UNESCO-ya növbəti çağırış
09.12.2022 [11:29]
N.DİLQƏMLİ
Azərbaycanın tarixi torpaqlarını 30 ilə yaxın bir müddətdə işğal altında saxlayan Ermənistan ölkəmizin milli - mədəni, dini - tarixi dəyərlərinə, irsinə qarşı təcavüzkar siyasət həyata keçirib, vandalizm nümayiş etdirib. İşğalçı dövlətin həyata keçirdiyi qeyri-insani əməllərin nəticəsində bu gün işğaldan azad edilmiş ərazilərimizdə bütün infrastruktur tamamilə məhv edilib, tarixi abidələr dağıdılıb. Burada əsas məqsəd Azərbaycan izlərini həmin ərazilərdən tamamilə silməkdən ibarət olsa da, onların bu arzusu baş tutmayıb.
Xalq-Ordu-İqtidar birliyi nəticəsində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə ilə talançı ölkənin bütün planları yerlə-yeksan oldu. Bu gün Azərbaycanın tarixi torpaqlarına səfər edən istər yerli, istərsə də xarici qonaqlar Ermənistan tərəfindən həyata keçirilən vandalizm aktlarını öz gözləri ilə görürlər.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə abadlıq-bərpa-quruculuq işləri sürətlə davam etdirilməkdədir. Bu işdə müxtəlif xarici təşkilatlar Azərbaycanın yanında olduqlarını bəyan edərək həmin ərazilərdə aparılan işlərə öz töhfələrini qatmağa can atırlar. Təəssüfləndirici haldır ki, tarixi abidələrin qorunmasını özünə öhdəlik kimi seçmiş UNESCO ötən 2 il ərzində bir dəfə də olsun işğaldan azad edilmiş regionlara araşdırmaçı missiya göndərməyib. Halbuki, baş verənləri, milli-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını dünyaya yaymaq, onları qorumaq birbaşa UNESCO-nun üzərinə götürdüyü missiya və vəzifədir.
UNESCO-nun əsas məqsədi - irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.
Bütün bunlara baxmayaraq, fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi mədəniyyət abidələrinin mühafizə edilməsi olan UNESCO-nun Azərbaycana qarşı bir qədər fərqli mövqe sərgilədiyinin şahidiyik. Dövlət başçısı da çıxışlarında bu məsələyə xüsusi olaraq toxunaraq qeyd edib ki, getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? Biz dəfələrlə müraciət etmişik, dəfələrlə: “Bu müraciətlər məktublar formasında sənədləşdirilib. İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı, biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq”.
Dövlət başçısı bildirmişdi ki, biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq: “Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır”.
Yeri gəlmişkən, ötən gün ADA Universitetində “Mədəni sərvətlərin qorunmasında UNESCO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycanın UNESCO-nun mədəniyyət, təhsil, ekologiya, idman və digər sahələr üzrə ümumilikdə 14 Konvensiyasına üzv olduğunu vurğulayaraq, bunlardan ikisinin - 1954-cü il Haaqa Konvensiyası və 1972-ci il Ümumdünya İrs Konvensiyasının bilavasitə mədəni sərvətlərin qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu Konvensiyalardan irəli gələn öhdəliklərə sadiq qalır.
Mədəniyyət naziri Anar Kərimov işğaldan azad olunmuş ərazilərdəki 864 mədəni müəssisənin monitorinqinin aparıldığını və bu monitorinqlər zamanı bəzi abidələrin qəsdən dağıdıldığının, mənimsənildiyinin, abidələrdən hərbi məqsədlər üçün istifadə edildiyinin aşkarlandığını bildirib.
Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev çıxışı zamanı 2022-ci ildə Azərbaycan Respublikasının UNESCO-ya üzvlüyünün 30 ili tamam olduğunu xatırladıb, Azərbaycanın UNESCO-nun etibarlı tərəfdaşı və fəal üzvü olduğunu qeyd edib. Mahmud Məmməd-Quliyev bu günədək UNESCO-ya Azərbaycan tərəfindən ünvanlanmış çoxsaylı müraciətlərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərə hələ də bu missiyanın göndərilmədiyini qeyd edib. Nazir müavini xarici ekspert və diplomatların iştirak etdiyi bu konfransda texniki missiyanın göndərilməsi üçün UNESCO-ya çağırış edib.
Xəbər lenti
Hamısına baxDünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32

