir Rüstəmxanlı: Kökünə getmək lazımdır ki, bu sifarişlər haradan alınır
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı sözügedən verilişə baxmadığını desə də, Türkiyənin Azərbaycanın taleyində son dərəcə ciddi bir rol oynamış və oynayan bir dövlət olduğu qənaətindədir: “İndi isə strateji müttəfiq ölkələrik. Müharibə dövründə Türkiyənin Azərbaycanın yanında dayanması qələbəmizdə mühüm rol oynadı. Mən Türkiyə ilə münasibətlərimizi pozacaq hansısa bir addıma milli xəyanət kimi baxıram. Cənab Ərdoğan bizim qardaş ölkənin prezidentidir. Onun fəaliyyətini təftiş etmək Türkiyə cəmiyyətinin işidir. Azərbaycanlıların Ərdoğan haqqında hansısa bir nalayiq söz işlətməsi yolverilməzdir. Azərbaycan ilə Türkiyənin münasibətlərini pozmaq istəyən kim ola bilər? Bu, beynəlxalq güclərin içində daima Ermənistanı dəstəkləyən, ona havadar olan ölkələrdir. Bu ölkələr davamlı şəkildə Ermənistanı müdafiə edirlər. Bu gün Azərbaycan-Türkiyə münasibətlərini pozmağa xidmət edən hər bir söz birbaşa erməni mənafeyinə, Ermənistana xidmət edir. Bu, Azərbaycana xəyanətdir. Bu, bizim gələcəyimiz üçün təhlükə yaradan bir yoldur. O baxımdan da, belə verılişləri, mövqeləri qətiyyətlə pisləyirəm. Bu tip verilişlərdə bu cür çıxışları edən adamların zərrə qədər də Azərbaycanın mənafeyini düşünməsinə də inanmıram. Belə veririşlər hansı xətlə gəlir, necə ortaya çıxır diqqətlə araşdırılmalıdır. Kökünə getmək lazımdır ki, bu sifarişlər haradan alınır”.
Fazil Mustafa: Təhqir etmək məyusluqdan, düşüncələrinin iflasından qaynaqlanır
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bu kimi hərəkətləri məyusluğun göstəricisi adlandırıb: “O mənada ki, illərdir bunlara pul ödənilib. Bunlar isə açıqlamalar veriblər, təbliğat aparıblar ki, Azərbaycanda xüsusilə Qarabağ məsələsində hakimiyyət heç bir addım atmayacaq və torpaqlar da işğal altında qalacaq. Birdən-birə qəfildən gözlərini açıb görüblər ki, bütün torpaqlar azad olunub, Azərbaycan bu qədər birlik, səfərbərliklə, qaziylə, şəhidlə Qarabağı azad edib. Hazırda Qarabağda kiçik hədəflərimiz qalıb ki, onları da yekunlaşdırmağa doğru irəliləyirik. Bu məyusluğun nəticəsində əlacsız insan nə etməlidir - söyüş söyməlidir, təhqir etməlidir. Bu söyüşün ünvanı kim olmalıdır? Təbii ki, belələri Azərbaycanın qarşısında olan qüvvəni, erməniləri, onların havadarlarını söyməyəcək ki? Bu adamlar Azərbaycana qardaş dəstəyi verən Türkiyəni, onun Prezidentini hədəfə alırlar. İnanıram ki, bir azdan Pakistanı da söyəcəklər. Yəni, Azərbaycanı, Azərbaycanın dostlarını təhqir etmək onların məyusluğundan, düşüncələrinin iflasından qaynaqlanır. Bu kimi məsələlərdə bir az düşünmək lazımdır. Onlara bu cür təbliğat aparmağı arxalarında duran şəbəkə müəyyən edib. Həmin şəbəkənin müəyyənləşdirdiyi siyasətə uyğun da bunlar təhqir, söyüş təbliğatını qururlar. Bunu müstəqil, Azərbaycana bağlı olan adam edə bilməz. Axı, hansı əsasla təhqir edirsən? Sənin üçün ən böyük dəyər Qarabağ deyildimi? Qarabağ artıq azaddır, hətta sənin kəndin də işğaldan azad edilib. Sən nə istəyirsən? Bunlar məyusluqdan bu kimi nanəcib addımlar atmaqda davam edəcəklər. Biz də Azərbaycan olaraq hər zaman elə addımlar atmalıyıq ki, belələri hər zaman kədərlənsin. Bunlar Azərbaycanın uğurlarına kədərlənən təbəq?dir. Bu təbəqə də ancaq söyüşlə və təhqirlə öz məyusluğunu ört-basdır etməyə çalışır”.
Xəbər lenti
Hamısına baxDünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58

