/ / Ceyhun Bayramov: "Konsensus olmadan Ermənistana missiya göndərilməsi ATƏT mandatının kobud şəkildə pozulmasıdır"
Ceyhun Bayramov: "Konsensus olmadan Ermənistana missiya göndərilməsi ATƏT mandatının kobud şəkildə pozulmasıdır"
01.12.2022 [21:51]
Konsensus olmadan Ermənistana “ehtiyacların qiymətləndirilməsi missiyası”nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatların açıq şəkildə pozulmasıdır.
Bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Azərbaycan təşkilatı mandatlarını kobud şəkildə pozduqlarını düzəltməyə çağırır.
"Ermənistanla 30 ilə yaxındır davam edən silahlı münaqişənin başa çatması ilə Azərbaycan indi onun mənfi nəticələrini aradan qaldırmağa başlayıb. Yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmaq, münaqişədən sonrakı ərazilərdə dinc həyatın təmin edilməsi Azərbaycan hökuməti üçün mütləq prioritetdir. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndinə bu günlərdə ailələrin birinci qrupu qayıdıb", - C.Bayramov qeyd edib.
XİN rəhbəri vurğulayıb ki, Azərbaycan, həmçinin münaqişədən sonrakı ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir, bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edir:
"Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı möhkəm hüquqi bazanı təmin edir. Azərbaycan hakimiyyəti ilə yerli etnik erməni sakinlər arasında son aylar ərzində artan dialoq və təmaslar təşviq edilməli və davam etdirilməlidir".
Nazir əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə yerləşdirdiyi minalarla çirklənməsi yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına əsas maneədir:
"Təəssüf ki, 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra 267 nəfər mina qurbanı olub. 35-i mülki şəxs olmaqla 45 nəfər həlak olub. Ermənistanın Azərbaycana işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini təqdim etməməsi yeni ölüm və xəsarətlər gətirir. Bütün mina hadisələrinin təxminən 55 faizi Ermənistanın heç bir mina sahəsi rekordu olmayan ərazilərdə baş verib. Ermənistan Azərbaycan ərazilərində heç bir fərq qoymadan minaları yerləşdirməyə davam edir. Son zamanlar Azərbaycan ərazisində 350 mina aşkar edilib. Rusiya sülhməramlı qüvvələrinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək, sözügedən mina sahəsinə baxış keçiriblər. Ümumilikdə Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistan istehsalı olan 2 728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə köçürülüb. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş yoldan açıq-aşkar sui-istifadədir".
C.Bayramovun sözlərinə görə, Azərbaycan münaqişədən sonrakı genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri ilə yanaşı, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə də təşəbbüs göstərib:
"Müharibə və işğalın dağıdıcı nəticələrinə baxmayaraq, Azərbaycan Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında sülh təklif etdi. Son iki il ərzində Azərbaycan sülh gündəmini təşviq etmək üçün güclü siyasi iradə nümayiş etdirir".
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

