İnternet qızılı bahalaşır
19.04.2023 [11:06]
Qönçə QULİYEVA
Pul dövrümüzün və müasir cəmiyyətin bütün sahələrində istifadə olunan universal məhsuldur. Texnologiyanın inkişafı nəticəsində maliyyə bazarlarının tələbi də dəyişir. Bu tələblər pul sahəsinə də təsirsiz ötüşməyib. Texnologiyanın geniş imkanları yeni ödəniş vasitələrinin və elektron valyutaların - kriptovalyutanın yaranması ilə nəticələnib. Hazırda dünyada kriptovalyutalar sırasında ən məşhuru bitkoindir. Elə bugünlərdə onun dəyəri ticarət sessiyası zamanı 5%-dən çox artaraq 30,194 min dollara çatıb.
Bu isə investorların böyük marağına səbəb olub. Çünki bitkoinin dəyəri sonuncu dəfə 2022-ci il iyunun 10-da 30 min dolları ötmüşdü.
Bəs, son vaxtlar adını tez-tez eşitdiyimiz kriptovalyuta, əslində nədir? Onun işləmə mexanizmi necədir?
Kriptovalyuta, sadə dillə desək, rəqəmsal, virtual valyutanın bir növüdür. İlk kriptovalyuta hesab edilən “Bitcoin” 2009-cu ildə yarandıqdan sonra bu sahədə olan valyuta pul vahidlərinin sayında da kəskin artım müşahidə edildi.
Kağız, yoxsa elektron?..
Kripto pulların həyatımıza daxil olması ilə kağız pulların kripto pul vahidləri ilə əvəzlənməsi prosesi başladı. Kriptovalyutaların əldə edilməsi prosesi mayninq, hər bir kriptovalyuta vahidi isə “coin” adlanır. Koinlərin hər biri şifrələnmiş informasiya əsasında istənilən növ saxtakarlıqdan və kiberhücumlardan qorunur. Hazırda dünyada ən çox istifadə olunan və ən məşhur kriptovalyuta ilk yaranan koin olan bitkoin hesab olunur. Qeyd etdiyimiz kimi, kriptovalyuta şifrələnmiş informasiyadan ibarət olduğu üçün heç bir dövlətin siyasətindən, eyni zamanda, digər pul vahidlərindən hansısa bir formada asılı deyil. Dolayısıyla, bu valyutalar heç bir qurum və qanun tərəfindən tənzimlənmir. Alış-satış, yatırım kimi proseslərin internetdə baş verdiyinə görə proseslərə nəzarət mümkün olmur. Heç bir pul vahidindən asılı olmadığı üçün onun qiyməti tələb-təklif əsasında formalaşır.
Azərbaycanda da populyarlaşır
Son illər kriptovalyuta bazarında qiymətlərin artması və dünyada bir çoxlarının bu vasitə ilə gəlir əldə etməsi azərbaycanlıların da marağına və diqqətinə səbəb olub. Bununla bərabər, bitkoinin dəyərinin kəskin sıçrayışla artması investisiya etmək istəyənləri bu valyutaya cəlb etdi. Hər bir ölkədə olduğu kimi, ölkəmizdə də kriptovalyuta üzrə gəlirlərin ödənilməsi yalnız könüllülük prinsipi ilə qurulur.
Həm investorların, həm də sadə vətəndaşların son illər ərzində daha çox maraqlanmağa başladığı kriptovalyutaların işləmə mexanizmləri barədə heç də hər kəs yetərincə məlumatlı deyil. Bu səbəbdən də kriptovalyutalara etibar edənlərin sayı hələ də az olaraq qalır.
Bəs, adını tez-tez eşitdiyimiz kriptovalyutalara güvənmək olarmı? Bu sahəyə yatırım etmək nə dərəcədə etibarlıdır?
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan iqtisadçı-ek?pert Xalid Kərimli ölkəmizdə də kriptovalyutalara yatırım edənlərin olduğunu bildirib. Onun sözlərinə görə, vətəndaşlar müxtəlif vasitələrlə öz vəsaitlərini, əsasən xarici hesablara köçürürlər: “Xarici blokçeyn hesablar ilə istənilən kriptovalyutalar əldə edə bilərlər. Bu ticarət leqallaşmayıb. Xarici hesablar ilə Azərbaycandan da pul yatırırlar”. Kifayət qədər nüfuza malik olan biznesmenlərin, treyderlərin bu valyutalara arxalandıqlarını söyləyən iqtisadçı dünyanın bir çox bankının kriptovalyutaları valyuta kimi tanımadığını, təsdiqləmədiyini də diqqətə çatdırıb: “Ona görə də risklərin olmadığını söyləmək çox çətindir. Təbii ki, risklər çoxdur. Ümumiyyətlə, kriptovalyutaların daxili dəyəri yoxdur, ancaq mübadilə dəyəri var. Yəni, sadə dillə desək, bu valyutanın dəyəri alışa əsaslanır. Bu baxımdan, olduqca ciddi bir ticarət instrumenti hesab olunur. Lakin dünyada çox məşhurdur və müəyyən bir müddət ərzində dəyəri milyonlarla dollar idi. Amma unutmaq olmaz ki, valyuta ticarəti dayanarsa, kripto pullar dəyərdən düşəcək”.
X.Kərimli onu da vurğulayıb ki, sahibkar tərəfindən bu valyutaların alışı və satışı zamanı əldə edilən gəlir könüllü şəkildə bəyan edilməlidir. Yəni, bu, o deməkdir ki, əldə olunan gəlirlərə görə vergi ödənilməlidir.
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16

