Paşinyana “xatırlatma”...
15.04.2023 [10:40]
Ermənistan hələ də 8 Azərbaycan kəndini işğal altında saxlayır...
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasında ölkəsinin Soçi və Praqada əldə olunmuş razılaşmalar əsasında Azərbaycanla sərhədin delimitasiyasına hazır olduğunu bildirmişdi. O qeyd etmişdi ki, baş verən bütün hadisələrə baxmayaraq rəsmi İrəvan regional məsələlərin, Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadiqdir. O, Ermənistanın əvvəllər elan olunmuş prinsiplər əsasında regional nəqliyyat və iqtisadi marşrutları açmağa hazır olduğunu da demişdi.
Amma erməni məkri özünü yenə də göstərməkdədir. Paşinyan özünəməxsus manipulyasiyalarla yenə də işi dalana sürməyə çalışır, bu məsələdə də yalan və iftiraya “müraciətlər” edir. Amma Azərbaycan dövləti prosesi diqqətdə saxlayır və erməni baş nazirin əl atdığı yalanlar qısa zamanda ifşa olunur, bumeranq kimi özünə qayıdır.
Erməni tərəfinin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlaması...
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş naziri Paşinyanın 13 aprel tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı bildirib ki, Ermənistan tərəfini əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara geri qayıtmağı, kommunikasiyaların açılması, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik: “Avropa İttifaqının bir gün əvvəlki bəyanatına istinad edən baş nazirin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlaması bir sıra qərəzli məqamları ehtiva edir. Belə ki, Ermənistan baş nazirinə xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan işğal siyasəti nəticəsində, 1990-cı ildə Kərki və Bağanis Ayrım kəndləri Ermənistan tərəfindən işğal edilib. Bununla yanaşı, Ermənistanın Üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də erməni silahlı qüvvələrinin çıxırmaması, 8 Azərbaycan kəndini işğal altında saxlaması məlumdur. Bu xüsusda, baş nazir ilk öncə 1991-ci il sərhədləri dedikdə nə nəzərdə tutulduğu məsələsinə aydınlıq gətirməlidir”.
İşğal altındakı kəndlərlə bağlı məsələ hər zaman diqqət mərkəzindədir...
Qeyd edək ki, Ermənistanın işğal altında saxladığı kəndlərimizin taleyi ilə bağlı məsələ zaman-zaman gündəmə gətirilir. Məsələn, ötən ilin mayında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Qazaxın 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlı bildirmişdi ki, kəndlərin qaytarılması delimitasiya kontekstində həllini tapmalıdır.”Kəndlərin Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə, məsələyə bu çərçivədə baxılacaq. Hesab edirik ki, məsələlər müzakirə olunduqdan sonra öz həllini tapacaq”, - deyə X. Xələfov söyləmişdi.
Ötən ilin avqustunda isə Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov mətbuat konfransında qeyd etmişdi ki, Qazağın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX həmin komissiyada fəaliyyət göstərir. O qeyd etmişdi ki, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək: “Daha sonra isə bütün məsələlərdə olduğu kimi bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.
Beləliklə, Ermənistanın işğalı altında olan Azərbaycan kəndələrinin azad edilməsi ilə bağlı məsələ hər zaman gündəmdədir. Erməni baş nazirin əl atmaq istədiyi manipulyasiyalar isə fiaskoya məhkumdur.
Ötən əsrin 90-cı illərindən işğal altında qalmış 8 kənd...
Xatırladaq ki, ötən əsrin 90-cı illərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib. Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindədir. 1990-cu ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistanın işğalı altındadır. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir. İşğal altında olan bu 8 kəndin 3-ü - Qazaxın Sofulu və Yuxarı Əskipara, eləcə də Sədərək rayonunun Kərki kəndləri Azərbaycanın anklav ərazilərdir.
Xəbər lenti
Hamısına baxHadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31

