Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələbi idi

Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələbi idi

19.11.2022 [15:57]

Ulu Öndərimizin liderliyi ilə güclü siyasi təşkilat və xalqın partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası dövlətimizin qurulması və inkişafında xidmətləri olan böyük siyasi idarəçılık məktəbidir. Ulu Öndər Heydər Əliyevin ideyaları bu partiyanı daim möhkəmləndirmiş, onun siyasi fəaliyyətində düzgün istiqamətdə davam etməsini müəyyənləşdirmişdir. Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında partiyamız hər zaman bu uğurlu fəaliyyətini davam etdirmişdir. Bunun nəticəsində də xalqımız çox böyük uğurlar əldə edib, keyfiyyətcə öz inkişafının yeni tərəqqi mərhələsinə qədəm qoyub. Ötən dövr həm də onunla əlamətdardır ki, Prezident İlham Əliyevin simasında bəşəri səviyyəli siyasətçinin – Avrasiya məkanında yeni liderin parlaması ilə müşayiət olundu. Bu, həm də Yeni Azərbaycan Partiyasının uğurudur.

Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu müasir dövrün reallıqlarına uyğun davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”- deyən cənab İlham Əliyev həqiqətən də son 10 ildə hər bir azərbaycanlının Prezidentinə çevrildi. Bu səbəbdəndir ki,  keçirilən prezident seçkilərində xalqımız növbəti dəfə də yekdilliklə ölkəni sürətlə inkişaf etdirən, xalqın xoşbəxt gələcəyinə təminat verən Heydər Əliyevin siyasi kursunun təntənəsinə, Yeni Azərbaycan Partiyasının sədrinə səs verdi. Bu gün cənab İlham Əliyevin uğurlu, gərgin fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyinin daha da möhkəmlənməsi üçün dünya ölkələri və Avropa Birliyi dövlətləri ilə əməkdaşlıq yeni və daha yüksək mərhələyə çatmışdır. Tarixi ərazilərimiz düşmən işğalından azad edilmişdir.

Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycan xalqının görkəmli şəxsiyyətlərin yubileylərinin, əlamətdar hadisələrin qeyd edilməsi, respublikada qlobal əhəmiyyət kəsb edən beynəlxalq konfransların keçirilməsi olduqca təqdirəlayiqdir və Azərbaycanı dünyada tanıdan bu böyük işlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin brinici müavini Mehriban Əliyevanın adı və fəaliyyəti ilə bağlıdır.

Bu gün Azərbaycanın qazandığı bütün uğurlar milli-mədəni dəyərlərimizin daha da inkişaf etdirilməsinə, aparılan demokratik islahatlara, vətəndaş cəmiyyətinin güclənməsinə və ölkəmizin əldə etdiyi digər yeni böyük nailiyyətlərə təkan verir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən proqramlar, strateji siyasi xətt ümumilikdə xalqımızın bütün təbəqələrinin, vətəndaşlarımızın daha firavan və rahat yaşayışının  təmin edilməsi ilə rahat və firavan, ölkə iqtisadiyyatının dinamik inkşafına və bununla da xalqımızın xoşbəxt yaşamasına yönəlib. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf edir və rəhbəri olduğu Yeni Azərbaycan Partiyası tarixi sınaqlardan uğurla çıxır.

Ölkəmizin gələcək inkişaf perspektivləri baxımından qarşıda yeni imkanlar açılmaqdadır. Möhtərəm İlham Əliyevin əməli fəaliyyətə söykənən qalib və uğurlu lider obrazı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən növbəti illərdə də uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaqdır. Məhz buna görə də Azərbaycan xalqı özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daim inam və milli həmrəylik göstərir.

Azərbaycan Prezidenti ölkənin ən böyük problemi olan Qarabağ problemini həll etməklə, özünün böyük sərkərdəlik, dövlətimizin gücünü bütün dünyaya göstərdi. Ali Baş Komandan olaraq onun rəhbərliyi ilə torpaqlarımız 30 illik işğaldan sonra azad olundu. Ermənistanın işğal etdiyi torpaqlarımız geri qaytarıldı. Bu gün həmin torpaqlarda abadlıq-quruculuq işləri görülür. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva azad olunmuş bölgələrə vaxtaşırı səfər edərək, görülən işlərə xüsusi diqqət ayırır. Ermənistanın 30 il xarabalığa çevirdiyi o ərzilər indi çiçəklənir. 

44 gün çəkən müharibədə Azərbyacan Ordusu möhtəşəm Zəfər qazandı. Bu zəfərimizi indi də informasiya və diplomatiya müstəvisində davam edir. 44 günlük müharibədəki qalibiyyət və zəfər həm də Yeni Azərbaycan Partiyasının siyasi nüfuzunu yüksəltdi.

YAP-ın yarandığı dövr ağır, məşəqqətli dövr idi. Bu tarix Azərbaycanın müstəqillik dövrü ilə suverenliyinin qorunması, Ermənistanın Azərbaycana təcavüzünün sürtələndiyi və torpaqalrımızın işğal edilməsi ilə eyni dövrə təsadüf edirdi. Təbii ki, bu dövrdə Azərbaycanda ictimai təşkilatların, digər vətəndaş təsisatlarının da yaranması, formalaşması və inkişaf etməsi dövrü idi. Lakin bütün bunlar ölkəmizə olan hücumlar, daxili çəkişmələr fonunda baş verirdi və müstəqillik tariximizin çox ağır dövrü idi. Məhz belə bir vaxtda YAP Ulu Öndərin rəhbərliyi altında yaranıb xalqın iradəsi və onun ətrafında birləşməsilə ilə möhkəmlənib təşəkkül tapdı. YAP yuxarıda qeyd olunan bu faktorların hər birinin mövcudluğu zamanında yaranaraq, çoxpartiyalılığın formalaşması, vətəndaş cəmiyyətinin güclənməsi, erməni təcavüzünün aradan qaldırılması üçün xalqın partiyasına çevrilə bildi. Ölkədəki ideoloji boşluğun aradan qaldırılması və müstəqil dövlət ideyasının təşəkkülü, plüralist cəmiyyətin və vətəndaş həmrəyliyinin formalaşması üçün siyasi həmrəylik, ideoloji baza, möhkəm təməl rolunu oynadı.

YAP yaradılarkən onun qarşısında hansı tarixi və siyasi bir məsuliyyət dayanırd. Bu tarixi-siyasi məsuliyyətin böyüklüyünü partiya quruculuğu prosesində Ulu Öndər dərindən təhlil edərək onun möhkəmlənməsinin ideya-nəzəri əsaslarını müəyyənləşdirdi. YAP tez bir zamanda plüralist cəmiyyətin formalaşması və möhkəmlənməsində, eləcə də çoxpartiyalılığın qanunauyğun şəkildə tənzimlənməsində öz sözünü dedi. Onu da qeyd edək ki, istər YAP-ın yarandığı ərəfədə, istərsə də ondan sonrakı dövrlərdə YAP-ın  nizamnamə və məqsədlərində olan yeni, modern, xalqın istək və tələbatlarının, gələcək məqsədlərinin aydın təsviri digər yeni partiyalar üçün də örnək oldu. YAP öz nizamnamə və fəaliyyətini milli-mənəvi dəyərlərimizin özünəməxsus çalarları ilə bərabər müasir dünyanın ən mühüm ictimai-siyasi inkişaf paradiqmaları ilə həmahəng quran bir partiya oldu.

Siyasi mədəniyyətin mühüm komponenti milli-dövlət simvolları və ideyalarıdır. Bəzi politoloqlar siyasi mədəniyyəti, hətta “simvolik sistem” adlandırmağı təklif edirlər. Məsələn, L.Ditmerin fikrincə, siyasi mədəniyyət “siyasi kommunikasiya” termini ilə ifadə edilən, daha geniş bir sistemə daxil olan siyasi simvollar sistemidir. Doğurdan da dövlət bayrağı, himn, konstitusiya, bayramlar, pul nişanları, gerb və s. kimi simvollar tarixən həmişə dövlətin ümumi atributu kimi onu möhkəmləndirməyə xidmət etmişdir. Mühüm və yeni siyasi simvolları özündə ehtiva edən YAP-ı bütün tarixi sinaqlardan üzüağ və qalib olaraq, öz məqsədlərinə çataraq çıxmışdır.

Azərbaycanda daha dayanıqlı siyasi mədəniyyətin formalaşması ölkəmiz,  eləcə də region üçün böyük müsbət əhəmiyyətli proseslərin başlanğıcıdır. Azərbaycanın Dövlət rəmzlərinin qorunmasının konstitusiyaya edilən əlavə və dəyişiklşklərlə referendum yolu ilə qəbul olunması da ölkəmizdə siyasi mədəniyyətin inkişafında yeni mərhələsi kimi həm də YAP-nın uğurudur.

Prezident və məmur münasibətlərində dövlət başçısı İlham Əliyevin yeni davranış normalarının formalaşmasına önəm verməsi ölkədə demokratik siyasi mədəniyyətin inkişafına şərait yaradır. Aparılan tədqiqatlar sübut edir ki Azərbaycan prezidenti İlham Əliyevin Müasir Azərbaycanın siyasi mədəniyyətinin geniş vüsət almasında böyük rolu vardır. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqla ünsiyyəti, ölkənin müxtəlif ictimai-siyasi institularına, ziyalılarına olan münasibəti bu siyasi mədəniyyətin hamıda formalaşması üçün əsl nümunədir.

Azərbaycanın bir dövlət kimi daimi mövcud olmasını şərtlən­dirən cəhətlərdən biri də hərbi müdafiə strategiyasının olmasıdır. Müdafiə sisteminin yaradılmasında ordu quruculuğu başlıca yer tu­tur. Azərbaycanın hərbi strategiyanın hazırlanması birbaşa  Ulu Öndərin  adı ilə bağlıdır. Bütün güclü dövlətlərin maraq dai­rəsində olan Azərbaycanın çoxtərəfli mürəkkəb bir hərbi strate­giyaya sahib olmasına, bütün dövlətlərlə yüksək səviyyəli müna­sibətlərin yaradılmasına nail olan Heydər Əliyev dünya dövlətlə­ri ilə hərbi əməkdaşlığın və yaranan beynəlxalq təşkilatlar daxi­lində Azərbaycanın təmsil olunmasının vacibliyini həmişə xüsusi olaraq vurğulayırdı.  Müasir Azərbaycan beynəlxalq hüquq normaları və milli mənafe əsasın­da öz xarici siyasət strategiyasını müəyyən etmişdir. Belə ki, ölkə konstitusiyasında qeyd olunduğu kimi, Azərbaycanın xarici siya­səti sülh siyasətidir. Ulu Öndərin təhlükəsizlik strategiyasına rəğmən milli maraqlarımızın müdafiəsi keşiyində dayanan Azərbaycan silahlı qüvvələri heç bir dövlətə qarşı çevrilməmişdir.

Bu gün ölkəmizin  insan kapitalının inkişaf etdirilməsi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu başlıca prioritet istiqamətlərdəndir. Yeni Azərbayycan Partiyası rəhbəri olaraq dövlət başçısı hələ  2003-cü ildə ilk öz seçki platformasında Azərbaycanda regionların inkişaf proqramlarının həyata keçirilməsi ideyasını irəli sürərək hökumətin və cəmiyyətin fəaliyyətini bu istiqamətdə səfərbər etmiş oldu. Nəticədə sosial institutlaşma mexanizmlərinin funksional fəaliyyəti nəticəsində ailə institutunun sosial əsaslarının möhkəmlənməsi prosesi daha da sürətləndi. Bunun ardınca mərhələli şəkildə Azərbaycanda regionlarının sosial –iqtisadı inkişaf proqramlarının  icra olunması ölkədə həyat səviyyəsinin yüksəldilməsinə, insan kapitalının formalaşmasıb möhkəmlənməsinə  böyük zəmin yaratdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanı bürüyən pandemiya ilə mübarizədə uğurlu nəticələr əldə edən əsas ölkələrdən biridir. Bu mərhələnin ən mühüm dəyərlər sistemini   xalq və hakimiyyətin birliyi, xalqın sağlamlığının qorunması, ailələrin  mümkün iqtisadi şəraitinin və sağlamlığının  qorunması  təşkil etdi. “Bizim üçün əsas prioritet məsələ insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır” – deyə ən mürəkkəb şəraitlərə müvafiq fəaliyyət mexanizmini Prezident İlham Əliyev müxtəlif tribunlardan səsləndiridi. Göründüyü kimi, pandemiya şəraitində Prezidenti düşündürən ən vacib prinsip insanların, ailələrin  sağlamlığı, təhlükəsizliyi məsələsidir. İnsan sağlamlığı qayğısı cəmiyyətin qorunması, bütövlüyü və dövlətin suverenliyi baxımından olduqca vacibdir və Azərbaycan dövlətinin siyasəti də məhz buna xidmət edirdi. Hazırda da pandemiya dövrünün şərtləri qalmaqdadır. Prezidentin rəhbərliyi ilə dövlətin apardığı siyasi kurs pandemiyanın ağır dövrlərində olduğu kimi indiki mərhələdə də uğurlu nəticələrəldə etməkdir.

Bu gün Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezidentin strateji hədəflərində Azərbaycan ailəsini sosial-iqtisadi baxımdan  dünyanın ən inkişaf etmiş ölkələrində yaşayan ailələr səviyyəsində görmək istəkləri yer alır. Mənəvi baxımdan isə bu istəklər milli qürur və vətənpərvərlik ideallarına söykənərək möhkəmlənir.

Ulu Öndərin özü qədər inandığı İlham Əliyevə xalqımız təkrarən səs verib ona – bu yola olan inamını təsdiq və təsbit etdi. Ulu Öndərin ideyalarında varislik, ənənələrə bağlılıq, strateji müttəfiqlərlə etibarlılıq prinsipləri  müstəqilliyimizin dönməzliyi və əbədi olmasına istinad edən siyasi inkişaf kursumuzun ideologiyasına çevrildi. Ölkə başçımızın Ulu Öndərin ideyalarından vüsət alan  hərbi-diplomatik uğurlu siyasət taktikası ərazilərimizin işğaldan azad edilməsini şərtləndirdi.  30 ilə yaxın dövrdə doğma el-obalarının həsrəti ilə yaşayan məcburi köçkünlərimiz, eləcə də bütün xalqımız qələbə sevincinin  qürurunu yaşadı. Zəfər Bayramının dəyərləri milli iftixar mənbəyinə çevrildi. Bu gün  Azərbaycan ailəsi   vətənpərvər, igid oğulların, qızların boya-başa çatdığı mühüm təsisat olaraq hər zaman dövlətin diqqəti və qayğısı ilə əhatə olunubdur ki bu sistemin uğurunda YAP-nı əvəzsiz xidmətləri vardır.

Yeni Azərbaycan Partiyası istər Ulu Öndərimiz Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın çiçəklənməsi yolunda şərəfli bir yol keçmiş partiyadır. Bu gün də o ənənə davam edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi siyasi kurs dövlətimizi gücləndirir, xalqımızın xoşbəxt və firavan yaşamasını təmin edir, Yeni Azərbaycan Partiyasını ölkənin və regionun ən güclü partiyasına çevirir.

Rufiz Qonaqov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru

Hüseyin İbrahimov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30