Rusiya səfirinin İrəvandan mesajı...
15.02.2023 [10:51]
Kimə ünvanlanıb?
Nardar BAYRAMLI
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Qərbin Azərbaycan və erməni xalqlarının maraqlarına görə narahat olmasına inanmadığını bildirib. Səfir bu barədə erməni kütləvi informasiya vasitələrinə müsahibəsində deyib. Bu xüsusda, rusiyalı diplomat Ermənistana Avropa İttifaqı missiyasının göndərilməsindən də yaxşı heç nə gözləmədiyini vurğulayıb. “Mən ABŞ dövlət katibinin müavininin son bəyanatına diqqət etdim. Karen Donfried müsahibəsində birbaşa Rusiya və İranın regionda guya aktivləşməsinə istinadla Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin sürətləndirilməsinin vacib olduğunu deyir. Görürsünüz ki, məntiq necə qurulur, yəni, onları erməni və Azərbaycan xalqlarının maraqları yox, Rusiya və İranın regionda fəallaşması narahat edir”, - deyə Kopırkin qeyd edib.
Rus diplomatın sözlərinə görə, belə yanaşma narahatlıq doğurur, çünki bunun Azərbaycan və Ermənistan ətrafında vəziyyətin sülh yolu ilə nizamlanmasına töhfə verəcəyi ehtimalı azdır. Səfir onu da qeyd edib ki, Rusiya Cənubi Qafqaz regionundan çıxmayacaq: “Bu, bizim üçün həyati əhəmiyyətli bir regiondur və Rusiya faktiki olaraq onun bir hissəsidir. Rusiya Federasiyasının Ermənistan qarşısında müttəfiqlik öhdəlikləri var. Rusiya tərəfi bundan imtina etmək niyyətində deyil, buna görə də Rusiyanın “geri çəkilməsinə” dair xəyali planlar haqqında hər hansı söhbət yüz faiz fərziyyədir. Rusiyanın mövcudluğunun rolunu hiss etmək üçün Ermənistanın və Qarabağın sərhədyanı rayonlarının sakinləri ilə ünsiyyət qurmaq lazımdır. Siyasi spekulyasiyalar öz yerində, real həyat öz yerində”.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Rusiyanın Cənubi Qafqazda maraqları ənənəvidir. Çar Rusiyası və sovetlər hakimiyyəti dövründə Rusiya bu əraziləri işğal edib. Kreml bu gün də regionda öz maraqlarını qorumağa çalışır. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra müxtəlif geosiyasi aktorlar, beynəlxalq mərkəzlər Cənubi Qafqaz regionuna marağını ifadə edib. Ona görə də, Rusiya bütün bunlardan qıcıqlanır. Nəzərə almaq lazımdır ki, Rusiyanın cənub hərbi dairəsinin 102-ci hərbi bazası Ermənistanın Gümrü şəhərində, eləcə də rus sülhməramlıları kontingenti Azərbaycanın Qarabağ iqtisadi zonasında yerləşib.
Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalma müddətinin beş il olduğunu xatırladan politoloq qeyd edib ki, bu müddətin bitməsi zamanı onların bölgəni tərk etməsinə dair ciddi əsaslar var. Çünki müəyyən hallarda sülhməramlı kontingent üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirmir. Müharibənin başa çatmasından sonra Ermənistan tərəfindən qanunsuz olaraq Qarabağ separatçıları üçün silahların daşınması, Azərbaycanın icazəsi olmadan bəzi xarici ölkələrdən qanunsuz səfərlərin edilməsi buna nümunədir. Bu səbəbdən də, Azərbaycan ictimaiyyəti Rusiya sülhməramlılarının fəaliyyətindən ümumən razı deyil. Bütün bunların fonunda beş ilin tamamında Rusiya sülhməramlıları Qarabağ ərazisini tərk etməlidir. “Ermənistan da çalışır ki, 102-ci bazanı Gümrü şəhərindən çıxarsın. Bununla da, Rusiyanın təsir və təzyiqlərindən xilas olmağa çalışır. Lakin bunun üçün ilkin mərhələdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq planı mövcuddur. İrəvanda düşünürlər ki, hərbi-siyasi blok həm də, Ermənistanı inkişafdan, hərbi sahədə islahatlardan geri saxlayır. Bütün bunları təhlil edərək deyə bilərik ki, Rusiyanın İravandakı səfirinin fikirləri iki dövlətə də aiddir. Rusiya burada öz ənənəvi mövqelərini qorumağa və gücləndirməyə çalışır. Bunun üçünsə regionda öz hərbi iştirakını ön planda nəzərdən keçirir”,- deyə İ.Hüseynov vurğulayıb.
Xəbər lenti
Hamısına baxHadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31

