İrəvanın “Ararat”a verilməsi tarixi səhv idi
11.01.2023 [10:24]
AXC qurucularının yanlış siyasətinin acı nəticələri
Tarixçi alim: Bu rəsmi razılıq ermənilərin həmin ərazilərə hüquqi sahibliyini təsdiqləyən amilə çevrildi”
Azərbaycan torpaqlarını ələ keçirməklə özünə dövlət qurmuş Ermənistanın xalqımıza və dövlətimizə qarşı apardığı təcavüzkar siyasət tarixən özünü biruzə verib. Son 200 il ərazində torpaqlarımızı işğal edən, etnik təmizləmə siyasəti aparan ermənilər bəzən bizim öz səhvlərimizdən də istifadə edərək istəklərinə nail olublar. Məsələn, 1918-ci ildə İrəvanın Ermənistana verilməsi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin qərarı kimi. Yeri gəlmişkən, ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Prezident İlham Əliyev də bildirdi ki, o vaxt bu qərarı müxtəlif səbəblərlə izah etməyə çalışanlar da olub, bu gün də var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər: “Əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”.
Məsələ ilə bağlı fikirlərini bölüşən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan icmasının nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının gələcək strateji inkişaf istiqamətlərini müəyyənləşdirir. Tarixçi alim qeyd edib ki, Azərbaycan tarix boyunca müxtəlif ərazilərini itirmişdir: “Müxtəlif ərazilərimiz XIX əsrdə Qafqaza köçürülüb yerləşdirilən ermənilər tərəfindən ələ keçirilib. Eyni zamanda, həmin ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib. Təbii ki, öz doğma yurd-yuvasına, dədə-babalarının əzəli sakini olduğu ərazilərə qayıtmaq hər bir azərbaycanlının hüququdur. Həmin torpaqlara qayıtmaq üçün isə tarixi yaxşı bilmək, tarixi proseslərdən dəqiq şəkildə dərs çıxarmaq lazımdır. Biz aydın şəkildə bilməliyik ki, Qərbi Azərbaycan ərazilərinin ermənilərə, indi Ermənistan adlandırılan dövlətə verilməsi hansı şəkildə baş verib. Dərələyəz, İrəvan, Zəngəzur, Göyçə, Vedi və bir çox digər ərazilərimiz ermənilər tərəfindən hansı şərtlər altında ələ keçirilib. Bunları dəqiq bilmədən, həmin proseslərdə yol verilmiş yanlışlıqları dəqiq təhlil etmədən tariximizi də dəqiq qiymətləndirə bilmərik”.
E.Kəlbizadənin fikrincə, əgər Qərbi Azərbaycan ərazilərinə qayıdışdan söhbət gedirsə, burada tarixən bütün Qərbi Azərbaycanın mərkəzi sayılmış İrəvan şəhəri əsas yeri tutur. “Bəllidir ki, İrəvan və ətraf ərazilər 1918-ci ildə mövcud olan geosiyasi situasiyada Azərbaycan hökuməti tərəfindən Qafqazda yaradılmış “Ararat” erməni respublikasına verilib. Bu, eyni zamanda, ermənilərin ənənəvi olaraq tətbiq etdikləri taktikanın nəticəsi idi. Biz son 200 illik tariximizə baxsaq, ermənilər adətən hansısa ərazini ələ keçirmək üçün ilk olaraq həmin ərazilərdə məskunlaşırlar, orada özlərinin terrorçu siyasi təşkilatlarını qurmağa başlayır, sonradan toqquşmalar yaradırlar. Bu toqquşmaların yaranmasından sonra isə məsələni ya beynəlxalq müstəviyə, ya da dövlətlərarası müstəviyə çıxarmağa çalışıblar. Bununla yanaşı, özlərinə havadar dövlət taparaq həmin havadar dövlətin və ya regionda marağı olan dövlətlərin vasitəsilə Azərbaycan ərazilərini öz nəzarətləri altına keçirirlər. İrəvanın da ələ keçirilməsində eyni taktikadan istifadə olunub. Qeyd edilməlidir ki, siyasi liderlik xüsusiyyəti düşmənin sənə qarşı tətbiq etdiyi planları poza bilməyi özündə ehtiva edir. Təəssüf ki, 1918-ci ildə mövcud olan geosiyasi şəraitdə AXC-nin idarəediciləri, qurucuları düşmənin planlarını poza bilmədilər. Yaranmış şərtlər altında İrəvanı ermənilərə güzəştə getdilər. Həmin şəxslər düşünürdülər ki, İrəvan şəhəri güzəştə gedildikdən sonra ermənilər Azərbaycanın digər ərazilərinə iddia etməyəcəklər. Göründüyü kimi burada da yanlışlıqlara yol verildi. Eyni zamanda, bir başqa yanlışlıq ondan ibarətdir ki, bununla bağlı Azərbaycan hökumətinin rəsmi mövqe ortaya qoyması, İrəvanın güzəşti ilə rəsmən razılaşması gələcək dövr üçün hüquqi cəhətdən Azərbaycanın mövqeyini zəiflətdi. Bu rəsmi razılıq ermənilərin həmin ərazilərə hüquqi sahibliyini təsdiqləyən amilə çevrildi. Təbii ki, bu tarixi biz dəqiq şəkildə bilməliyik”, - deyə tarixçi alim əlavə edib.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxHərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

