Ali təhsil müəssisələrinə akademik muxtariyyət
14.03.2023 [10:29]
Doktoranturada birpilləli sistemə keçid...
Dövlət imtahanı verilməyəcək
Günel ABBASOVA
Martın 13-də Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. İctimai dinləməni parlamentin Elm və təhsil komitəsi Elm və Təhsil Nazirliyi ilə birgə təqdim edib. Dinləmədə elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri və deputatlar iştirak edib.
İclasda çıxış edən elm və təhsil naziri bildirib ki, ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil. Bu, 2020-ci il təsdiq olunan təhsil standartında var idi. Nazirin sözlərinə görə, 2023-2024-cü ildə ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər: “2020-2021-ci ildə universitetə qəbul olanlar ali məktəbi bitirəndə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər isə köhnə standartlarla təhsil alanlardır”.
Nazirin sözlərinə görə, ədalətli yanaşma odur ki, diplom ala bilməyənə diplom verilməsin: “Bu gün ali məktəbə daxil olanların 90 %-dən çoxu universiteti bitirir. Dövlətdən narazı qalan vətəndaşa yalançı diplom verməklə vəziyyət düzəlməz. Bolonya sisteminə keçəndən sonra minlərlə saxta diplomu olanları müəyyənləşdirmişik. Misal olaraq, Azərbaycan Tibb Universitetinin rektoru ilə müzakirə etdiyimiz məsələ var idi ki, həkim diplomu alıb harada necə oxuduğu bəlli olmayan şəxslər var”.
“Biz işə qəbulda görürük ki, pedaqoji diplom almış məzun müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik?! Həqiqət bundan ibarətdir ki, vətəndaş dövlətdən narazıdır. Biz vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona yox deməliyik” - elm və təhsil naziri əlavə edib.
Nazir bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində universitet fakültəsi özləri yarımüstəqil fəaliyyət göstərir: “Ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsi doğru istiqamətdir. İlk məsələ fakültələrin muxtariyyətidir”.
Nazirin sözlərinə görə, doktorantura təhsilinin müasirləşdirilməsi ilə bağlı ciddi sistemə ehtiyac var: “Qanunvericiliyə edilən dəyişikliklə bu sahədə ikipilləli sistemdən birpilləri təhsilə keçidi təmin etmək qarşıda duran vəzifələrdən biridir. Çox az sayda ölkə doktorantura səviyyəsi üzrə ikipilləli təhsil sistemi var. Azərbaycanın Boloniya prosesinə qoşulmasından sonra ilkin mərhələdə doktoranturanın birpilləli sistemə keçirilməsi üçün dəyişiklik nəzərdə tutulur”.
Ekspertlər nə deyir?
Təhsil eksperti Elçin Əfəndi bildirib ki, belə olduğu halda doktorantların işi asanlaşacaq: “Hazırda doktorantlar fəlsəfə üzrə elmlər doktoru adı alırlar, sonradan konkret ixtisas üzrə doktor adını ala bilirlər. Əgər belə bir qanun qüvvəyə minərsə, namizədlər konkret olaraq bir sahə üzrə öz doktorluğunu müdafiə edəcək”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

