“Demokratiya sammiti” geopolitik proyekt kimi… - TƏHLİL
31.03.2023 [17:55]
Son günlər dünya mediasında müzakirə edilən məsələlərdən biri ABŞ-ın növbəti dəfə “demokratiya sammiti” keçirməsidir. Təbii ki, bu, birmənalı qarşılanmır, müstəqil ekspertlər - siyasi analitiklər okeanın o tayındakı “demokratiya oyunu”nu ciddi tənqid obyektinə çevirirlər. Xüsusilə də, sammitə dəvət edilənlərin siyahısı mübahisə doğurur.
Bu də təsadüfi deyil. Çünki sammitə bu dəfə də demokratiyadan uzaq, fundamental insan hüquqlarının pozulduğu ölkələrin dəvət alması heç bir məntiqə sığmır, Birləşmiş Ştatların “demokratiya” anlayışının ikili standartlara əsaslandığını göstərir. Bu reallığı nəzərə alan ekspertlər qeyd edirlər ki, sammit Amerikanın qlobal səviyyədə rəqiblərinə qarşı yönəlib. Yəni seçim prosesində əsas meyar həmin dövlətin demokratik olub-olmaması deyil, Ağ Ev administrasiyasının maraqlarına xidmət edib-etməməsidir. İnsan haqlarının kütləvi surətdə pozulduğu Fransa, Hindistan, Ermənistan kimi dövlətlərin sammitdə iştirakı bunun bariz sübutudur.
Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan, kənd və şəhərlərimizi dağıdıb viran qoymaqla kifayətlənməyərək ekoloji, mədəni terror törədən, milli-mənəvi sərvətlərimizi dağıdan Ermənistanın sivil dövlət kimi sammitə çağırılması Amerikanın “demokratiya” anlayışının əsl mahiyyətini göstərir. Digər tərəfdən, Ermənistan o ölkələrdəndir ki, demokratiya sahəsində ciddi böhran yaşanır, insan hüquqları hakimiyyət tərəfindən kobud şəkildə pozulur. Çox uzağa getməyək: elə Ermənistanın antidemokratik simasında zorla “demokrat” imici yaratmağa cəhd edən ABŞ-ın Dövlət Departamentinin 2022-сi ildə dərc etdiyi hesabatda da bu ölkədə insan hüquqlarının pozulması halları geniş əks olunub. Departament hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıqları, əsassız həbsləri və söz azadlığının məhdudlaşdırılması hallarını təqdim edib. Sual olunur: ABŞ özü-özünümü inkar edir? Sual ritorik, cavab isə aydındır.
Bu kontektdə hazırda istədiyi dövləti insan haqlarının pozulmasında ittiham edən ABŞ həm özünün, həm də demokratiya aşiqi və carçısı hesab etdiyi dövlətlərin “humanist” davranışlarının yaxın tarixinə ekskurs etsə, məqsədəuyğun olar.
Maraqlıdır, demokratik mühitin mövcud olduğu, sivil dəyərlərə əsaslanan sağlam siyasi münasibətlərin hökm sürdüyü Azərbaycan, Türkiyə, Macarıstan kimi ölkələr “demokratiya” zirvəsinə dəvət olunmayıblar. Görünür, bu gün bir sıra ölkələrin, o cümlədən Azərbaycanın müstəqil xarici siyasət yürütməsini həzm edə bilməyən dairələr selektiv yanaşma sərgiləyərək, müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışırlar. Lakin reallıqlar “demokratiya”dan təsir aləti kimi istifadə edən həmin qüvvələri ifşa edir.
Bütövlükdə, sadalananlar ABŞ-ın “demokratiya sammiti”nin geopolitik proyekt olduğunu, insan hüquqları və azadlıqları, demokratik dəyərlər və ənənələrlə heç bir əlaqəsinin olmadığını göstərir.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
04 Oktyabr 15:11

Xəbər lenti
04 Oktyabr 15:01

Xəbər lenti
04 Oktyabr 14:58

Xəbər lenti
04 Oktyabr 14:20

Xəbər lenti
04 Oktyabr 14:01

Xəbər lenti
04 Oktyabr 13:50

Xəbər lenti
04 Oktyabr 13:41

Xəbər lenti
04 Oktyabr 13:13

Xəbər lenti
04 Oktyabr 12:23

Xəbər lenti
04 Oktyabr 12:19

Xəbər lenti
04 Oktyabr 12:15

MEDİA
04 Oktyabr 12:15

Xəbər lenti
04 Oktyabr 12:11

Xəbər lenti
04 Oktyabr 12:10

Xəbər lenti
04 Oktyabr 12:06

Analitik
04 Oktyabr 11:55

Xəbər lenti
04 Oktyabr 11:46

Siyasət
04 Oktyabr 11:45

Xəbər lenti
04 Oktyabr 11:40

Siyasət
04 Oktyabr 11:38

Müsahibə
04 Oktyabr 11:36

Sosial
04 Oktyabr 11:30

Xəbər lenti
04 Oktyabr 11:24

Siyasət
04 Oktyabr 11:20

İqtisadiyyat
04 Oktyabr 11:10

Siyasət
04 Oktyabr 11:00

Siyasət
04 Oktyabr 10:55

İqtisadiyyat
04 Oktyabr 10:50

İqtisadiyyat
04 Oktyabr 10:40

Siyasət
04 Oktyabr 10:32

Xəbər lenti
04 Oktyabr 10:27

Gündəm
04 Oktyabr 10:20

Mədəniyyət
04 Oktyabr 10:15

Siyasət
04 Oktyabr 10:10

Gündəm
04 Oktyabr 10:00

Xəbər lenti
03 Oktyabr 23:50

Xəbər lenti
03 Oktyabr 23:47

Siyasət
03 Oktyabr 21:28

Xəbər lenti
03 Oktyabr 21:04

Xəbər lenti
03 Oktyabr 20:24

Xəbər lenti
03 Oktyabr 20:23

Dünya
03 Oktyabr 19:03

Xəbər lenti
03 Oktyabr 17:25

Xəbər lenti
03 Oktyabr 16:18

Xəbər lenti
03 Oktyabr 16:17

İqtisadiyyat
03 Oktyabr 15:33

Xəbər lenti
03 Oktyabr 15:32

Asiya
03 Oktyabr 15:21

Xəbər lenti
03 Oktyabr 15:10

Xəbər lenti
03 Oktyabr 14:53

Xəbər lenti
03 Oktyabr 14:39

Xəbər lenti
03 Oktyabr 14:13

Xəbər lenti
03 Oktyabr 14:12

Xəbər lenti
03 Oktyabr 14:04

Dünya
03 Oktyabr 13:31

Xəbər lenti
03 Oktyabr 13:22

Xəbər lenti
03 Oktyabr 13:14

Maraqlı
03 Oktyabr 13:12

Xəbər lenti
03 Oktyabr 12:45

Mədəniyyət
03 Oktyabr 12:39

Maraqlı
03 Oktyabr 12:36

Xəbər lenti
03 Oktyabr 12:11

Siyasət
03 Oktyabr 11:55

Xarici siyasət
03 Oktyabr 11:53

MEDİA
03 Oktyabr 11:49

Siyasət
03 Oktyabr 11:41

Siyasət
03 Oktyabr 11:36

Xəbər lenti
03 Oktyabr 11:34

Siyasət
03 Oktyabr 11:23

Xəbər lenti
03 Oktyabr 11:18
