Rusiyanı və Ermənistanı nüvə fəaliyyətində ortaq məxrəcə gətirən maraqlar
06.05.2023 [11:22]
Yeni enerji blokunun yaradılmasında və AES-in ömrünün ikinci 10 il müddətinə uzadılmasında Rusiyanın və Ermənistanın özəl maraqları var. Regionun təhlükəsizliyinə adekvat olmayan bu maraqlar müəyyən mənada üst-üstə düşür.
Ermənistanın maraqları: Metsamor Ermənistan üçün enerji təhlükəsizliyi məsələsidir. Resurslara malik olmayan Ermənistanda enerji təhlükəsizliyi bu ölkənin başı üstündən asılan demokl qılıncına bənzəyir. Xatırladaq ki, burada istehsal olunan elektrik enerjisinin 1/3 hissəsini məh? Metsamor təmin edir. Bu həcmin yerini dolduracaq başqa bir mənbə isə yoxdur. Ermənistanın özündə də qəbul olunur ki, Metsamor artıq ömrünü başa vurub və köhnə texnologiyalar əsasında qurulan bu stansiyanın istismarı çox təhlükəlidir. Bundan əvvəl Ermənistanda Metsamorun əvəzinə yeni AES-in inşası barədə danışılırdı. Ancaq buna lazım olan vəsait Ermənistanda yoxdur. Yeni AES-in tikintisinə investorlar tapmaq da müşkülə çevrilib. Bu kimi reallıqlarla üzləşən Ermənistan çıxış yolunu Metsamorun fəaliyyətinin davam etdirilməsində görür. Bu, region və ölkənin özü üşçün təhlükəli olsa belə!
Rusiyanın maraqları: Yeni enerji blokunun yaradılması Rusiyanın Ermənistanla bağlı planlarının tərkib hissəsinə daxildir. İndiki halda söhbət enerji amili ilə siyasi məqsədlərin incə manevrlərlə uzlaşdırılmasından gedir. Ermənistan bütün parametrlər baxımından Rusiyanın forpostudur. Şimal qonşumuz bu ölkənin iqtisadiyyatında, ordu quruculuğunda, o cümlədən də enerji təminatında böyük paya malikdir. Ermənistanı mavi yanacaqla böyük dərəcədə Rusiya təmin edir. Ancaq forpost dövlətin çörəyi dizinin üstündə olmaq xisləti də hər kəsə yaxşı məlumdur. Bu ölkənin son vaxtlarda Rusiyaya münasibətdə sərgilədiyi davranışlar da bunu bir daha təsdiqləyir. Ermənistan Rusiya ətrafında cərəyan edən hadisələri özü üçün fürsət kimi dəyərləndirərək şimal qonşumuzdan asılılığını azaltmağa və yaxud bu ölkədən daha çox dvidentlər qoparmağa çalışır. Təbii ki, Rusiyanın regionda strateji maraqları var və bu maraqların təmin olunması üçün Ermənistan dayaq məntəqəsi hesab edilir. Şimal qonşumuz yeni enerji blokunun inşasına kreditlər ayırmaqla bu ölkə üzərində uzunmüddətli dövr üçün dominantlığını qorumaq və möhkəmlətmək niyyəti güdür. Elə hesab olunur ki, kredit asılılığının artması Ermənistanın Rusiyadan qopmaq planlarını birdəfəlik basdıracaq. İqtisadi cəhətdən müstəqil olmayan Ermənistanın isə Rusiyadan daha ciddi asılılığa razılaşmaqdan başqa çıxış yolu yoxdur.
Mübariz
Xəbər lenti
Hamısına baxDünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33

