Yəhudilər Heydər Əliyevi hər zaman sonsuz sayğı ilə anırlar
13.12.2022 [10:51]
İsrail Təhlükəsizlik Akademiyası: Heydər Əliyev təkcə öz xalqının dahi oğlu yox, bütün dünya siyasətinin nəhəng dahilərindəndir
Dost və qardaş Azərbaycan xalqının böyük oğlu, Azərbaycan xalqının böyük öndəri Heydər Əliyev nəinki Qafqazda, bütün dünyada fenomen şəxsiyyət, dahi lider şəxsiyyətinə yüksək sayğı göstərilən rəhbər olub.
O‚ hər zaman özünün yüksək dünya görüşü, parlaq siyasəti ilə dünya liderləri arasında seçilmiş və dünya siyasətində özünəməxsus yer tutmuşdur. Bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycandakı Nümayəndəliyinin məlumatında yer alıb.
1990-cı illərin əvvəllərində Azərbaycan daxilində baş verən ağır siyasi böhranlar‚ bu ölkəni sürətlə fəlakətə aparmaqda idi. Həmin vaxt Azərbaycan qardaş qırğınlarının astanasında‚ bölünüb parçalanmaq təhlükəsinin bir addımlığında idi. Belə demək mümkünsə, Azərbaycanda bir çox zəmində separatçılıq meyilləri baş qaldırmış, daxildə bir çox qüvvələr Azərbaycanı bölüb parçalamaq niyyətində idilər. Belə olan bir zamanda Azərbaycan xalqının təkidləri ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycan xalqının köməyinə yetişdi və Azərbaycan xalqının düşmənləri ilə siyasət meydanında mübarizə apararaq Azərbaycanı bölünməkdən və parçalanmaqdan xilas etdi. Beləcə, 1993-cü ilin iyun ayının 15-də Parlamentə sədr, 1993-cü ilin oktyabrın 3-də isə ölkəyə Prezident seçilən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı dağılmaqdan və işğal altına düşməkdən xilas etdi, qorudu. Mərhum prezident, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsilə Azərbaycanın çiçəklənmə dövrü başlanmış oldu. Onun rəhbərlik etdiyi dövr Azərbaycanın xilası və intibah dövrüdür. Hakimiyyətə gəlişi ilə müasir,‚ müstəqil, güclü Azərbaycan dövlətini quran Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı. O,‚ Azərbaycana azadlıq və inkişaf gətirdi. Onun rəhbərliyi ilə Azərbaycan demokratik və hüquqi dəyərlər üzərində quruldu. Bütün ali dəyərlər əsas meyar olaraq ölçüldü. Və beləcə Heydər Əliyevin ərsəyə gətirdiyi müasir və müstəqil Azərbaycan dövləti nəinki Qafqazda, hətta bütün dünyada nümunə bir ölkə olaraq quruldu. Onun uzaqgörən və parlaq siyasəti Azərbaycan daxilində yaşayan bütün xalqları qardaşlaşdırdı. Onun dövründən başlayaraq Azərbaycandakı bütün xalqlar bir-birinə daha da doğmalaşdı və bu günümüzə qədər Azərbaycandakı bütün xalqlar və müxtəlif inanclı insanlar bir-birinə qardaş kimi yanaşırlar. Burada heç bir zaman ayrı-seçkilik olmayıb. Heydər Əliyev təkcə Azərbaycan xalqına yox‚ burada yaşayan digər millətlərə də əmin-amanlıq bəxş edib.
Hakimiyyətə gəlişindən qısa müddət sonra - 1994-cü ilin sentyabrın 20-də “Əsrin Kontraktı”nı imzalayan Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı və bu ölkənin siyasi çəkisini bütün dünyaya qəbul etdirdi. Onun zəngin dühası və parlaq siyasəti nəticəsində dünya dövlətləri Azərbaycanla hesablaşmağa başlamışdır. Onun rəhbərliyi altında Azərbaycan təşəkkül taparaq inkişaf və tərəqqiyə doğru addımladı. Bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, regionun ən güclü ölkəsi olması məhz dahi şəxsiyyət Heydər Əliyevin zəngin dühasının məhsuludur və onun siyasi ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Bütün Yəhudi xalqı hər zaman Heydər Əliyevi özünün ən yaxın dostu hesab edir. Azərbaycanda yaşayan və Azərbaycandan xaricə və İsrailə köçən bütün Yəhudilər Heydər Əliyevi hər zaman sonsuz sayğı ilə anırlar.
Dahi şəxsiyyət Heydər Əliyevi ölümünün 19-cu ilində hörmət və ehtiramla anırıq və Allahdan rəhmət diləyir, məkanı cənnət olsun deyirik.
Xəbər lenti
Hamısına baxDünya
25 May 10:18
Dünya
25 May 09:54
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13

