Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hacıqabul gölünün bərpası üçün komissiya yaradılır

Hacıqabul gölünün bərpası üçün komissiya yaradılır

20.09.2022 [14:27]

Hacıqabul gölünün mövcud vəziyyət və bərpası istiqamətində işlərin görülməsi üçün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərindən ibarət komissiya təşkil ediləcək.

“Report”un məlumatına görə, bu məsələ adıçəkilən komitənin payız sessiyası üçün iş planında yer alıb.

Belə ki, iş planı komitənin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Komitənin iş planında “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin təşkili, Hacıqabul gölünün mövcud vəziyyət və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil edilməsi, qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi, içməli və suvarma su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələrin təşkili və “Yaşıl enerji zonasının yaradılması və yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi ilə bağlı müzakirələr və s. məsələlər yer alıb.

İş planı müzakirələrdən sonra komitə üzvləri tərəfindən qəbul edilib.

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30