Sən bizə təbiət oyananda gəl!
16.03.2023 [10:45]
Bahar yurdumuza martın 21-i qədəm qoyacaq
MÜŞFİQƏ
Sərt qışın ardınca təbiət öz ilıq nəfəsini artıq hiss etdirməyə başlayıb. Təbiət yenidən oyanır, torpağın qış donu açılır. İnsanlar payızın ruzisini yazdan becərərlər deyib, əkin-biçinə başlayırlar. Bəzi heyvanlar qış yuxusundan ayılır, köçüb getmiş quşlar isə yenidən qayıdır. Ətrafı quş səsləri bürüyür. Çayları, gölləri bağlamış buz qatları çatlamağa başlayır. Eləcə də bitki örtüyü canlanır, təbiətin özünübərpa prosesi daha çox qabarır. Hər tərəf al rəngə boyanır. Havadan oyanışın, saflığın ətri duyulur. Digər yandan da, Günəş öz nəvazişli şəfəqləri ilə ruhuna bir növ sığal çəkir. Əbəs yerə deməyiblər axı, torpaq insanın anası, hava isə laylasıdır.
Baharın şəninə neçə-neçə şeirlər, mahnılar, qoşma-gəraylılar həsr edilib. Bahar duyğulu şeirlərdən birini də Xalq şairi Məmməd Araz belə qələmə alıb:
Bahar gəlib yurdumuza.
Sular dilli,
Çöllər güləş,
Göylər qızıl.
Təbiətin nur xonçalı,
Gül qonçalı
Gəlin qızı
Bahar gəlib.
Duyğulara səhər yeli
Bahar gəlib.
Səhərlərə duyğu seli
Bahar gəlib.
Kosmosdan gələn fəlsəfə
Məlum olduğu kimi, bahar yurdumuza martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-də qədəm qoyacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
Filologiya üzrə fəlsəfə doktoru Kəmalə İslamzadə isə qeyd edir ki, hər il mart ayının 20-21-də, gecə ilə gündüzün bərabərləşdiyi gündə qeyd edilən bu gün dərin elmi əsaslara söykənir: “Günəş mərkəzi ekleptika boyunca Cənub yarımkürəsindən Şimala keçir. Həmin andan etibarən Günəş yaz gecə-gündüz bərabərliyi nöqtəsində olur. Məhz bu astronomik an Şimal yarımkürəsində baharın başlanğıcı hesab edilir”.
Qeyd edək ki, yaz bərabərliyi günü (XXI əsrdə) 19 mart tarixinə 20 dəfə, 20 mart tarixinə 78 dəfə, 21 mart tarixinə isə cəmi 2 dəfə düşəcək. Elə baharın gəlişini, təbiətin oyanışını xəbər verən, bolluq, bərəkət rəmzi olan Novruz bayramı da həmin gün qeyd edilir. Novruz sayalı bir alqışdır, deyiblər. Bu bayramda tutulan diləklər yerinə yetir, görülən yuxular çin olur.
Xəbər lenti
Hamısına baxHadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35

