Haqlı mövqeyimiz əvvəl-axır sübuta yetiriləcək
17.01.2023 [10:50]
Ombudsman Səbinə Əliyeva: Ermənistan hərbi-siyasi hakimiyyətinin cinayətləri beynəlxalq məhkəmələr yolu ilə sübut olunacaq
“Ermənistan hərbi-siyasi hakimiyyəti həm İkinci Qarabağ müharibəsindən əvvəl, həm də sonra illər ərzində torpaqlarımızda bir çox müharibə cinayətləri törədib. Bu cinayət əməllərinin cəzasını beynəlxalq hüquq çərçivəsində çəkməlidir”.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ankarada keçirilən “21-ci əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda beynəlxalq konfransdan sonra “Yeni Azərbaycan”ın Türkiyə bürosuna açıqlamasında bu fikirləri bildirib.
Səbinə Əliyeva deyib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın məhv olan tarixi-irsi, flora-faunası, əraziləri, zərər çəkən dövlətimiz və insanlarmız ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq aləmə mütəmadi məlumatlar verilir: “Artıq Azərbaycan dövləti tərəfindən Ermənistan dövlətinə qarşı müxtəlif mövzuları əhatə edən məhkəmə iddiaları qaldırılıb. Həm də ayrı-ayrı vətəndaşlarımızın Ermənistan dövlətinə qarşı iddia tələbi var. Ermənistan hücumları nəticəsində yurd-yuvalarından didərgin düşən vətəndaşlarımızın mülkiyyət, sağlamlıq, təhsil və sair kimi önəmli hüquqları pozulub. Beynəlxalq Ədalət Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub”.
Beynəlxalq ictimaiyyətdə haqsız olaraq əleyhimizə hərəkətlər, irqi ayrı-seçkilik, nifrət yaratmaq kimi fəaliyyət göstərdikləri kimi məsələləri ombudsmanlığın diqqətdə saxladığını bildirən müvəkkil deyib ki, rəhbərlik etdiyi qurum faktlara əsaslanan, hüquqlarımızın müdafiəsinə dair hesabatlar hazırlayaraq beynəlxalq təşkilatlara göndərib: “Bu günə kimi ölkə ombudsmanı olaraq hazırladığımız bir çox sayda hesabat, torpaqlarımızın minalardan təmizlənməsi, işğal ərazilərində uşaqlarımıza qarşı törədilən cinayətlər, ekoloji terrora dair hesabatlar bu iddialarda öz əksini tapıb. Bu gün beynəlxalq hüquqla tanınan ərazilərimizdə qeyri-qanuni istismar həyata keçirilir ki, bu da yalnız ölkəmiz üçün deyil, bütün region üçün böyük təhlükədir, buna dair hesabat təqdim etmişik”.
Beynəlxalq məhkəmələr prosesinin uzun illər zaman aldığını bildirən Ombudsman onu da qeyd edib ki, Azərbaycanın məhkəmə iddiaları beynəlxalq hüququn tələbləri çərçivəsindədir: “Əminəm ki, bizim beynəlxalq hüququn tələblərinə, faktlara, dəlillərə əsaslanan haqlı mövqeyimiz əvvəl-axır sübuta yetiriləcək”.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxDünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44

