Türkiyə bütün dünyaya lazımdır
05.05.2023 [11:27]
Türkiyədə baş verən bütün siyasi proseslər, eyni zamanda, onun iqtisadi inkişafı Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edən amildir. Çünki biz strateji partnyoruq və birmənalı şəkildə bir millət, iki dövlət prinsipindən çıxış edirik. Son teknofest festivalında da Azərbaycan Prezidenti İlham Əliyev bir millət iki dövlət prinsipi ilə yanaşı, bir yumruq məsələsini də qeyd etdi. Bu gün biz Türkiyə ilə bir yerdə olan qardaş, eyni zamanda, xarici siyasətdə ümumi maraqlardan başqa dostluq, qardaşlıq münasibəti olan bir dövlətik. Burada baş verən istənilən proses mütləq şəkildə Azərbaycandan da yan ötmür. Bu mənada qardaş ölkədə seçki ərəfəsində həyata keçən proseslərin şərhinə davam edirik...
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Arzu Nağıyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, birinci Qarabağ müharibəsi zamanında Türkiyə kimi güclü bir dövlət bizim yanımızda olsaydı, problem bu qədər uzanmazdı: “Biz bunu Vətən müharibəsində hiss etdik ki, yanımızda Türkiyə kimi ciddi, döyüşkən, eyni zamanda, tam şəkildə dəstək verən dostumuz, qardaşımız var. Əsas məqam da ondan ibarətdir ki, istər Bosniya hadisələrində, istər Herseqovinada, istərsə də müxtəlif istiqamətlərdə müsəlman dövlətlərinin yanında NATO-nun üzvü olan Türkiyə kimi bir dövlət olsaydı, düşünürəm ki, çox böyük acınacaqlı faciələrdən qaçmaq olardı. Bu gün Türkiyədə baş verən hadisələr, Türkiyənin gələcəyi, seçkiləri bizim üçün çox böyük önəm daşıyır. Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə Azərbaycan Türkiyə münasibətləri istər parlamentlər, istərsə də dövlət başçılarının şəxsi münasibətləri səviyyəsində ən yüksək nöqtədədir. Gələcəkdə yüksək tribunalardan Azərbaycanın, eyni zamanda, Türkiyənin sözünü demək üçün bizim dostluğumuz vacibdir və bu siyasət davam etdirilməlidir. Ona görə də, bu seçkilər həm Azərbaycan, həm Türkiyə, həm də gələcək dünya düzəni üçün çox mühüm əhəmiyyət kəsb edir. Tək regional məsələlər deyil, beynəlxalq səviyyədə də güc bu gün beynəlxalq hüququ üstələyib. Ona görə də, güclü bir dostun, tərəfdaşın olması çox önəmlidir. Bu da seçkilərdən asılı olan məsələdir. Düşünürəm ki, Türkiyə də bu məsələyə böyük önəm verir və məhz dostluq qrupunun bir üzvü kimi çox istərdim ki, bu siyasət bundan sonra da davam etdirilsin”.
Deputat qeyd edib ki, Türkiyənin son 20 ildə istər hərbi cəhətdən, istər iqtisadi cəhətdən, istərsə də texnoloji cəhətdən inkişafına nəzər salsaq, görərik ki, bu çətin və şərəfli işdən məhz Türkiyə dövləti çox üzüağ çıxdı: “Bu gün də onun istər hərbi hava qüvvələri, istər silah-sursatla, istərsə də intellektual səviyyəli məhsullarla əlaqədar tətbiq etdiyi texnologiyalar bütün dünyaya lazımdır. Bu çox mühüm amil olmaqla yanaşı, həm də dünyada sülhün bərqərar olmasında çox böyük töhfələr verir”.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxSosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25

