Rəhim Ağalarov: "Ermənistan dövləti Qərbi Azərbaycan torpaqlarının işğalı nəticəsində qurulub"
12.04.2023 [16:23]
"Ermənilər bütün tarix boyu Azərbaycan xalqına qarşı müsibətlər və məşəqqətlər yaşadıblar. Tarix boyu ermənilər Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti yeridiblər. Cənubi Qafqaza təsadüf nəticəsində gəlmiş köçəri erməni tayfaları burada birlik yaradaraq Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti yeridərək qəsbkarlıq edərək məskunlaşıblar".
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Rusiya Yəhudi Konqresinin üzvü Rəhim Ağalarov bildirib.
"Sovet hökumətinin anti-Azərbaycan siyasətinin nəticəsi olaraq Azərbaycanın Qərb torpaqları‚ İrəvan‚ Göyçə və Zəngəzur Azərbaycandan zorla alınaraq ermənilərə verilib. Tarixi Azərbaycan torpaqları üzərində qurulan erməni dövləti tarixdə heç bir zaman mövcud olmayıb. Heç bir tarixi mənbə nə zamansa erməni dövlətinin mövcudluğu barədə hər hansı bir məlumatı təsdiq etmir. 1920-ci ildən sonra Sovet hökuməti tərəfindən İrəvan‚ Göyçə və Zəngəzur ermənilərə verildikdən sonra süni şəkildə məhz bu adı çəkilən Azərbaycan torpaqlarında erməni dövləti yaradılıb. Bu torpaqlar zorla ermənilərə verildikdən sonra burada yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yerildilməyə başlanıldı. Ermənilərin etnik təmizləmə siyasətinin nəticəsi olaraq azərbaycanlılara qarşı zaman-zaman məşəqqətlər yaşadılıb. Müəyyən zaman ərzində buradakı azərbaycanlılar qovularaq zorla çıxarılıb. Sovet hökumətinin sonlarına yaxın isə bu hal daha da intensivləşdi. 1988-ci ildən başlayaraq ermənilər Qərbi Azərbaycanda‚ İrəvan‚ Göyçə və Zəngəzurda yaşayan azərbaycanlıları etnik təmizləmə siyasəti altında deportasiya edərək məcburi köçürtmə prosesinə başladılar. Ermənilərin bu qəsbkarlıq və barbarlıq siyasəti nəticəsində yüz minlərlə insan öz tarixi torpaqlarından didərgin və məcburi köçkün düşdü. Azərbaycanlılar öz evlərindən zorla çıxarılaraq evləri və torpaqları əllərindən alınaraq qəsb edilib‚ bütün haqq və hüquqları tapdalanıb", - deyə Ağalarov bildirib.
Rusiya Yəhudi Konqresinin üzvü qeyd edib ki, artıq azərbaycanlılar öz tarixi torpaqlarına və evlərinə geri qayıtmalıdır. "Ermənistan hökuməti azərbaycanlıların əllərindən alınan evlərini və torpaqlarını geri qaytarmalıdır. Bu‚ Qərbi azərbaycanlıların beynəlxalq hüquqla haqqıdır", - deyə o fikrini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30

