Azərbaycanla Filippin arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirilib
05.04.2023 [11:30]
3-5 aprel tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Filippin Respublikasına səfər edib.
XİN-dən verilən xəbərə görə, səfəri çərçivəsində 3 aprel tarixində nazir müavini Elnur Məmmədovun Filippin Respublikasının xarici işlər katibi (naziri) Enrike Manalo ilə görüşü baş tutub. Görüşdə ikitərəfli əlaqələrin hazırkı durumu və inkişafı perspektivlərindən söhbət açılıb, bu istiqamətdə əməli nəticələrin əldə edilməsi üçün birgə səylərin vacibliyi vurğulanıb.
4 aprel tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Filippin Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Filippin tərəfindən isə xarici işlər nazirinin müavini xanım Tereza Lazaro rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə iqtisadi, turizm, energetika, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Məsləhətləşmələr zamanı E.Məmmədov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılın bərpa və quruculuq işləri barədə geniş məlumat verib. Həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb, regional və beynəlxalq təşkilatlar çərçivəsində QH-ASEAN, İqtisadi Əməkdaşlıq Təşkilatı-ASEAN əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb.
Məsləhətləşmələrin sonunda iki ölkə arasında ilk dövlətlərarası sənəd “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Filippinin Respublikasının Mədəniyyət və İncəsənət üzrə Milli Komissiyası arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.
Həmçinin, Manilaya səfəri zamanı E.Məmmədov “Manila Times” İnformasiya agentliyinə müsahibə verib. Müsahibədə iki ölkə arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, bu əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində mövcud gələcək perspektivləri haqqında suallar cavablandırıb, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılın bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

