Həmrəyliyə dayanan sistem: İcbari Tibbi Sığorta
11.10.2022 [10:40]
Ölkəmizdə səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması cənab Prezidentin həyata keçirdiyi sosial-iqtisadi siyasətin prioritetlərindən biridir.
Son illər həyata keçirilən islahatlar ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb. Səhiyyə sistemində islahatların mühüm istiqamətlərindən biri də Azərbaycanda əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsi yönündə aparılan işlər oldu. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılmasında, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsində və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsində icbari tibbi sığorta sisteminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Ölkədə icbari tibbi sığortanın tətbiqi və idarəetmə sisteminin formalaşdırılması sahəsində qanunvericilik bazası var. Cənab Prezidentin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanı ilə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçirilməyə başladı. Layihə çərçivəsində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edildi, icbari tibbi sığortanın tətbiqinin üstünlükləri və əhəmiyyəti barədə əhalidə əyani təsəvvür yarandı. Bundan başqa, göstərilmiş tibbi xidmətlər müqabilində tibb işçilərinin mövcud əməkhaqlarına müəyyən olunmuş əlavələr həkimlərin və digər səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsinə səbəb oldu.
2021-ci il aprelin 1-dən etibarən isə bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Cənab Prezidentin də vurğuladığı kimi, icbari tibbi sığorta ölkəmizdə ən prioritet məsələlərdən biri kimi qiymətləndirilirdi. Bu da səhiyyəmizdə yeni maliyyələşmə mexanizmi deməkdir. Yəni, dövlət maliyyələşməsində olan səhiyyə sistemi artıq tibbi sığorta maliyyələşmə sisteminə keçir. Bu da son 30 ildə ölkəmizdə səhiyyə sahəsində aparılan ən mühüm islahatdır. İcbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. İcbari tibbi sığorta sisteminin məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.
İcbari tibbi sığorta səhiyyəmizə bir sıra yeniliklər gətirdi. Əgər əvvəllər səhiyyə sistemimiz dövlət büdcəsindən maliyyələşirdisə, artıq icbari tibbi sığorta sistemi üzərindən maliyyələşir. Vətəndaşlarımıza da xidmətlər zərfi üzərindən pulsuz xidmətlər göstərilir.
Birbaşa olaraq icbari tibbi sığortanın məqsədi həm səhiyyəmizdə yeni maliyyələşmə mexanizmi yaratmaq, həm də bu mexanizmlə vətəndaşlara xidmətlər zərfi üzərindən pulsuz tibbi xidmətlərin göstərilməsini həyata keçirməkdir.
Əvvəllər qanun belə idi ki, hər bir vətəndaş, ilk növbədə, öz ailə həkiminə müraciət etməli idi, amma indi yeni qərara əsasən, hər bir vətəndaşın artıq TƏBİB-in tabeliyinə verilmiş müəssisələrdə ambulator xidmətlərdən tam pulsuz istifadə imkanları var. Əvvəllər insanlar yaşadıqları, qeydiyyatda olduqları ərazilərdəki tibb müəssisələrində ambulator xidmətlərdən yararlana bilirdilərsə, indi yuxarıda qeyd etdiyim kim, TƏBİB-in tabeliyində olan istənilən dövlət tibb müəssisəsində ambulator yardımdan istifadə edə bilərlər.
Hər bir vətəndaşın həm həkim, həm də tibb müəssisəsi seçmək hüququ var. Vətəndaşın müraciət etdiyi tibb müəssisəsində ona lazım olan tibbi yardım gö?tərilə bilmirsə, hər hansı aparat həmin tibb müəssisəsində olmasa və ya ona lazım olan həkim TƏBİB-in tabeliyində olan xəstəxanalarda olmasa vətəndaşımız göndərişlə digər özəl tibb müəssisələrinə göndərilir.
Qeyd etdiyim kimi, icbari tibbi sığorta sistemində vətəndaşlara xidmətlər zərfi üzərindən xidmətlər göstərilir. Yəni, bu, bir xidmətlər paketidir. Oraya hal-hazırda 2550 xidmət daxildir. Bu yaxınlarda həmin xidmətlərin sayının 2800-ə qədər artırılacağı gözlənilir. Bu artıma, eyni zamanda, bəzi cərrahi əməliyyatlar da daxil olacaq. Vətəndaşlar müraciət etdikləri zaman həmin xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən yararlanırlar. Vətəndaşlara həmin xidmətlər zərfi çərçivəsində xidmətlər yönləndirilir.
Hazırda 2024-cü ilə qədər ölkəmizdə yalnız rəsmi surətdə işləyən vətəndaşlardan icbari tibbi sığorta haqqı tutulur. Yəni, bu, 1,7 milyon vətəndaş deməkdir. Yerdə qalan bütün vətəndaşlarımız icbari tibbi sığortadan dövlət büdcəsi hesabına yararlanırlar. Bu qanun da 2024-cü ilədək qüvvədədir. Onu da qeyd edim ki, rəsmi iş yeri olan, sığorta haqqı ödəyən vətəndaşlarla digər qrup vətəndaşların bu hüquqdan istifadə haqqı eynidir. Çünki icbari tibbi sığorta həmrəyliyə dayanan bir sistemdir.
AzTU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müəllimi
Rəfail Musayev
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

