Ermənistanın növbəti manipulyasiya “cəhd”i
17.02.2023 [10:30]
XİN cavab verdi
Nicat Dilqəmli
Vətən müharibəsində qazandığı parlaq qələbə ilə Azərbaycanın regionda yeni reallıqlar yaratması artıq hər kəsə məlumdur. Lakin görünən odur ki, hansısa dırnaqarası dairələr bu reallıqları həzm edə bilmirlər. Həqiqət isə bundan ibarətdir ki, Azərbaycan dövləti əldə etdiyi Zəfərlə özünün ərazi bütövlüyünü təmin edib. Hazırda isə dövlətimiz üçün prioritet məsələ sülh müqaviləsinin ən yaxın zamanda imzalanmasıdır. Bütün proseslərin sülh yolunda uğurla irəlilədiyi vaxtda Ermənistan tərəfinin hansısa manipulyativ addımlar ataraq məsələni yubandırmağa çalışması nəzərəçarpacaq dərəcədə aktivləşib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi əsassız fikirlər kimi. O bildirib ki, Ermənistan müzakirələrin Xankəndi ilə Bakı arasında aparılmasının tərəfdarıdır: “Sülh müqaviləsində hər şey aydın şəkildə göstərilməlidir. Ermənistan tərəfi bunun üzərində işləyir, biz qarant institutunun yaradılmasının tərəfdarıyıq. Bu, Ermənistan tərəfinin mövqeyidir. Bu mexanizm müzakirə olunan başqa bir beynəlxalq müqavilədə qeyd oluna bilər. Sənəd hələ yekun deyil, danışıqlar gedir, ictimaiyyətin aydın cavablar gözlədiyi aydındır, amma bu, danışıqlar prosesidir. Azərbaycanın bizə təhvil verdiyi mətn üzərində işlədik. İndi erməni tərəfi təklif üzərində çalışır və düşünürəm ki, mətn ən qısa zamanda hazır olacaq”, - deyə Qriqoryan bildirib.
Təbii ki, Qriqoryanın bu fikirləri ancaq bir məsələyə xidmət edir - sülh danışıqları prosesinin vaxtını uzatmaq. Çünki onun söylədiyi “təkliflərin” Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri tamamilə əsassızdır və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli medianın məsələ ilə bağlı sorğusunu cavablandırıb. Diplomat bildirib ki, Ermənistanın bu kimi cəhdlərinin heç bir nəticəsi olmayacaq: “Bu səylər, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, habelə ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları Praqa və Soçi razılaşmalarına zidd olaraq, Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir.
Bir daha xatırlatmaq istərdik ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Ermənistanın Azərbaycanın daxili məsələsi olan erməni sakinlərin reinteqrasiya prosesinə müdaxilə etməsi qəbuledilməzdir”.
Qriqoryanın fikirlərini “Yeni Azərbaycan” qəzetinə şərh edən politoloq Tural İsmayılov qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Ermənistan hakimiyyətindəki digər məmurlar kimi reallıq hissini itirən, daxili erməni cəmiyyətini yalanlarla aldatmağa çalışan və eyni zamanda, bu uydurmalar fonunda obyektiv gerçəkliyi və reallığı ifadə etməyən siyasətçidir. Və bu baxımdan, sözügedən açıqlamanın kifayət qədər yersiz olduğunu hesab etdiyini söyləyib.
Politoloq bunu Azərbaycana qarşı növbəti hörmətsizlik olaraq qiymətləndirib. T.İsmayılov deyir ki, Azərbaycan Respublikasının Konstitusiyası Qarabağdakı ermənilərin Azərbaycan ərazisində yaşamalarına icazə verir: “ “Dağlıq Qarabağ” məsələsi artıq ümumiyyətlə, mövcud deyil. Qriqoryanın bu ifadəni işlətməsi, hesab edirəm ki, Ermənistanın növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyidir. Digər bir tərəfdən, təkcə bu kontekstdən deyil, həm də başqa bir məsələ də var ki, Qarabağ ümumiyyətlə, Azərbaycan-Ermənistan münasibətlərində prioritet ola bilməz. Qarabağın erməni əhalisi Konstitusiyamızın müddəalarına uyğun olaraq Azərbaycan ərazisində yaşaya bilər”.
T.İsmayılov onu da əlavə edib ki, rəsmi İrəvanın bu mövzuda vaxtaşırı fikirlər sərgiləməsi Ermənistanın işğalçı zehniyyətini növbəti dəfə ortaya qoyur: “Bu mövqe Azərbaycan-Ermənistan münasibətlərinin inkişafının qarşısında əngəl törədərək iki ölkə münasibətlərinin sonrakı taleyinə də neqativ tendensiyalar qazandırır”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

