35 il əvvəl
22.02.2023 [10:37]
I Qarabağ müharibəsinə gedən yol...
ƏSGƏRANdan başladı
Şahanə XANKİŞİYEVA
İl 1988, məkan Əsgəran... Bu gün Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olan Əsgəran hadisənin 35-ci ildönümüdür.
Ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın tarixi torpaqlarımıza açıq şəkildə ərazi iddiaları və etnik təxribatları, terror əməlləri hərbi zorakılıqla nəticələnib. Buna səbəb mərkəzi hakimiyyəti zəifləmiş, son zamanlarda başı özünə qarışan SSRİ-nin müstəmləkə dövlətləri idarə etməkdə çətinlik çəkməsi idi. Belə ki, o vaxtkı rejimin rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-nin rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin sonlarında
SSRİ-nin süquta doğru irəliləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-yə birləşdirilməsi üçün hərəkətə keçmişdilər. Artıq 1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlamışdı. Bu deportasiya prosesində 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından məcburi şəkildə qovulub, onlardan 216-sı vəhşicəsinə qətl olunub, 1154 nəfər isə yaralanıb. Erməni zorakılığından həyatlarını xilas etmək üçün dədə-baba torpaqlarından didərgin düşən soydaşlarımız Azərbaycan ərazisinə sığınmaq məcburiyyətində qalıblar. Köçürülmə yalnız bu illərdə deyil, 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də həyata keçirilib. Təkcə 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə Azərbaycana sürgün olunub. Xüsusilə qocalar və körpələr ağır köçürülmə şəraitinə, iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi əziyyətlərə dözməyərək həlak olublar.
Əslinə qalsa...
Qarabağ məsələsi ilə bağlı ermənilərin ilk nümayişi doğma Xankəndinin mərkəzində, 1988- ci ilin fevralın 13-də keçirilib. Elə bu ərəfələrdə erməni diasporu təxribat xarakterli müxtəlif mitinqlər təşkil edirdi. 22 fevral - Dağlıq Qarabağ münaqişəsində qanla nəticələnən ilk toqquşma olaraq tarixə həkk olundu. Səbəb isə 1988-ci il fevralın 20-də DQMV-nin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi ilə bağlı “sənəd” idi. Saxtalaşdırılmış həmin sənəd DQMV Sovetinin növbədən kənar sessiyasında “qəbul edilmişdi”. Əsas isə səsvermə kimi göstərilirdi. Əslində, bu səsvermənin prosedurları pozularaq saxtalaşdırılmışdı.
Hökumətin Dağlıq Qarabağın Ermənistan SSR-nin tərkibinə birləşmək qərarı Ağdam və Əsgəran sakinlərini ayağa qaldırmışdı. Rayonun sakinləri bu haqsızlığa qarşı dinc nümayiş keçirdilər. Buna baxmayaraq ermənilər 2 gənci atəş açaraq qətlə yetirirlər. Hər şey bundan sonra başlayır... SSRİ-nin baş prokurorunun birinci müavini F.Katusev Mərkəzi Televizyadakı açıqlamasında baş verənləri təsdiqləyir. Ardınca, fevralın 25-də daha iki azərbaycanlı erməni faşizminin qurbanı oldu...
İlk şəhidlərimiz...
Əli Hacıyev və Bəxtiyar Quliyev da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı var səsləri ilə haqqlarını tələb edirdilər. Mitinqçilərə doğru açılan qəfil atəşlə Əli və Bəxtiyar Dağlıq Qarabağ münaqişəsinin ilk şəhidləri oldular. Əli 23, Bəxtiyar isə hələ 16 yaşında idi. Kim bilir hansı arzu, hansı istəkləri ilə birlikdə torpağa qovuşdular. Onlar doğma torpaqlarda - Ağdamda Şəhidlər Xiyabanında dəfn olunublar. Bu mərtəbəyə ucalan insanlar ölmürlər, əksinə bir əbədilik qazanırlar. Müstəqillik, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidləri bir amal birləşdirirdi: Biz min ölər, bir dirilərik, təki, Vətən sağ olsun!
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

