Türkiyənin ilk qadın vəkili...
29.12.2022 [11:09]
Sürəyya Ağaoğlu!
Sürəyya Ağaoğlu! Türk dünyasının qürurverici adlarından biri! O, Azərbaycanın vətənpərvər oğlu, ömrünün sonuna kimi müsəlman Şərqinin inkişafı, müasirləşməsi, aydınlanması uğrunda mübarizə aparan, publisist, tənqidçi, hüquqşünas, şərqşünas alim Əhməd bəy Ağaoğlunun ilk övladıydı. Sürəyya xanım həyatı, mübarizəsi, gördüyü böyük işləri ilə sözün əsl mənasında atasının qızıydı.
1903-cü ildə Şuşada doğulmuşdu. Onun varlığı ailəyə sevinc, şadlıq gətirmişdi. Sürəyya xanım qələmə aldığı xatirələrində (mənbə: “Çapar” jurnalının Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr edilən xüsusi buraxılışı) bu barədə belə yazıb: “Çətin doğuşla dünyaya gəldiyimə görə ilk olaraq anamı xilas etmək üçün heç kim mənimlə məşğul olmamış, təhlükə keçdikdən sonra ailə böyük sevincə qərq olmuşdu. Atam anama on iki böyük qızıl düymə, mənə də on iki kiçik qızıl düymə hədiyyə etmişdi. Atamın qız uşağı sevgisi o qədər dərin idi ki, ilk nəvəsinin də qız olmasını istəyirdi...”
Sürəyya xanım sevgi ilə əhatələnən belə bir mühitdə böyüyürdü...
Əhməd bəy hələ 1906-cı ildə gizli yaratdığı “Difai”dəki fəaliyyətinə görə (“Difai” Azərbaycan türklərini çar məmurlarından, ermənilərin hücumundan qorumaq məqsədilə yaradılmışdı) təqib olunurdu. 1909-cu ildə təqiblərdən qurtulmaq məqsədilə Türkiyəyə mühacirət edir. Əhməd bəyin Bakıda yaşayan həyat yoldaşı Sitarə xanım da bir ildən sonra uşaqları ilə birlikdə ərinin yanına - Türkiyəyə köçür...
Sürəyya xanım bacı-qardaşları kimi Türkiyədə oxuyur. Orta təhsilini başa vurur, 1921-ci ildə sənədlərini İstanbul Universitetinin hüquq fakültəsinə verir. Bu vaxta kimi Türkiyə tarixində heç bir qadın hüquq fakültəsində təhsil almamışdı. Elə buna görə də Sürəyya xanımın arzusuna hər kəs istehza edib gülür. O, isə heç kəsə məhəl qoymadan xəyallarını gerçəkləşdirmək üçün təkbaşına mübarizə aparır. Sürəyya xanım xatirələrində yazırdı: “...Hüquq fakültəsi dekanı, beynəlxalq hüquq professoru, mərhum Səlahəddin bəy küncdə bir masa arxasında oturmuşdu. Yanında professor Vəli bəy, qarşısında isə ümumi katib Rauf bəy durmuşdu. İçəriyə daxil olub: “Mən Sürəyya Ağaoğluyam, Bazmi-Aləm Validə Sultanisini bu il qurtardım. Hüquq təhsili almaq istəyirəm. Məni hüquqa qəbul edərsinizmi?” dedim. Səlahəddin bəy heyrətlə üzümə baxdı. Vəli bəy hər zaman aşağıya əyik başını qaldırdı. Deyəsən, ikisi də zarafat edib-etmədiyimi anlamağa çalışıırdı. O zamanlar 17 yaşındakı hər gənc qız çarşab geyərdi. Amma mən çarçabsızdım. Boz kostyum geyinmişdim. Nəhayət, Səlahəddin bəy qəhqəhə ilə güldü: “Daha üç nəfər tap, bu saat fakültəni açaq” dedi. Həqiqətən, fakültə açmaq lazım idi. Çünki qızlar oğlanlarla bərabər oxuya bilmirdilər. Günün əvvəli oğlanlara, günortadan sonra isə qızlara dərs keçirilirdi. Əlbəttə, bir tək tələbə üçün bütün müəllimlər günortadan sonra dərs keçə bilməzdilər...”
Nəhayət, Sürəyya arzusuna çatır. Səlahəddin bəy qızlar üçün hüquq fakültəsinin yaradılmasına razılıq verir. Qalır həmin fakültədə oxuyacaq qızları tapmaq. Sürəyya xanım çox həyacanlıydı, o, bu həyacanını xatirələrində belə təsvir edib: “Otaqdan dəli kimi çıxdım. İndi başqa fakültələrə yazılmış olan yoldaşları inandırmaq lazım idi. Dərhal sonralar Siddiq Sami Onarın həyat yoldaşı olan Bedianın yanına qaçdım. Başqa fakültəyə yazılmışdı. Hüquq fakültəsinin açıldığını deyərək onu razı saldım. Bedia ilə digər iki yoldaşım Məlahəti və Saiməni də razı salaraq dördümüz hüquqa yazıldıq...”
Bu hadisələr yaşanan zaman Əhməd bəy qızının yanında ola bilmir. Çünki, o vaxt Malta adasında əsirlikdəydi. Sürəyya xanım hüquq fakültəsində oxuduğunu atasına məktubla xəbər verir. Əhməd bəy qızına ədəbiyyatı, tarixi oxumağı məsləhət görsə də, Sürəyya öz fikrini dəyişmir.
Təhsilinin ilk ilində Sürəyya xanım önəmli bir məhkəmədə iştirak edir. 1921-ci il iyulun 18-də Misak Torlakyan adlı bir erməni Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşiri İstanbulda “Pera Palas” otelinin önündə üç güllə ilə qətlə yetirir. Qatil həbs olunur. Həmin vaxt İstanbul ingilislərin işğalı altında olduğundan məhkəmə prosesi ingilis hərbi tribunalında aparılır. Sürəyya xanım ingilis dilini yaxşı bildiyinə görə Behbud xan Cavanşirin ailəsinə vəkillik edən şəxsin köməkçisi olur. Sonradan o, bu barədə “Bir ömür belə keçdi” adlı memuarında da yazır.
1925-ci ildə Sürəyya xanım ali təhsilini başa vurur. O, adını tarixə Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili kimi yazır. 14 il İstanbul Vəkil Bürosunun İdarə Heyətinin yeganə qadın üzvü olaraq çalışır. Türkiyənin siyasi, sosial-ictimai həyatında fəal iştirak edir. Türkiyə Hüquqşünas Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin, Uşaq Dostları Dərnəyinin, Universitetli Qadınlar Dərnəyinin və.s. qurucusu olur, onların əksəriyyətinə rəhbərlik edir. Sürəyya xanım 47 yaşında bir alman hüquqşünasla ailə qurur, amma övladı olmur. Ömrünün sonuna kimi bütün enerjisini sevdiyi peşəyə yönəldir, beynəlxalq konfranslarda iştirak edir, “Londonda gördüklərim”, “Bir ömür belə keçdi” adlı iki kitab yazır.
Sürəyya xanımın 86 illik mənalı, faydalı həyatında Mustafa Kamal Atatürkün də xüsusi yeri, təsiri olub. Ağaoğlu ailəsinin Atatürklə çox yaxın, səmimi münasibəti vardı, dəfələrlə görüşmüşdülər, hətta, Atatürk onları öz evinə dəvət etmişdi. Bu səmimiyyət, dostluq Sürəyya xanımın xatirələrində də əksini tapıb. Atatürkün vəfatını isə belə qələmə alıb: “Evdə anamın ölümü kimi bir matəm havası vardı. Atam yazı masasının yanında dayanaraq hönkür-hönkür ağlayırdı...”
Sürəyya xanım bütün ömrünü Türkiyədə yaşasa da, uşaqlığından qəlbində yuva quran “Azərbaycan” adı, Azərbaycan sevgisi bitib tükənmirdi. Əksinə, yaşa dolduqca, bu sevgi daha da dərinləşir, yanğıya çevrilirdi. O, bu yanğıya su çiləməkçün 79 yaşında Azərbaycana gəldi. Onun Vətənə səfəri zamanı keçirdiyi hissləri özünün yazdıqlarından öyrənək: “Burada dolaşarkən ürəyimdən nələr keçdiyini izah edə bilmərəm. Sanki küçələri, parkları tanıyırdım. Anamdan və atamda? o qədər çox dinləmişdim ki! Keçmiş milyonçulardan Tağıyevin evi muzey olub. Bu evi və Tağıyevi atamdan çox eşitmişdim. Bizə keçmiş karvansaray olan binada azəri yeməkləri verilərkən birdən içəriyə iki gözəl insan daxil oldu. Bunlar əmimin nəvələri idilər. Əllərində qırmızı güllərlə “Sürəyya abla!” deyə boynuma sarıldılar. Hamımız ağlamağa başladıq...”
Qarabağa-doğulduğu Şuşaya da getmək istəyir. Amma bu arzusuna çata bilmir, ona “növbəti səfərdə gedərik” deyirlər. Növbəti səfərsə olmur. Sürəyya xanım Bakıya səfərindən 7 il sonra-1989-cu il dekabrın 29-da İstanbulda keçirilən bir konfransdan çıxarkən beyninə qan sızmasından vəfat edir.
Səfurə
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
06 Fevral 23:05

Xəbər lenti
06 Fevral 21:55

Xəbər lenti
06 Fevral 21:38

Xəbər lenti
06 Fevral 21:35

Siyasət
06 Fevral 21:22

Xəbər lenti
06 Fevral 20:01

Xəbər lenti
06 Fevral 19:22

Xəbər lenti
06 Fevral 17:30

Xəbər lenti
06 Fevral 17:10

Xəbər lenti
06 Fevral 16:48

Xəbər lenti
06 Fevral 16:39

Xəbər lenti
06 Fevral 16:26

Xəbər lenti
06 Fevral 15:57
.jpg&width=120)
Xəbər lenti
06 Fevral 15:55

Xəbər lenti
06 Fevral 15:36

Xəbər lenti
06 Fevral 15:34

Xəbər lenti
06 Fevral 15:30

Xəbər lenti
06 Fevral 15:18

Gündəm
06 Fevral 14:56

Dünya
06 Fevral 14:53

Xəbər lenti
06 Fevral 14:52

Xəbər lenti
06 Fevral 14:41

Xəbər lenti
06 Fevral 14:38

Xəbər lenti
06 Fevral 14:29

Xəbər lenti
06 Fevral 13:57

Xəbər lenti
06 Fevral 13:34

Xəbər lenti
06 Fevral 13:27

Xəbər lenti
06 Fevral 13:20

Xəbər lenti
06 Fevral 13:12

Xəbər lenti
06 Fevral 13:03

Xəbər lenti
06 Fevral 13:01

Siyasət
06 Fevral 13:00

Siyasət
06 Fevral 12:49

Xəbər lenti
06 Fevral 12:43

Xəbər lenti
06 Fevral 12:40

İqtisadiyyat
06 Fevral 12:39

Xəbər lenti
06 Fevral 12:36

Gündəm
06 Fevral 12:02

Xəbər lenti
06 Fevral 11:38

Xəbər lenti
06 Fevral 11:24

Xəbər lenti
06 Fevral 11:12

Xəbər lenti
06 Fevral 11:10

Xəbər lenti
06 Fevral 11:09

Xəbər lenti
06 Fevral 11:04

Xəbər lenti
06 Fevral 11:01

Xəbər lenti
06 Fevral 10:49

Xəbər lenti
06 Fevral 10:34

Xəbər lenti
06 Fevral 10:31

Xəbər lenti
06 Fevral 10:29

Xəbər lenti
06 Fevral 10:27

Siyasət
06 Fevral 10:08

Gündəm
06 Fevral 09:55

Siyasət
06 Fevral 09:52

Xəbər lenti
06 Fevral 09:43

Xəbər lenti
06 Fevral 09:40

Xəbər lenti
05 Fevral 22:33

Xəbər lenti
05 Fevral 21:57

Xəbər lenti
05 Fevral 18:00

Xəbər lenti
05 Fevral 17:37

Xəbər lenti
05 Fevral 14:28

Dünya
05 Fevral 13:49

Xəbər lenti
05 Fevral 13:09

Dünya
05 Fevral 13:00

Xəbər lenti
05 Fevral 12:53

Xəbər lenti
05 Fevral 12:16

Dünya
05 Fevral 11:38

Xəbər lenti
05 Fevral 11:00

Xəbər lenti
05 Fevral 10:43

Xəbər lenti
04 Fevral 17:55

Xəbər lenti
04 Fevral 16:07
