Tarixi Yalta konfransından 78 il ötür
04.02.2023 [11:15]
Konfransda yeni dünya nizamına dair vacib qərarlar qəbul olunmuşdu
Nardar BAYRAMLI
İkinci Dünya müharibəsinin tarixinə bir neçə diplomatik hadisələr daxildir. Onların arasında 1945-ci ildə keçirilmiş Yalta konfransı da var. Bu gün Yalta konfransının başlamasından 78 il ötür. 4-11 fevral 1945-ci ildə Krım yarımadasının Yalta şəhərində Livadiya sarayında SSRİ lideri İ.Stalin, ABŞ prezidenti F.D. Ruzvelt və Böyük Britaniyanın Baş naziri V. Çörçillin iştirakı ilə keçirilən konfrans müharibədən sonrakı dünya nizamının bərqərar edilməsinə həsr olunmuşdu.
1943-cü ilin sonunda Tehranda Franklin Ruzvelt, İosif Stalin və Uinston Çörçill əsas olaraq Üçüncü reyx üzərində qələbə qazanmaq problemini müzakirə etmişdilər. Yaltdada isə əsasən qalibiyyət əldə etmiş ölkələr arasında dünyanın bölüşdürülməsi ilə bağlı qərarlar qəbul olundu. O dövrdə nasizmin iflası artıq heç kimdə şübhə doğurmurdu və Almaniya üzərində qələbə sadəcə vaxt məsələsi idi. Sovet qoşunlarının şərqdə güclü hücum zərbələri və müttəfiq qoşunlarının Normandiyaya çıxarılması nəticəsində hərbi əməliyyatlar Almaniya ərazisinə keçirildi. Müharibə son mərhələyə qədəm qoydu. Yaponiyanın taleyi də xüsusi suallar doğurmurdu, çünki ABŞ artıq Sakit okean regionuna demək olar ki, tam olaraq nəzarət edirdi. Müttəfiqlər dərk edirdilər ki, Avropanın taleyini həll etmək üçün onların unikal şansları var, çünki ilk dəfə olaraq Avropa demək olar ki, bütünlüklə cəmi üç dövlətin əlində idi.
Yalta qərarları ümumilikdə iki problemə toxunurdu. Birincisi, yaxın keçmişdə Üçüncü reyx tərəfindən işğal olunmuş ərazilərdə yeni dövlət sərhədlərini müəyyən etmək tələb olunurdu. Eyni zamanda, müttəfiqlərin təsir dairələri arasında qeyri-rəsmi, lakin tərəflərin hamısının tanıdığı demarkasiya xətlərini təyin etmək də lazım idi. İkincisi, müttəfiqlər gözəl başa düşürdülər ki, ümumi düşmən yox olduqdan sonra Qərblə SSRİ-nin məcburi olaraq “birləşməsi” öz mənasını itirmiş olacaq. Buna görə də dünya xəritəsində çəkilmiş demarkasiya xətlərinin dəyişməzliyinə zəmanət verən prosedurlar işlənməli idi. Bu mənada Ruzvelt, Çörçill və Stalin demək olar ki, bütün məsələlər üzrə ortaq nəticəyə gələ bildilər.
Almaniyanın bölüşdürülməsi və Fransaya onun öz zonasının ayrılması barədə qəti qərar qəbul olundu. Almaniyanın işğalı zonaları ilə bağlı məsələ Krım konfransından öncə tənzimlənmiş və 12 sentyabr 1944-cü il tarixli ‘’SSRİ, ABŞ və Birləşmiş Krallıq hökumətləri arasında Almaniyanın işğalı zonaları və ‘’Böyük Berlin’’in idarə edilməsi haqqında Sazişin Protokolu”nda qeydə alınmışdı. Bu qərar ölkənin uzun müddətə parçalanmasını qabaqcadan şərtləndirdi.
Əzəli bir məsələ olan Balkan məsələsi, xüsusən də Yuqoslaviya və Yunanıstandakı vəziyyət də müzakirə olundu. Yalta konfransının iştirakçıları bəyan etdilər ki, onun qəti məqsədi alman militarizmini və nasizmi yox etmək və ‘’Almaniyanın bir daha sülhü pozmaq iqtidarında olmayacağına’’ zəmanət vermək idi.
Yaltada, həmçinin azad edilmiş Avropa haqqında Bəyannamə də imzalandı. Bəyannamə düşməndən geri alınmış ərazilərdə qələbə çalmış ölkələrin siyasətinin prinsiplərini müəyyən etdi. Bəyannaməyə görə, bu ərazilərdə yaşayan xalqların suveren hüquqlarının bərpa edilməsi, habelə müttəfiqlərin bu xalqlara həmin hüquqların həyata keçirilməsi üçün ‘’şəraiti yaxşılaşdırmaqda’’, öz seçimlərinə əsasən demokratik idarələri yaratmaqda birgə ‘’yardım etmək’’ hüququ da nəzərdə tutulurdu. Ayrıca sənədlə Uzaq Şərqin taleyi də qəti şəkildə həll olundu. Sovet qoşunlarının Yaponiyaya qarşı müharibədə iştirakının müqabilində Stalin ABŞ və Böyük Britaniyadan əhəmiyyətli güzəştlər əldə etdi. SSRİ hələ XX əsrin əvvəllərində rus-yapon müharibəsində itirdiyi Kuril adalarını və Cənubi Saxalini geri aldı.
Yaltada müttəfiqlər yeni beynəlxalq struktur ideyasını da reallaşdırmağa başladılar. Birləşmiş Millətlər Təşkilatının yaradılması ideyası məhz qalib ölkələrin Tehran və Yalta konfranslarında və Dumbarton-Oks (Vaşinqton, 1944-cü ilin avqust-oktyabr ayları) aralıq danışıqlarında formalaşdırılmışdı. Müəyyən edilmişdi ki, sülhün təmin edilməsi ilə bağlı kardinal məsələlərin həlli zamanı BMT-nin fəaliyyətinin təməlində Təhlükəsizlik Şurasının daimi üzvləri olan və veto hüququna malik olan böyük dövlətlərin yekdillik prinsipi durmalıdır. BMT dünyanın müharibədən sonrakı quruluşunun rəmzi və formal qarantı, dövlətlərarası problemlərin həllində nüfuzlu və bəzən də kifayət qədər səmərəli təşkilata çevrildi. Burada qalib gəlmiş ölkələr gələcəkdə də qarşılıqlı münasibətlərindəki ciddi məsələlərin BMT çərçivəsində deyil, ikitərəfli danışıqlar yolu ilə həllinə üstünlük verirdilər. Bundan başqa, bu təşkilat ötən illərdə həm ABŞ, həm də SSRİ-nin apardığı müxtəlif lokal müharibələrə də mane ola bilmədi.
Beləliklə, ABŞ, SSRİ və Böyük Britaniya rəhbərlərinin Yalta (Krım) konfransının böyük tarixi əhəmiyyəti var. O, müharibə dövrünün ən iri beynəlxalq müşavirələrindən biri, antihitler koalisiyası dövlətlərinin ümumi düşmənə qarşı müharibədə əməkdaşlığında mühüm mərhələ oldu. Konfransda mühüm məsələlər üzrə razılaşdırılmış qərarların qəbul edilməsi müxtəlif ictimai quruluşu olan dövlətlərin beynəlxalq əməkdaşlığının mümkünlüyünü bir daha nümayiş etdirdi.
Hazırda da dünyada baş verən geosiyasi proseslərin yeni dünya nizamına doğru aparması ilə bağlı ehtimallar var. Bu baxımdan, Demokratiya Sammiti məhz bu kontekstdə də dəyərləndirilir. Məlumdur ki, bu il Demokratiya Sammitinin mart ayında ABŞ-da keçirilməsi nəzərdə tutulur. Belə ki, Rusiya-Ukrayna cəbhəsi ilə bağlı yayılan bəzi xəbərlər sammitin keçirilmə tarixi ilə bir sıra məqamlarda üst-üstə düşür. Mart sammitini 2021-ci ilin dekabr sammitindən fərqləndirən ən böyük cəhət isə yeni siyasi nizamın müəyyənləşməsidir. Əgər ötən sammitdə bunun ştrixləri cızılmışdısa, artıq bu dəfə sərhədlər formalaşdırılacaq. Bu mənada, ötən ilin martında Prezident Baydenin Varşavadakı çıxışının detallarına nəzər saldıqda, bu ilin martında keçiriləcək Sammitin “proqramını” izləyə bilərik. Məsələn, ABŞ Prezidenti açıq şəkildə Rusiyaya qarşı sanksiya müharibəsinin hansı məqsəd və hədəfə xidmət etdiyini göstərmişdi. Bayden “Rusiya iqtisadiyyatını ürəyindən vurduq. Daha çox özəl transmilli şirkətlər Rusiyadan çəkildi. Bir dollar artıq 200 rubldur və Rusiya iqtisadiyyatı tezliklə ilk iyirmilikdən çıxacaq. Sanksiyalar Rusiya Federasiyasını gücdən məhrum edir”, deməklə yeni nizamın konturlarını cızmışdı. Yəni, məsələ yalnız Rusiyanın mövqeyini zəiflətməklə bitmir, Vaşinqtonun aparıcı rolu fonunda Qərb bloku - Avroatlantika cəbhəsi dünya iqtisadiyyatını yenidən tənzimləyəcək. Bütün bunlar onu deməyə əsas verir ki, Demokratiya Sammitinin hədəfində yeni dünya nizamının formalaşdırılmasıdır.
Xəbər lenti
Hamısına bax
Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17
