Qazaxıstan və Azərbaycan: münasibətlərin yeni mərhələsi üçün tarixi imkan
24.08.2022 [11:11]
“Bu il Qazaxıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Yerləşdikləri regionlarında aparıcı dövlət hesab olunan hər iki ölkə, təxminən, 30 il ərzində siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə böyük inkişaf yolu keçib, mühüm nəticələr əldə edib”.
“Report” xəbər verir ki, bu barədə “Kazinform” İnformasiya Agentliyində iki qardaş ölkə arasında münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf perspektivləri haqqında dərc olunan məqalədə deyilir.
Qeyd olunur ki, 2022-ci il Qazaxıstanla Azərbaycan arasında əlaqələr üçün əlamətdar ildir, çünki düz 30 il əvvəl, yəni 1992-ci il avqustun 27-də iki ölkə arasında diplomatik münasibətlər qurulub:
“Doğrudur, bu, tarix nöqteyi-nəzərdən, nisbətən qısa müddət olsa da, bu dövr iki qardaş ölkə arasında dövlətlərarası münasibətlərin formalaşması və inkişafında mühüm rol oynayıb”.
Məqalədə bildirilir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətlərin səviyyəsini müəyyən edən əsas məqamlara 2005-ci ildə Bakıda imzalanmış “Strateji Tərəfdaşlıq və Müttəfiqlik Əlaqələri haqqında” Müqavilə daxildir:
“Bu, iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin dərin köklərinin qeyd olunduğu strateji xarakterli ilk sənəd idi”.
“Hər iki postsovet ölkəsi bir-birinin suverenliyini və ərazi bütövlüyünü təkcə sözdə deyil, həm də konkret əməllərdə açıq şəkildə dəstəkləyir. Hər iki ölkənin çoxşaxəli və balanslaşdırılmış xarici siyasəti isə müasir çağırışlara, o cümlədən son aylarda dünyada müşahidə olunan geosiyasi turbulentliyə davamlılıq nümayiş etdirir”, - məqalədə vurğulanılır.
Qeyd olunur ki, bu gün Qazaxıstan və Azərbaycan arasında geniş müqavilə-hüquq bazası mövcuddur:
“Buraya müxtəlif xarakterli 90-a yaxın sənəd, o cümlədən dövlətlərarası müqavilələr, hökumətlərarası sazişlər daxildir. Əməkdaşlıq formatına gəlincə, bu da çoxtərəfli xarakter daşıyır. Belə ki, Qazaxıstanla Azərbaycan BMT, ATƏT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, TÜRKSOY, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq və regional təşkilatlarda fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir. Bundan başqa, iki ölkənin qanunvericilik orqanları arasında sıx əməkdaşlıq əlaqələri qurulub”.
Məqalədə bildirilir ki, Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlər təkcə siyasi deyil, həm də iqtisadi əlaqələrə əsaslanır:
“Azərbaycan hazırda Qazaxıstanın Cənubi Qafqazda əsas ticari-iqtisadi tərəfdaşıdır”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

