Xovayev Bakıya gəlir
23.11.2022 [10:24]
Rusiya sülhyaratma prosesindəki fəaliyyətini aktivləşdirir
Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kömək üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycana səfər edəcək. Bu barədə Rusiya XİN-in İnformasiya və mətbuat departamenti direktor müavini İvan Neçayev brifinq zamanı deyib. “Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kömək üzrə xüsusi nümayəndəsinin İrəvana planlaşdırılmış səfəri baş tutub. Növbədə Bakıya səfər nəzərdə tutulub”, - deyə o bildirib.
Qeyd edək ki, İ.Xovayev bir müddət öncə Ermənistana səfər etmişdi. O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşündə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesini müzakirə etmişdi. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da bildirilirdi ki, görüş zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı son hadisələr müzakirə olunub. Həmsöhbətlər oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sonuncu üçtərəfli görüşünə toxunublar. Ararat Mirzoyanla İqor Xovayev Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, həmçinin regionda nəqliyyat infrastrukturlarının açılması prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Artıq iki ilə yaxındır ki, Azərbaycan ilə Ermənistan arasında sülhyaratma prosesi davam edir. Bu prosesdə vasitəçi tərəf kimi çıxış edən Rusiya və Avropa İttifaqı hələ də sülh müqaviləsinin imzalanmasına, postmünaqişə dövrünün problemlərinin həll edilməsinə nail ola bilməyiblər. Bu nöqteyi-nəzərdən, Xovayevin regiona səfəri hansı yeniliklərlə yadda qala bilər?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Rusiya regionda öz maraqlarını ifadə edir. Rəsmi Moskva bunu Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi ilə həyata keçirmək niyyətindədir: “Bu uzunmüddətli bir siyasətdir. Sadəcə olaraq, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, prosesi süni surətdə uzatmaq düzgün deyil. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, bütün məsələlər çözülsün, öz həllini tapsın. Bütün məsələlərə nöqtə qoyulsun. Bu nə qədər tez baş verərsə, o qədər yaxşıdır. Xovayevin Bakıya gözlənilən səfəri də tərəflər arasında yaranmış ziddiyyətlərin müəyyən dərəcədə tənzimlənməsinə xidmət edir. Rusiya bu münasibətləri tənzimləmək istəyir. Kreml, həm də bu tənzimləmə prosesini həyata keçirməklə yeni münaqişənin yaranma ehtimalının qarşısını almağa çalışır. Hazırkı dönəmdə Rusiyanın aktivliyi buna hesablanıb. Rusiyanın prosesdə aktivlik nümayiş etdirməyə çalışması, həm də Qərbin apardığı sülhyaratma missiyasının qarşısını almağa hesablanıb. Rusiya bu addımları ilə Aİ-nin prosesə müdaxilə imkanlarını azaltmağa çalışır. Amma bizim üçün prinsipial olan bir məsələ var - yaxşı vasitəçilik fəaliyyəti konkret nəticələr verməlidir. Biz Rusiyadan konkret nəticələr verəcək vasitəçilik gözləyirik. Eləcə də, Aİ-nin vasitəçiliyindən konkret nəticələr gözləyirik. Əgər bu kimi vasitəçiliklər hər hansı bir fayda verməsə, onda başqa üsullardan istifadə etməli, başqa addımlar atmalıyıq. Hər halda Azərbaycan Prezidenti də bildirib ki, bizim bütün vasitəçilərdən istəyimiz ondan ibarətdir ki, onlar tərəfləri sülhə gətirməlidirlər. Münaqişədən miras qalmış bütün məsələlər öz həllini tapmalıdır. Əks halda bu kimi vasitəçiliyin hər hansı bir nəticəsi olmayacaq”.
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00

