İki islamın savaşı
31.08.2022 [10:37]
Əvvəli ötən sayımızda...
Çaldıran döyüşünün 508-ci ildönümü ərəfəsində düşüncələr
***
Çaldıranda atılan topların odu hələ də sönməyib. Uzun illərin müşahidələrinə əsasən deyə bilərəm ki, ölkəmizdə Şah İsmayıla, Səfəvi dövlətinə düşmən kəsilən bir xeyli gənc əmələ gəlib. Elə əvvəlki nəsillər arasında da belələri vardı. Mənim onlara ilk sualım həmişə bu olub: Şah İsmayılı, Səfəvi dövlətini tariximizdən silib atsaq, yerində nə qalacaq? Heç şübhəniz olmasın ki, tariximiz lüt qalar.
Türkiyədə Osmanlı tarixini əzbər bilən bir tarixçi professor var, onun söhbətlərini çox dinləmişəm. Adamın Şah İsmayıla atmadığı böhtan qalmayıb - gah onu kürd çıxarır, gah da ana qatili, dinsiz, kafir elan eləyir. Osmanlı dövlətini əlli il geri salmış Əmir Teymura təhəmmüllə yanaşır, onu əməlisaleh müsəlman sayır, amma neçə əsrlik ənənəsi olan, elə Teymurun da dərin ehtiram bəslədiyi böyük bir təriqətin başçısı Şeyx İsmayılı kafir kimi qələmə verir.
Dərd orasındadır ki, bu başabəla professor tək deyil, qardaş ölkədə onun kimi düşünən tarixnəvislər çoxdur. Bəziləri utanmadan, göz qırpmadan qızılbaşların adam əti yediyini deyir. Ancaq məsələn, qocaman Şirvan dövlətinin, atasını, babasını qətlə yetirmiş xanədanlığın yağmalanmış xəzinəsini pislik, çirkab, haram saydığına görə Kürə axıtmış gənc İsmayılın nəfsinin toxluğundan, halallığa sədaqətindən, əqidəsinin möhkəmliyindən danışan yoxdur. Türk dövlətlərinin, türk xaqanlarının onların tərtib elədiyi siyahılarına baxın - nə Səfəvi dövlətinin, nə Şah İsmayılın adına rast gələrsiniz. Nə yaxşı ki, son illər qardaş ölkədə keçmişin bu dönəminə işıq tutan ədalətli, obyektiv tarixçilər də meydana çıxıb, tarixi gerçəkləri onların dilindən eşitmək xoşdur.
***
Qızılbaş hərəkatı istər inam, əqidə müstəvisində, istər müharibə meydanlarında, istərsə də dövlət quruculuğu sahəsində elə möcüzələrə imza atıb ki, əgər Şah İsmayıl bir ingilis, fransız, ya bir alman cildində doğulsaydı, dünyanın bütün tarix dərsliklərində ona ayrıca paraqraf həsr olunardı.
Ancaq söhbət təkcə böyük dövlət qurmaqdan, döyüşdə şücaət göstərməkdən getmir - bəşər tarixində imperiya quran hökmdarlar, savaş sənətinin incəliklərini dərindən bilən döyüşçülər az olmayıb. Şah İsmayıl bu sıralarda fəxri yer tutsa da, onu bənzərsiz eləyən nə bu keyfiyyətlər, nə də yazdığı şeirlərdir. Tarixdə hakimiyyət başına keçmiş yeganə dərviş, tək mistik kimi Şah Xətainin də, onu zirvəyə qaldırmış qızılbaş hərəkatının da unikallığı həmin çərçivələrdən qırağa çıxır. Əgər bu hərəkatın mahiyyəti, fəlsəfəsi doğru-düzgün öyrənilsə, əminəm, qızılbaşlığın dünya miqyaslı tarixi hadisə, Şah İsmayıl Xətainin planetar əhəmiyyətli lider olduğu üzə çıxacaq.
Azərbaycan tarixi kontekstində qızılbaşlıqdan, Şah İsmayıldan az danışılmayıb, yenə danışılacaq. İndi də bu mövzulara dünya tarixi, fikir, fəlsəfə tarixi kontekstində baxmağa çalışaq. Onda üzümüzə yeni bir aləm açılacaq; elə bir aləm ki, təkcə bizdən ötrü baxımlı olmayacaq, bütün dünya onun tamaşasına durmaq istəyəcək.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

