Mehmet Akif Ərsoy-149
20.12.2022 [10:30]
Türk xalqının əxlaqi sütunlarından biri...
Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq;
O mənimdir, o mənim millətimindir ancaq.
Çatma, qurban olum, çöhrəni ey nazlı hilal!
Qəhrəman xalqıma bir gül! Nə bu şiddət, bu cəlal?
Sənə olmaz tökülən qanlarımız sonra halal...
Haqqıdır, haqqa tapan, millətimin istiqlal!
Bu gün Türkiyənin Dövlət Himninin, İstiqlal Marşının müəllifi, şair Mehmet Akif Ərsoyun doğum günüdür. M.A.Ərsoy 1873-cü il dekabrın 20-də İstanbulda Qaragümrük səmtinin Sarıgözəl məhəlləsində anadan olub. Şair ilk təhsilinə Fatehdəki Əmir Buxari məhəllə məktəbində, o dövrün adətinə görə 4 il, 4 ay, 4 günlük ikən başlayıb. 3 il sonra ibtidai məktəbə gedib və atasından ərəb dilini öyrənib. Şair orta təhsilinə isə Fateh məktəb Rüştiyyəsində başlayıb. Akif Rüştiyyədə təhsil alarkən “hürriyətçi” müəllimlərindən təsirlənir.
Şairin ədəbi yaradıcılığa nə vaxt başladığı məlum deyil. M.Akifin ilk şeirlərindən aydın olur ki, o, bu əsərləri əsarət içində boğulan, zülm altında tapdanan xalqına azacıq da olsa dayaq olmaq, dərdinə şərik çıxmaq üçün yazıb.
“Safahat” adlı ilk şeirlər kitabı 1911-ci ildə nəşr edilib. 11240 misradan ibarət olan “S?fahat’’da 108 mənzum əsər işıq üzü görüb. Eyni zamanda, 1904-cü ildən sonra yazılan, müxtəlif jurnal və qəzetlərdə çap olunan şeirləri də yer alıb.
1912-ci ilin dekabrından başlayıb 1913-cü ilin fevralına qədər davam edən Misir səyahəti zamanı şair qürbətdə olduğu günlərdə vətən məhəbbətini “Hicran”, “Səcdə”, “Gecə”, “Çanaqqala şəhidləri” kimi şeirlərində ifadə edib.
M. A. Ərsoy müəllimin roluna dəyər verir və bildirirdi ki, şagirdlərin tərbiyəsində məktəbin rolu əvəzolunmazdır. O, təhsilin ailədən başlandığını, təlim-tərbiyə işində məhz ailənin rolunun böyük olduğunu deyirdi. O, təlim-tərbiyənin daha kiçik yaşdan verilməsinin vacibliyini qeyd edirdi. Toxunduğu bütün ictimai-siyasi, sosial mövzulara, yaratdığı obrazlara bir pedaqoq, müəllim gözü ilə də yanaşıb. Bu ondan irəli gəlir ki, Mehmet Akif öz dövrünün görkəmli insanpərvəri, əxlaq nəzəriyyəçisi və maarifçisi olub. Şairin yaradıcılığı məktəblinin şəxsiyyətinə mütəşəkkil, məqsədyönlü şəkildə təsir göstərərək, onlarda düzgün davranış adətlərinin və vərdişlərinin formalaşdırılmasına kömək edib.
O, öz yaradıcılığı ilə Türkiyə mübarizə ədəbiyyatının ən dolğun səhifələrini yazıb. Şair xalqını azad və xoşbəxt görmək istəyirdi. Mehmet Akifi dimdiyinə bir damla su götürüb yanğını söndürməyə gedən göyərçinə bənzətmək olar. Çünki o, həyatın ictimai-siyasi səhnəsində, ədəbiyyat, elm və maarif sahəsində göstərdiyi xidmətləri ilə doğma Vətəninin müdafiəsinə, millətinin nadanlıq və cəhalətdən uzaqlaşaraq oyanmasına çalışıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55

