Fərəh Əliyeva Azərbaycandakı etnik icma rəhbərləri ilə görüşüb
02.12.2022 [18:51]
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın ölkəmizdə yaşayan və fəaliyyət göstərən etnik icmaların rəhbərləri ilə görüşü keçirilib.
Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidmətindən bildiriblər.
Görüşdə Bakı Dağ Yəhudiləri Dini İcmasının, Samur Ləzgi Mədəniyyət Mərkəzinin, Avropa Yəhudiləri Dini İcmasının, Azərbaycan-Avar İctimai Birliyinin, Alban-Udi Xristian Dini İcmasının, Azəri Tat Mədəniyyət Mərkəzinin, Azərbaycanda Yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyinin, Gürcü Yəhudiləri Dini İcmasının, Kürd İcmasının, “Buduq” Xeyriyyə Cəmiyyətinin, Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin, Azərbaycan - Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyininrəhbərləri, eləcə də talış dilində nəşr olunan “Dodo” və Azərbaycan, rus, ləzgi dillərində nəşr olunan “Samur” qəzetinin baş redaktorları da iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan BBMM-in icraçı direktoru Rəvan Həsənov ölkəmizdə bütün xalqların nümayəndələrinə dövlət səviyyəsində eyni şəraitin yaradıldığını vurğuladı. O bildirdi ki, Multikulturalizm Mərkəzi öz fəaliyyətini hər zaman azsaylı xalqların nümayəndələri ilə əlaqəli şəkildə qurur. Ölkəmizdə yaşayan və fəaliyyət göstərən müxtəlif xalqların həyatı, mədəniyyəti və adət-ənənələrinin işıqlandırılması xüsusi layihələrlə, eləcə də nəşrlərlə həyata keçirilir. Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Multikulturalizm modelinin üstünlüklərini qeyd edərək, ölkəmizdə bütün xalqların sülh və dostluq şəraitində yaşamasdan danışdı. O, 44 günlük Vətən müharibəsi dövründə milli həmrəyliyin qalib gəlməsi məsələsin xüsusi olaraq toxundu. Daha sonra çıxış edən BBMM-in HimayəçilərŞurasının sədri Kamal Abdullayev yarandığı gündən etibarən, Multikulturalizm Mərkəzinin dövlətin multikulturalizm siyasətinə uyğun olaraq, aktiv şəkildə fəaliyyət göstərdiyini bildirdi. O, qeyd etdi ki, düşmən qüvvələr ölkəmizdəki sabitliyin pozulmasına çalışsalar da, buna nail ola bilmirlər və bilməyəcəklər.
Çıxışlardan sonra, görüşdə iştirak edən bütün etnik icma nümayəndələri mövzu ilə bağlı öz fikirlərini bölüşdülər. Onlar Azərbaycanı Vətənləri kimi sevdiklərini, öz fəaliyyətlərini ölkəmizin uğurlu gələcəyi və inkişafı istiqamətində qurduqlarını bəyan etdilər. 44 günlük Vətən müharibəsi dövründə də, bu gün də milli birlik nümayiş etdirdiklərini vurğulayan iştirakçılar, Azərbaycandakı multikultural mühitdən, dövlətin bu istiqamətdə həyata keçirdiyi uğurulu siyasəti dəstəklədiklərindən də söz açdılar. Tədbir iştirakçıları Multikulturalizm Mərkəzinin fəaliyyətini, eləcə də qurumun etnik icmalarla əlaqələrini də yüksək qiymətləndirdiklərini bildirdilər. Sonda ölkəmizdəyaşayan və fəaliyyət göstərən etnik icmaların rəhbərləri öz fəaliyyətləri ilə bağlı təkliflərini də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın diqqətinə çatdırdılar.
Xəbər lenti
Hamısına baxİdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34

