Əsassız iddialarla...
14.03.2023 [10:42]
Uğurlara kölgə salmaq istəyənlər
Nicat Dilqəmli
Formalaşmaqda olan yeni dünya düzənində Azərbaycanın xüsusi yeri var. Siyasi, iqtisadi təlatümlərin, böhranların yaşandığı bir vaxtda ölkəmizin müəyyən edilmiş inkişaf xətti üzrə irəliləməsi qürurvericidir. Məlum olduğu kimi, bu gün Azərbaycanda bütün sahələrdə uğurlu layihələr, islahatlar həyata keçirilir. Ölkə mediasının inkişafı, azad söz, fikir, plüralizm azadlığının təmin edilməsi də dövlətin hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığı məsələlərdəndir. Dövlət başçımızın “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) də mətbuatın inkişafı istiqamətində həyata keçirilən uğurlu layihələrdən biridir.
Lakin ölkəmizin qazandığı uğurlar heç də hər kəs tərəfindən birmənalı qarşılanmır. Başqa sözlə, beynəlxalq arenada əldə edilən nailiyyətləri həzm edə bilməyənlər də kifayət qədərdir. Azərbaycanın uğurlarına qərəzli, qeyri-obyektiv mövqeyi ilə tanınan təşkilatlardan biri də “Freedom House”dur. Təşkilat 2022-ci il üçün dünyada insan haqları və medianın durumu haqqında yaydığı hesabatda Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qərəzli münasibətini bir daha nümayiş etdirib. Heç bir fakta söykənməyən, əsassız, reallıqdan uzaq olan fikirlər ictimaiyyət nümayəndələrinin də haqlı narazılığına səbəb olub.
“Freedom house”un belə davranışı ilk deyil. Ümumiyyətlə, bütün mövcudluğu dövründə bu qurum faktiki olaraq anti-Azərbaycan mövqeyindən çıxış edib”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında media eksperti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət səsləndirib. Media eksperti təşkilatın Vətən müharibəsi dövründə də qərəzli mövqe sərgilədiyini xatırladaraq hətta bütün dünyanın gördüyü müsbət dəyişiklikləri bu təşkilatın heç vaxt görmədiyini, görmək istəmədiyini bildirib: “Xatırladıram ki, 2020-ci ilin 44 günlük savaş günlərində belə Azərbaycanın dinc əhali yaşayan əraziləri - Gəncə şəhəri, Tərtər, Bərdə bombalanarkən belə “Freedom House” yenə də Azərbaycanı ittiham edirdi. Yəni Azərbaycan faktları onların diqqətinə çatdırırdı ki, “müharibəni başa düşdük, amma şəhərlərimizin bombalanmasına necə haqq qazandırırsınız?!”. Təəssüflər olsun ki, o məsələdə belə “Freedom house” və “Human Rights Watch” və bu tip təşkilatlar qeyri-obyektiv mövqe sərgilədilər. İndiki yanaşma da onun davamıdır. Bunlar birmənalı şəkildə Azərbaycanı hədəfə alıblar. Səbəbi də odur ki, Azərbaycan bir türk dövlətidir, bir müsəlman ölkəsidir. Onların dəftər-kitabında da türk olmaq artıq hədəfdə olmaq deməkdir”.
A.Həsrət bu cür çirkin kampaniyaların əsasında türk, müsəlman düşmənliyinin durduğunu da diqqətə çatdırıb: “Onlar hər nə qədər belə “hesabatlar” versələr də, Azərbaycan tutduğu yolundan dönən deyil. Dövlətimiz hər şeydən öncə dünyəvi bir dövlətdir. İkincisi, insan hüquq və azadlıqlarına sadiq bir dövlətdir. Beynəlxalq platformalarda bütün bəşəriyyəti narahat edən məsələlərin həllində həmişə öndədir. Qlobal problemlərin həllində Azərbaycan ön cəbhədədir. Biz bu cür də davam edəcəyik. Yəni o hesabatlar bizi nə ruhdan salan, nə də yolumuzdan çəkindirən deyil. Bizim böyüməyimizi həzm edə bilmirlər, yüksəlişimiz, irəli getməyimiz onların ürəyincə deyil. Məsələn, bu gün bizi ittiham edən amerikalılar qadınlara seçki hüququ vermək məsələsində bizdən xeyli geridə qalıblar. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qadınlara seçib-seçilmək hüququ tanıyıb. Belə bir dövləti, əlbəttə ki, onlar həzm edə bilmirlər. Ona görə də müxtəlif istiqamətlərdən kampaniyalar apararaq bizi gözdən salmağa çalışırlar. Amma bu, heç bir nəticə verməyəcək”.
Ekspert deyir ki, həm “Freedom House” kimi təşkilatların özlərinə, həm də ki, onların bu və ya digər şəkildə bağlı olduğu mərkəzlərə tutarlı, əsaslandırılmış, maddələrdən ibarət cavablar göndərilməli, reaksiyalar verilməlidir: “MEDİA-nın bəyanatını təqdir edirəm. Bu cür addımlar atmaq lazımdır. Yəni əsaslandırılmış, tutarlı cavablar yazmaq lazımdır. Eyni zamanda BMT, ATƏT, AŞ, Aİ kimi qurumlara da bu təşkilatın qeyri-obyektiv yanaşması ilə bağlı müraciətlər göndərilməlidir. Onlar görməlidirlər ki, Azərbaycana atdıqları böhtanlar heç də cəmiyyət tərəfindən susqunluqla qarşılanmır”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

