Şahmatda sovet hökmranlığına son qoyan amerikalı
17.01.2023 [11:06]
ABŞ vətəndaşlıqdan çıxardı, titulu əlindən alındı və 20 il qeybə çəkildi
MÜŞFİQƏ
Tarix: 17 yanvar 2008-ci il. Danışır: İslandiya Dövlət Radiosu: “Bir dövrün sonu...Şahmat tarixini yazan, 11-ci dünya çempionu Bobi Fişer vəfat etdi”. Qrossmeysterin ölüm xəbəri qısa müddətdə dünyaya yayıldı. Dünya belə bir itki ilə çətin ki, barışaydı. ABŞ-ın yetişdirdiyi “yeganə” şahmat dünya çempionu idi. ABŞ-da doğulsa da, dünyadan İslandiya vətəndaşı kimi köçdü. Çünki ABŞ onu vətəndaşlıqdan məhrum etmişdi. Ömrüboyu antiamerikan və antisemit olmaqla günahlandırıldı. Niyə Amerika öz dahisinə sahib çıxmadı? Robert Ceyms Bobbi Fişerin maraqlı həyat hekayəsini sizə təqdim edirik...
Fişer indiyədək ən gənc qrossmeyster oldu
Bobbi Fişer 1943-cü ildə Çikaqoda yəhudi ailəsində dünyaya gəldi. 6 yaşında olarkən bacısının sayəsində şahmatı öyrənmişdi. Balaca Bobbidə şahmat sevgisini görən anası onu şahmat klubuna yazdırdı. Fitri istedadı qısa müddətdə kəşf edildi. 14 yaşında rekord xal (2231) toplayaraq ABŞ Şahmat Federasiyasının ən gənc şahmat ustası oldu. 15 yaşında ən gənc qrossmeyster kimi Spasskinin rekordunu yenilədi. Məktəbin vaxt itkisi olduğunu düşünərək təhsilinə son verdi. Bütün həyatını şahmata həsr etdi.
Şahmatda sovet hökmranlığına son qoydu
Yarışlarında istifadə etdiyi taktika və həmlələr ona inanılmaz qələbələr yaşatdı. 1957-ci ildə Beynəlxalq Usta, 1958-ci ildə isə Beynəlxalq Qrossmeyster adına layiq görüldü. ABŞ Çempionatında etdiyi 11-0, 100% rekordu heç vaxt təkrarlanmadı.
ABŞ-da keçirilən bütün çempionatların qalibi oldu, amma bu qalibiyyət ona kifayət etmirdi. O, gözlərini Rusiyaya dikmişdi. Şahmatda sovet hökmranlığına son qoymaq ən böyük arzusuna çevrilmişdi. Rus dilində yazılmış şahmat kitablarından bəhrələnmək üçün rus dilini öyrənmişdi.
“CİA” ilə “KQB”nin mübarizəsinə çevrildi
Nəhayət, 1972-ci il SSRİ çempionu Boris Spasskini 2:0 hesabı ilə məğlub edərək Dünya Çempionu oldu və sovetlərin şahmatda hökmranlığına son qoydu. Deyilənə görə, bu oyun, həm də “CİA” ilə “KQB”nin mübarizəsi idi. Bu qələbədən sonra Fişer Amerikada qəhrəman kimi qarşılandı. 22 sentyabr isə Bobbi Fişer günü elan edildi.
Bobbi Fişer xatirəsində deyirdi: “Dünya çempionatını qazandığımda ABŞ-da futbol və beysbol ölkəsi imici vardı, amma heç kim intellektual bir ölkə kimi qəbul etmirdi”. Özünün də dediyi kimi, Fişer bütün stereotipləri qırmağı bacarmışdı. Artıq bütün dünya bu ad və soyaddan danışırdı.
Dünya çempionu titulunu itirdi və yoxa çıxdı
Qəribədir ki, Spasski ilə görüş Fişerin rəsmi karyerasında sonuncu matç oldu. Beynəlxalq Şahmat Federasiyasından (FİDE) Karpovla görüşün keçirilməsi üçün şərtlərinin yerinə yetirməsini, əks halda oynamayacağını bildirdi. FİDE isə Fişerin şərtlərini rədd edərək Karpovu yeni Dünya Çempionu elan etdi. Bu hadisədən sonra Fişer qeybə çəkildi və 20 il görünmədi. Hər kəs onun müəmmalı qeybindən danışdı, bütün media ondan yazdı. Ta ki 1992-ci ilə qədər...
ABŞ vətəndaşlıqdan çıxardı
1992-ci ildə Fişerə Spasski ilə Yuqoslaviyada qeyri-rəsmi turnir təklif edildi. ABŞ hökuməti tərəfindən Fişerə matçda oynayacağı təqdirdə 10 il həbs və pul cəzası veriləcəyini, habelə Amerikaya qayıdan kimi mükafatı əlindən alınacağı deyildi. Buna baxmayaraq, Fişer Yuqoslaviyaya qoyulan embarqonu pozaraq şahmat çempionatında gizlicə iştirak etdi. Oyun baş tutdu və Fişer keçmiş rəqibini bir daha məğlub edərək 5 milyon dollar qazandı.
Nəticədə, ABŞ vətəndaşlığından çıxarıldı. 12 il qanunsuz şəkildə müxtəlif ölkələrdə yaşadı və saxta pasporta sahib olduğu üçün 2005-ci ildə Yaponiyada həbs olundu. Paytaxt Tokioda tutulan Fişer 9 ay həbsdə qaldı.
64 xana və 64 yaş
Bu siyasi böhranın sonunda İslandiyaya qaçdı və həyatının son illərini Reykyavikdə keçirdi. Burada yapon şahmatçısı Miyoko ilə ailə həyatı qurdu. 2008-ci ildə uzun sürən xəstəlikdən sonra İslandiyada vəfat etdi. Cəmi 64 il yaşadı. Ömrünü çox sevdiyi şahmatının sadəcə 64 xanasına və onun ağ-qara rənglərinə sığdıra bildi. Nə şah oldu, nə də vəzir. Hər zaman atlı olub irəlidə getdi. Ardınca yeni nəsillərin gələcəyi ümidilə...
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

