Yenilik yalnız uğur gətirə bilər!
14.09.2022 [10:37]
Jurnalistlərin qurultayına günlər qaldı...
Jurnalistlərin növbəti qurultayı sentyabrın 24-ü keçiriləcək. 2003-cü ildən Mətbuat Şurasına rəhbərlik edən Əflatun Amaşovun yeni qurultayda namizədliyinin verilməyəcəyi bildirilir. Hərçənd ki, bununla bağlı özünün açıqlaması yoxdur. Mətbuat Şurasının 20 ilə yaxın fəaliyyətinin təhlili, Azərbaycan mediasının inkişafında Əflatun Amaşovun fəaliyyəti və yeni seçiləcək sədrdən gözləntilərin müzakirəsi aktuallaşıb.
Keçmiş təcrübənin üzərində yeni Mətbuat Şurası qurmalıyıq
Məlum qurultay barədə “Yeni Azərbaycan”a danışan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, Mətbuat Şurasının təsis edildiyi ildən bu günə qədərki fəaliyyəti qənaətbəxş hesab edilə bilər. Baş redaktorun sözlərinə görə, Mətbuat Şurası mühüm problemlərə toxunaraq cəmiyyət-dövlət və mətbuat-dövlət arasında olan münasibətlərin aydınlaşmasında, tənzimlənməsində fəaliyyət göstərə bilib: “Ancaq bu gün hər bir sahədə yeniliyə ehtiyac var. Çünki dünya inkişaf edir və belə olan təqdirdə bütün qurumlar, özünü tənzimləyən qəzetlər, agentliklər, televiziyalar dünyanın tələblərinə cavab verməlidir. Hesab edirəm ki, məsələyə bu konteksdən baxsaq, Mətbuat Şurasının da yenilənməsinə zərurət yaranıb. Məsələn, bir heyət hansısa quruma 25-30 il rəhbərlik etdikdə istər-istəməz ortaya suallar çıxır, bəzi nüanslar var ki, onlar tələblərə cavab vermir. Qlobal dünyanın çağırışları operativlikdir. Yenilik isə yalnız uğur gətirə bilər. Biz köhnə təcrübənin üzərində yenilik edirik. Bir var ki, köhnəlikdən tam imtina edilsin, bu, ağır nəticələrə səbəb ola bilər. Amma məqsədimiz odur ki, redaksiyaların, baş redaktorların mətbuata öz töhfəsini verməsi üçün özümüzü yeniləyək. Bütün dövlət qurumlarında yeni qaydalar tətbiq edilir, dəyişikliklər olur, işçilərin vətəndaşlara münasibətində operativlik əldə edilir. Bu, mətbuatda da özünü göstərməlidir”.
B.Quliyev qeyd edib ki, müasir Azərbaycan mediası dünyanın çağırışlarına cavab verir: “Məsələn, 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan mediası heç də “oturmayıb”, “yatmayıb”, mediamız düşmənlə mübarizəyə hazırdır. Necə ki, döyüşdə düşmənlə mübarizə apardıq, ordumuz 5-ci nəsil müharibə nümunəsi göstərdi və dünyaya çağırış etdi ki, müharibə qaydalarında dəyişiklik etmək lazımdır. Eyni zamanda, mediamızla da dünyaya çağırış etməyi bacarmalı, 5-ci nəsil mübarizə üsulunu mətbuatda göstərməliyik. Azərbaycan mətbuatı bütün dünyaya sübut etməlidir ki, özünü yeniləyə bilir və yeni qaydalara, qanunlara, yeni zərurətdə yaranmış qlobal çağırışlara qoşula bilir. Ona görə də sentyabrın 24-də keçiriləcək qurultaydan gözləntilərimiz olduqca çoxdur. Hesab edirəm ki, modern düşüncələr və modern insanlarla keçmiş təcrübənin üzərində yeni Mətbuat Şurası qura biləcəyik. Bununla da mediamız yenilənəcək!”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

