Çalınan “fit”, tərk edilən səhnə, yarımçıq qalan absurd fikirlər...
27.09.2022 [10:31]
Yaxud qoca Pelosinin puç olan nağılları...
Ataların üçdən dediyini nəzərə alsaq, qoca Pelosi də son dövrlər atdığı “üçüncü” addımında oxunu daşa vurdu. Özünü hər dəfəsində “yuyulmamış çömçə” kimi ortaya atan, gah Tayvana səfər edib Çinin ərazi bütövlüyünə qarşı hədələr yağdıran, gah da İrəvanda qondarma “erməni soyqırımı” abidəsinin önündə “timsah göz yaşları” axıdan qoca Nensi üçüncü dəfəsində layiqli cavabını aldı. İlahi ədalət işin orasındadır ki, bu cavab ona elə amerikalılar tərəfindən verildi. Daha doğrusu...
Nensi Pelosi Nyu-Yorkda keçirilən Qlobal Vətəndaş Musiqi Festivalında tamaşaçılar tərəfindən fitə basılıb. Pelosi iqlim dəyişikliyi və karbon tullantılarının azaldılmasından danışmağa başlayan zaman tədbirə gələnlər fit çalıb hay-küy salmağa başlayıblar. ABŞ nəşrlərinin yazdığına görə, izdiham onun çıxışının bitəcəyinə və konsertin başlayacağına ümid edərək, “gedək” deyə qışqırıb.
Qoca siyasətçi ABŞ-ın tarixi iqlim qanunvericiliyini qəbul etdiyinə, oyun qaydalarının dəyişdirilməsinə və “uşaqlarımız üçün suyun və havanın keyfiyyətinin yaxşılaşdırılmasına” töhfə verdiyinə işarə edərək çıxışını davam etdirməyə çalışsa da, ictimaiyyət Pelosinin sözlərinə son dərəcə mənfi reaksiya verməyə davam edib. Sonda əlacsız qalan Konqresin Nümayəndələr Palatasının sədri nəvələrinin festivalda olduğunu qeyd edərək, tez çıxışını bitirib.
Qlobal Vətəndaş Musiqi Festivalı hər il keçirilir və ABŞ əhalisi arasında ifrat yoxsulluğa son qoymaq üçün fəaliyyət göstərən bir çox insana pulsuz biletlər təqdim edir. Hətta bu festival ötən il dünyanın bir sıra böyük şəhərlərində - Paris, Rio-de Jeneyra, Los Angelos, Sidney və başqa şəhərlərdə də baş tutub. Bu festivalın auditoriyası da sıradan auditoriya deyil. Yəni, Pelosini də Nyu-Yorkda “fitə basanlar” heç də adi, sıradan gənclik deyil. Onlar xeyriyyəçi insanlardır, tanınmış şəxslərdir. Hətta festivala bir sıra dünya ulduzları da dəvət alır. Belə bir publikanın Pelosini fitə basması, “gedək” deyə qışqırması isə sadəcə, musiqiyə başlanılması ilə bağlı ola bilməz.
Bəli, qoca Pelosinin “yay-payız nağılı” belə sona çatmalı idi və sona çatdı. Bu fitlər onun fəaliyyətinə verilən qiymətdi. Hətta bu fitlər onun üçün “son zəng” xarakteri də daşıya bilər. Yaxın zamanlarda baş tutacaq aralıq seçkilər üçün qollarını çırmayaraq gah Tayvana, gah İrəvana gedib separatizm meyillərini yaymağa çalışan, ermənipərəst lobbinin 25 milyonuna əvvəl ağız suyu, sonra isə göz yaşı axıdaraq Azərbaycana qarşı haqsız fikirlər söyləyən Pelosi bu fitlərlə seçkinin nəticələrini müəyyənləşdirə də bilər. Amerika cəmiyyəti bu “fit”lə boş-boş danışıqlara, yalanlara, qeyri-adekvat hərəkətlərə və qeyri-qanuni mahiyyət daşıyan, beynəlxalq normalara zidd olan fikirlərə etiraz bildirir. Pelosinin bütün sferalarda qızışdırıcı mövqeyi vaxtilə ABŞ-a dost kimi baxan dövlətləri ondan incik salıb. Pelosinin apardığı siyasi xətt ucbatından hazırki həssas dönəmdə həmin ölkələr Vaşinqtona etibar etmir, ona inanmır. Bu, qoca yaşda fitə basılacaq qədər az məsələ deyil.
Görək, qoca Pelosi indi hansı üzlə özünə haqq qazandıracaq? Amma hər bir halda haqq öz yerini tapdı. Çalınan “fit”, tərk edilən səhnə, yarımçıq qalan absurd fikirlər... Bu sizə nəyi xatırladır?
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27

