Əfsanəyə çevrilən tarixi əmr!
13.09.2022 [11:08]
Sakarya Meydan Müharibəsindən 101 il ötür
Müşfiqə BAYRAMLI
Türküz, Cumhuriyetin göğsümüz tunç siperi,
Türke durmak yaraşmaz, Türk önde, Türk ileri!
Ulu öndər Mustafa Kamal Atatürkün “Hattı müdafaa yoktur, sathı müdafaa vardır. O satıh bütün vatandır” deyimi ilə əmrini verdiyi Sakarya Meydan Müharibəsinin 101 ili tamam olur. Türkiyə-Yunanıstan müharibələrində Atatürk tərəfindən çox böyük və qanlı döyüş mənasını verən “Melhame-i Kübra”, yəni qan gölü, qan dəryası ifadəsi ilə xatırlanır. Bu müharibəyə Qurtuluş Savaşının dönüş nöqtəsi də deyirlər. Beləcə tarixi əmr əfsanəyə çevrildi. Tarixin gedişatını dəyişən bu zəfər türk xalqının əsarətə imkan verməyəcəyini bir daha dünyaya bəyan etdi.
13 sentyabr 1921-ci ildə 22 gün davam edən Sakarya Meydan Müharibəsi Türk Ordusunun qələbəsi ilə nəticələnib. Sakarya döyüşü “Türklərin zəfəri” kimi tarixə düşüb. Ağır itkilər verən və mübarizə etmək istəyini itirən yunan ordusu geri çəkilmək və Anadolunu işğal etmək istəyindən imtina etmək məcburiyyətində qalıb.
Belə ki, yunan generalı Papulas tərəfindən yunan ordularına Ankaraya hücum əməliyyat əmri verildi. Yunan tərəfi müharibədə qalib gəlsəydi, Türkiyə Böyük Millət Məclisi (TBMM) “Sevr” müqaviləsini qəbul etməli olacaqdı. Digər tərəfdən, 24 diviziyalıq rus əsgəri Qafqazda bu döyüşün nəticəsini gözləməkdə idi. Bir sözlə, döyüşü türklərin uduzması “Sevr” müqaviləsinin asanlıqla tətbiq edilməsi mənasına gəlirdi.
22 gün 22 gecə baş verən qanlı döyüş
Anadolu iqtisadi, hərbi və mənəvi cəhətdən çətin bir dövrdə idi. Türk ordusunun kifayət qədər döyüş sursatı və silahı olmasa da, böyük fədakarlıqla döyüşdən qalib ayrıldı. 22 gün 22 gecə davam edən Sakarya döyüşü 1921-ci il sentyabrın 13-də Sakarya çayının şərqində düşmənin tamamilə məhv edilməsi ilə nəticələndi. Yunanlar üçün geri çəkilməkdən başqa variant qalmamışdı. Geri çəkilərkən türk əhalisinə qarşı etdiyi təcavüzlər, soyğunçuluq nəticəsində 1 milyondan artıq türk evsiz-eşiksiz qaldı. Müharibə ərəfəsində türk ordusu böyük itkilər verdi, neçə-neçə türk əsgəri yaralandı və əsir düşdü. 5713 şəhid öz qanları ilə tarix yazdı.
Yunan ordusunun itkisi isə 3758 ölü, 18955 yaralı, 354 itkin olmaq üzrə cəmi 23007-dir. Fransızlar və italyanlar yunan ordusunun türklərə qarşı uğur qazana bilməyəcəyini gördülər. Beynəlxalq cəmiyyətin (xüsusilə İngiltərənin) Türkiyəyə baxışı dəyişdi və Yunanıstan, arxasındakı İngiltərə dəstəyini itirdi. Bundan sonra İngiltərə Şərqi Aralıq dənizi siyasətinə dəstəklərini geri götürdü. Fransızlar TBMM hökuməti ilə Ankara müqaviləsini imzalayaraq TBMM-nin varlığını qəbul etdi, eləcə də italyanlar işğal etdikləri torpaqlardan tamamilə geri çəkildilər. İngiltərə Yunanıstana verdiyi hərbi dəstəkdən böyük ölçüdə imtina etdi və yalnız siyasi dəstəklə kifayətləndi. Antanta dövlətləri arasında birlik və həmrəylik demək olar ki, sona çatmışdı.
Xüsusilə də, Sakarya döyüşünün qazanılması türk xalqının ümumi döyüşün qazanılacağına olan inamını bərpa etdi. İstanbulda bütün məscidlərdə Sakarya şəhidlərinə dualar oxundu. Türkiyə ordusu 5 mindən çox şəhid versə də, sonda böyük qələbə qazandı.
101 ildir ki, şanlı tarix təntənəli şəkildə qeyd olunur. Sakarya Zəfərin mübarək, Türkiyəm!
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

