Türkiyə 20 ildə əsrə bərabər inkişaf yolu keçib
20.04.2023 [10:25]
Hazırkı iqtidarın qalib gəlmək şansı böyükdür
Türkiyə Respublikasında may ayının 14-də həm prezident, həm də parlament seçkiləri keçiriləcəkdir. Bu seçkilər öz əhəmiyyəti baxımından tarixi hadisə kimi qiymətləndirilə bilər. Seçki kampaniyasını siyasətçilərimizin gözü ilə dəyərləndirməyə davam edirik.
Günel ABBASOVA
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Elman Nəsirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, seçkilərdə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlmək şansı daha yüksək qiymətləndirilir: “O, seçkilərə tərkibinə Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası və Yenidən Rifah Partiyası daxil olduğu “Cümhur İttifaqı” ilə qatılıb. Hür Dava Partiyası da Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəklədiyini bildirib. Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında çıxış edərək “Türkiyəni inkişaf və güclənmək yolundan onları heç kimin saxlaya bilməyəcəyini”diqqətə çatdıran cənab Ərdoğan vurğulayıb ki, mərhum Menderes 1950-ci il mayın 14-də “Bəsdir daha, söz millətindir!” deyərək millətin qəlbinə girmiş və seçkilərdən qalib çıxmışdır. “Millətimiz 73 il sonra eyni gündə bir daha müstəmləkədə qalmaq həvəsində olanlara “Bəsdir!” deyəcək. Söz də, qərar da, gələcək də millətindir. 2023-cü ildə də millətimizdən dəstək istəyirik”.
Deputat qeyd edib ki, Türkiyə Respublikasının 12-ci Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki prosesində növbəti dəfə millətindən dəstək istəməsi üçün tam mənəvi haqqı var: “2003-2014-cü illərdə Türkiyə Respublikasının Baş naziri, 2014-cü ildən isə Türkiyə Respublikasının Prezidenti olan Rəcəb Tayyib Ərdoğan təsadüfi deyildir ki, ölkəsinin inkişafı və tərəqqisi, habelə beynəlxalq təhlükəsizliyin təminatı yolunda atdığı misilsiz addımlarına görə “Zəmanəmizin Atatürkü” hesab olunur. Cənab Ərdoğanın rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu son 20 il ərzində Türkiyə əsrə bərabər inkişaf yolu keçib. Türkiyə G-20 daxilində ÜDM-nin artım tempinə görə ilk beşliyə daxildir. Türkiyə güclü iqtisadiyyata malik ölkə olaraq ÜDM-nin səviyyəsinə görə dünyada 18-ci yeri tutur. Bu göstərici ölkədə 736,716 milyard ABŞ dollarına bərabərdir. Ərdoğan hökuməti Cümhuriyyətin 100 illiyində-2023-cü ildə Türkiyəni dünyanın nəhəng 10-cu iqtisadiyatına çevirməyi hədəf seçmişdi. Məhz cənab Ərdoğanın həyata keçirdiyi köklü iqtisadi islahatların nəticəsi olaraq ölkəyə investisiya axını davamlı xarakter aldı, ÜDM son 20 il ərzində iki dəfə, ixracat isə 10 dəfə artmış oldu.
Dünyada peşəkar xidmət sahəsində nəhəng kompaniyalardan biri olan “Pricewaterhouse Coopers”(PwC) -in apardığı tədqiqatların nəticələrinə görə, 2030-cu ilədək Türkiyə iqtisadiyyatı dünyada 12-ci yerə yüksələcəkdir, ÜDM isə 2, 996 trillion ABŞ dollarına bərabər olacaqdır”.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30

