Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün Azərbaycanın tibb müəssisələrində 2 min çarpayı ayrılıb

Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün Azərbaycanın tibb müəssisələrində 2 min çarpayı ayrılıb

08.02.2023 [19:29]

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini türkiyəli həmkarının diqqətinə çatdırıb.

Nazir bildirib ki, həmin məqsədlə ümumilikdə tibb müəssisələrində iki min çarpayı ayrılıb. Ehtiyac olduğu təqdirdə, azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır.

Teymur Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbir diləyib.

Paylaş:
Baxılıb: 460 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31