Həsrətimiz Zəfərlə əvəzləndi
01.12.2022 [10:21]
Laçın sakini: Ən böyük arzum Laçına getməkdir
Günel ABBAS
Qırx dörd günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistan kapitulyasiya sənədini imzalamağa və ərazilərimizdən çıxmağa məcbur oldu. İmzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu və dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Beləliklə, Azərbaycan xalqı beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Bu gün Laçın rayonunun azad olunmasından 2 il ötür. Şübhəsiz, bu tarix həsrətləri zəfərlə əvəzlənən laçınlılar üçün xüsusi əhəmiyyətə malikdir.
Laçın sakini, Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin baş katibi Yusif Cəfərbəyli “Yeni Azərbaycan”la təəssüratlarını bölüşüb. Bildirib ki, Laçını görməsə də, hər zaman doğma yurd yerinə qovuşacağı günün həvəsi ilə yaşayıb: “Mən dünyaya göz açanda artıq 8 il idi ki, atamın, anamın doğulub boya-başa çatdığı Laçın rayonu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də işğal edilmişdi və mənim də doğmalarım öz yurdlarından didərgin salınmışdılar. Uşaqlıqdan həmişə valideynlərimin yurd acısının, vətən həsrətinin şahidi olmuşam və bu acını mən də duymuşam, hiss etmişəm. Bu gün artıq bu acılar, bu həsrətlər qələbə, zəfər ruhlu sevinclə əvəz olunub”.
Onun sözlərinə görə, rayonun meşə fondunun əhəmiyyətli hissəsi işğal dövründə məhv edilib: “Rayon ərazisində ümumi sahəsi 1092 ha olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidələri kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil edilib. Laçın rayonu ərazisində həm də 100-dən artıq tarixi abidə mövcuddur. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev də Laçın haqda yüksək fikirdə olub. O, Laçın ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı belə bir fikir söyləmişdi: “Laçınlılar alimlərdir, şairlərdir, ziyalılardır. Laçından Azərbaycanın nə qədər görkəmli həm elm, həm mədəniyyət xadimləri, həm dövlət xadimləri çıxıbdır. Ona görə də Laçın rayonu bu baxımdan həm təbiətinə görə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir”. Ulu Öndərimizin də söylədiyi kimi Laçının əsrarəngiz təbiəti, havası, suyu bu yurdun insanlarını da yetişdirib, onların gələcək həyatına sirayət edib. Bu baxımdan belə gözəl diyarımızın uzun illər mənfur düşmənin əsarətində olması, tarixi və dini abidələrin vandallığa məruz qalması digər işğal altında olan rayonlarımızın sakinləri kimi, biz laçınlıları da hər zaman narahat edib. Mənim bəy babalarımın uyuduğu Sultanlar kəndindəki məzarlığın dağıdılması, adını daşıdığım babam 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçı olmuş Yusif Əsəd bəy oğlunun məzarının güllələnməsi, babalarımın tarixi mülkü olan Həmzə Sultan sarayı (XVIII əsr) xalqımıza məxsus tarixi abidə olmasına baxmayaraq, erməni vandalları tərəfindən başqa məqsədlər üçün istifadə olunması məni və bütövlükdə ailəmizi çox sarsıdıb”.
Y.Cəfərbəyli bildirib ki, 24 dekabr 2011-ci il tarixində Prezident İlham Əliyev öz doğum gününü laçınlı məcburi köçkünlərlə qeyd etmişdi: “O zaman Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışındakı çıxışı zamanı çox mühüm fikirlər səsləndirdi. Bildirdi ki, Laçın Azərbaycanın gözəl guşələrindən biridir və biz Laçının işğal tarixi ilə barışmayacağıq. Cənab Prezidentimizin zamanında söylədiyi bütün bu fikirlər bu gün öz məntiqi nəticəsini göstərdi və həqiqətən də, biz bu vəziyyətlə barışmadıq. Bu gün Müzəffər Ali Baş Komandanın qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində və müqəddəs şəhidlərimizin qanı, qazilərimizin canı bahasına düşmən üzərində qazandığımız tarixi qələbəmiz bizlərə bütün narahatlıqları, sarsıntıları unutdurdu”.
O qeyd edib ki, işğaldan azad olunmuş bir çox torpaqlarımıza səfər edib: “Qarabağın incisi, mədəniyyət beşiyimiz, azad Şuşaya bir neçə dəfə səfər etmişəm, eyni zamanda Ağdama, Füzuliyə, Cəbrayıla da. Ancaq, ən böyük arzum təbii ki, doğma ocağım Laçına getməkdir, hər zaman valideynlərimin həsrət dolu söhbətlərində eşitdiyim və xəyallarımda təsvir etdiyim Laçını görmək, bizlərin yollarını gözləyən müqəddəs məzarlarımızı ziyarət etməkdir. Ən böyük arzularımdan biri də bu böyük Qələbə sevincini xalqımıza yaşadan Müzəffər Ali Baş Komandanımızla doğma Laçında görüşmək və heç vaxt öz ata-baba yurdunu görməyən mənə və mənim kimi minlərlə gəncə bu sevinci yaşatdığına görə bir laçınlı gənc olaraq təşəkkür etməkdir. İnşallah ki, bu arzuma da çataram”.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

