“5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” keçirilir
29.09.2022 [10:17]
Dünən “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın (The 5th Eastern Partnership E-infrastructures Conference - “EaPEC 2022”) açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan dövlətinin yüksək vəzifəli şəxsləri, AMEA-nın elmi-tədqiqat institutlarının rəhbərləri, 70-ə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər iştirak ediblər.
GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.
Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov bildirib ki, Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya olunması istiqamətində uzun illərdir ki, ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir: “Azərbaycan dövləti ölkəmizdə IV Sənaye İnqilabı texnologiyalarının geniş və effektli tətbiqi ilə bağlı bir sıra addımlar atmaqdadır. Hesab edirəm ki, Azərbaycanın Avropaya inteqrasiyası baxımından bu texnologiyaların imkanları mühüm əhəmiyyət kəsb edir”.
Akademikin sözlərinə görə, “EaPEC 2022” Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.
GEANT-ın Baş direktoru Erik Hayzer “EaPEC 2022” konfransının Azərbaycan elmi və təhsilinin inkişafı baxımından geniş imkanlar açdığını vurğulayıb. Hayzer Azərbaycan dövlətinin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, alim və tədqiqatçılarımızın Avropanın elm və təhsil sahəsindəki resurs və xidmətlərindən daha səmərəli istifadəsinin təmin edilməsi istiqamətində lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirib.
Baş direktor konfrans çərçivəsində iştirakçı ölkələrdən olan xüsusi ekspertlərin müxtəlif mövzulara dair məruzələrinin dinləniləcəyini, həmkarlarla mühüm məsələlər üzrə təcrübə və fikir mübadiləsinin aparılacağını qeyd edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı deyib ki, Azərbaycanda dünyanın nüfuzlu qurumlarının təşkilatçılığı ilə beynəlxalq elmi tədbirlərin keçirilməsi ənənəvi hal alıb. Nazir müavini bu tədbirin Azərbaycan elmi və təhsilinin inkişafı üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb, dünyada sürətlə inkişaf edən informasiya texnologiyalarının ölkəmizin elm və təhsil sistemi qarşısında yeni tələblər qoyduğunu bildirib. O, belə bir nüfuzlu tədbirin keçirilməsinin Şərq Tərəfdaşlığı ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi və gücləndirilməsi baxımından son dərəcə vacib olduğunu qeyd edib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov da Şərq Tərəfdaşlığı ölkələrinin informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb: “İki gün ərzində konfransda təqdim olunacaq məruzələr, aparılacaq müzakirələr şübhəsiz ki, Azərbaycan və Avropa ölkələri arasında elmi əlaqələrin daha da yaxınlaşması və genişlənməsinə ciddi təkan verəcək”.
Konfransda bir sıra digər önəmli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan İnternet Forumunun prezidenti, İT məsələləri üzrə mütəxəssis Osman Gündüz “Yeni Azərbaycan” qəzetinə açıqlamasında konfransın keçirilməsini yüksək dəyərləndirdiyini bildirib: “Konfrans Avropa Birliyi ölkələri ilə Azərbaycanın elm adamlarının, elm ictimaiyyətinin və elm qurumlarının inteqrasiyasını nəzərdə tutur. Avropada bəlli bir elm-təhsil resursları var, onların böyük bir assosiasiyası, böyük şəbəkəsi var. Alimlərin Avropa Birliyi ölkələrində formalaşan informasiya resurslarından istifadə imkanlarının yaradılması və digər bu kimi amilləri nəzərə alaraq onu deyə bilərik ki, keçirilən konfrans olduqca faydalıdır”.
“Konfransda Şərq Tərəfdaşlığına daxil olan ölkələrin, o cümlədən Azərbaycanın da alimlərinin, elm ictimaiyyətinin Avropa elm aləminə, elm şəbəkəsinə inteqrasiyasında bu konfransın əhəmiyyəti böyük olacaq. Yəni hesab edirəm ki, həm təcrübə mübadiləsi etmək, həm də onların resurslarından çevik və effektiv istifadə edilməsi qaydalarının öyrənilməsi, mənimsənilməsi baxımından bu təcrübə mübadiləsi bizim üçün də əhəmiyyət kəsb edəcək”, - deyə O.Gündüz bildirib.
Qeyd edək ki, “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” bu gün də davam edir.
Nicat PAŞA
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

